Aydın Dadaşov - Rac Kapur. Çarlz Çaplinin izi ilə
24.01.17

Hindistanın tanınmış teatr rejissoru Prithviracın istedadlı oğlu Rac Kapurun öz ssenarisi üzrə quruluş verdiyi “Avara” filminin (1951) qızğın məhkəmə prosesini təsvir edən ilk epizodunda Raqunatı (Prithvirañ Kapur) öldürməyə cəhd edən müdafiəçisi, vəkil kimi ilk işi olan Ritanın (Nargiz) müttəhimin müdafiəsinə qalxması hadisəli ekspozisiyanı canlandırır. Vəkil Ritanın Raqunata ünvanladığı “Arvadınızı niyə küçəyə atdınız?” sualından sonra canlanan xatirədə məhsul bayramı ilə bağlı kütləvi xor və rəqs səhnələrinin struktura daxil olması fonunda mühitin mənzərəsi yaradılır. Qan düşmənçiliyi zəminində Caqanın (K.N.Singh) qaçırdığı Raqunatın arvadının hamilə olduğunu bilərək qadını geriyə qaytarmaqla doğulacaq uşağı oğru kimi böyüdəcəyinə söz verməsi keçmişlə bağlı intiqam hissinin miqyasını canlandırır. Əri Raqunatla söhbətində Caqanın həmin mövzuya: “Ədalətlinin oğlu ədalətli, oğrunun oğlu oğru olmalıdır”, – deyə toxunması Hindistanda insanları zümrələrə bölən problemi gündəmdə saxlayır. Caqa ilə arvadının izdivacından şübhələnən Raqunatın əməli dramaturji düyünə rəvac verir. Bu məqamda yağışlı havada gecənin qaranlığında Racın dilindən səslənən nəğmənin səsinin yenicə dünyaya gələn körpənin səsinə qarışması emosionallığı artırır. Vəkil Ritanın məhkəmə çıxışının mətni fonundakı təsvirdə tədricən böyüyüən Racın gələcəkdə avara olacağını bildirməsi ilə oğlunu vəkil görmək istəyən anasının haqq-ədalətin bərpasını önə çəkməsi filmin ideyasını səciyyələndirir. Racın daima yanında olan qızın Raqunatın dostunun qızı olması informasiya gerçəkliyini artırır. Dostuna qızının avara oğlanla oturub-durmasından çəkinməyi tövsiyə edən Raqunatın yetərincə cavablandırılması xeyir-şər qarşıdurmasını səciyyələndirir. Küçədə çəkmə silməklə təhsilini davam etdirən Racın məktəbdən qovulması sosial problemi gündəmdə saxlamaqla onun vidalaşmaq istədiyi Ritanın da başqa şəhərə yollandığını öyrənməsi epizodu şəxsi motivdə tamamlayır. Anasının xəstələndiyini bilsə də, avara dostlarının zorakılığından qurtula bilməyən Racın qarşılaşdığı Caqa tərəfindən həyatın dibinə atılması əks mövzunu qabardır. Caqanın yaxasından tutub iş tələb etməklə mövzunu tənzimləyən Rac sosial ideyanın təzahürünü canlandırır. Xəstə anasını sakitləşdirib çörək oğurlayan Racın buna görə həbsə atılması və cinayətkar mühitdə böyüməyə vadar olması “Avara” nəğməsinin mətni hesabına yetərincə əsaslandırılsa da, filmin təsvir həllində Çarlz Çaplinin oyun elementlərinin, hərəkətlərinin təkrarlanması nəzərdən qaçmır.

Uzun ayrılıqdan sonra anasına guya xaricdə təhsil aldığını bildirən Racın evin divarında Ritanın şəklini görməsi sevgi motivini gündəmdə saxlayır. Oğlunun əşyaları arasında gizlətdiyi silahı görən ananın təşvişə düşməsi, Racın gəldiyi gecə barındakı rəqqasənin musiqi sədaları altında rəqsi cinayətkar mühiti canlandırır. Növbəti səhnədə Caqanın planlaşdırdığı qarət zamanı istifadə olunan avtomaşının  Ritaya məxsus olması cinayətkar və sevgi motivlərini birləşdirir. Ritanın çantasını oğurlayan Racın guya ki çantanı oğurlayanı izləyib hasarın o biri tayındakı mübarizəni səsləndirməsi Çaplinsayağı metodun təkrarını davam etdirir.

Ritanın zəngin malikanəsinə royal kökləyicisi kimi gələn, keçmiş sevgilisini görməklə oğurladığı əşyanı döşəməyə atmaqla sevginin mənəvi gücünü göstərsə də,zənginlərin imtiyazını, kasıbların məhkumluğunu diləgətirən Racın qızın masanınüzərindəki uşaqlıqşəklini görüb tanımasısadəlövh görünür. Tək-tənha otağında məhəbbət nəğməsi oxuyan Ritanın evə gələn atalığına Rac haqqında söhbət açması sosial problemi gündəmdə saxlayır. Növbəti səhnədə çimərlikdə Racla görüşən Ritanın zarafatla onu vəhşi adlandıranda yaranan gərginlik problemin audioviziual həllini verə bilməsə də, bu epizod hind kinosunun ilk açıq-saçıq səhnəsi sayılır. Dostunun qızı kimi himayədarlıq etdiyi Ritaya avara Racla oturub-durmağı məsləhət görməyən Raqunatın qətiyyətinin gənclərin sevgisini alovlandırması uğurlu dramaturji maneəyə çevrilir. Yuxusundakı mühitdə alovlar arasında qalan Racın birgə duet oxuduğu Rita ilə sevgisinə nəhəng buddanın önündə qovuşmağa çalışması xeyir-şər qarşıdurmasını simvolçuluqla həll edir. Bu yuxuda Caqanın iri bıçağını sevgililərə tuşlaması, fasiləsiz olaraq Ritanı haraylayan Racın yuxudan hövlnak ayılaraq bəd əməllərdən əl çəkəcəyinə tövbə etməsi ideyanı dini motivdə tənzimləyir. Zavodda fəhlə kimi çalışsa da, keçmişdə oğru olduğu üzə çıxan Racın işdən qovulması vəziyyətin çıxılmazlığını maneələri dəf etmək yolu ilə tənzimləyir. Ritanın ad gününə hədiyyə almaq üçün Caqadan min rupi istəyən Racın təsadüfən rastlaşdığı Raqunatdan əlindəki boyunbağını oğrulara məxsus tərzdə çırpışdırması əşyanı zidiyyətin daşıyıcısına çevirir. Bütün hadisələrdən agah olub Racın anasının yanına gələn Ritanın sevgilisinin taleyini öyrənməklə məhəbbəti uğrunda qətiyyətli mübarizəyə girməsi ideyanı çiçəkləndirir. Ritadan uzaqlaşması müqabilində Raqunatın pul təklif etdiyi Racı sonda evindən qovması qarşıdurmanı qızışdırır. Polislərin təqibindən qaçaraq Racın evinə soxulan çarəsiz ananı boğmağa çalışan Caqanın nəticədə cinayətə sürüklədiyi qəhrəman tərəfindən öldürülməsi şərin cəzalandırılmasınıgözönü hadisədə səciyyələndirir. Gerçəkliyi aşkarlayaraq məhkəmədə vəkil kimi çıxış edən Ritanın Raqunatın Racın doğma atası olduğunu sübuta yetirməsi, ərini  uzun illərin ayrılığından sonra görən ananın maşın altında qalaraq yaralanması və son nəfəsində oğluna həqiqəti söyləməsi dramaturji düyünün açılışına yönəlir. Anasının intiqamını almaq üçün bıçaqla üstünə gəldiyi atasını öldürmək qərarından vaz keçən Racın məhkəməsi haqq-ədalətin təntənəsinə çevrilir. Sonda vəkil Ritanın ölüm cəzasından xilas etdiyi  Racı  gözləyəcəyinə söz verməsi filmi xeyrin şərti qalibiyyəti ilə tamamlayır.

Kinorejissorluq peşəsində Çarlz Çaplinin izi ilə gedən Rac Kapurun “Alov” və “Yağış”dan sonra üçüncü rejissor işi olan “Avara” filmi 1953-cü ildə Beynəlxalq Kann kinofestivalına təqdim edilib, əsas mükafatı qazanmasa da, satış hüququ üçün SSRİ də daxil olmaqla doqquz ölkəyə satılması müəllifə qazancla bərabər,şöhrət dəgətirir.

1955-ci ildə “Smena” jurnalının 3-cü sayında “Qalib xalqın qüdrəti” məqaləsində üç il ərzində ərsəyə gətirdiyi “Avara” filminin çəkilişləri ilə bağlı Rac Kapurun: “Məhkəmə zalının, həbsxananın, gecəqonduların, varlı hakimin mülkünün, səs-küylü küçələrin, sakit məhəllələrin və hətta qumlu çimərliyin çəkilişləri naturada deyil, qurulan dekorlarda aparıldı”  xatirəsi, əslində, sabit işıq mənbələrinin dəyişməzliyinin çəkiliş prosesinin tənzimlənməsinə yaratdığı imkanı şərtləndirsə də, teatrallığın ekran hadisələrinin reallığına mənfi təsirini də qabardır.

 “Bakı” qəzetinin 25 sentyabr 1969-cu il buraxılışında “Dost xalqın kino sənəti” məqaləsində Əlisəttar Atakişiyev şəhəri¬mizdə qonaq olan Rac Kapurla görüşünün bir məqamını xatırlayır. Yaradıcılığına vurğunluğunu gizlətmədiyi A.P.Çexovun əsərlərindən biri əsasında film çəkmək istədiyini dilə gətirməklə ““İt gəzdirən qadın”ı seçdim, bu zaman İosif Xeyfitsin gözəl filminə baxıb bu fikirdən vaz keçdim”  – deməsi Rac Kapurun əsl sənət nümunələrinə yüksək dəyər verdiyini təsdiqləyir.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.