Umberto Ekonun həyat qanunları
31.01.17

Mən Alessandriyada doğulmuşam, borsalino şlyapaları ilə məşhur olan  həmən o balaca şəhərdə.

***
Elə güman etməyin ki, İtaliya intellektuallar ölkəsidir, Pafaellə Mikelancelonun əslən buralardan olması hələ heç nə demək deyil.

***
Hər bir avropalı küçəyə çıxanda orta əsr kilsələrini görür, ona görə də orta əsrlər onu maraqlandırmır. İndianapolis isə, - başqa məsələ. Ən maraqlı məktubları mən bu cür yerlərdən alıram.

***
Məni qulağımdan tutub sürükləsən də orta əsrlərdən ayıra bilməzsən, - təxminən necə ki, bəzi insanları qulağından yapışıb sürükləsən belə, hind qozundan ayırmaq mümkün deyil.

***
Düşünürəm ki, əgər orta əsrlərdə doğulmuş olsaydım indi atrıq, ölmüşdüm.

***
Mənim atam mühasib idi, onun atası isə - mətbəəçi. Atam on üç uşaqdan ən böyüyü, mən isə onun ilk oğlu idim. Mənim ilk uşağım da oğlan olub, eynilə oğlumun birinci uşağı da oğlandır. Bunu nəyə gətirirəm? Birdən əgər məlum olsa ki, Ekonun nəsli Bizans imperatorlarından başlanır, onda mənim nəvəm dofin sayılmalıdır ( dofin - kral taxt-tacının  varisi ).

***
Atam cavanlıqda böyük kitab həvəskarı olub. Ancaq valideynlərinin 13 uşağı olduğundan, ailə güclə dolandığından kitab almağı özünə rəva bilməyib. Onda başlayıb küçə köşklərində oxumağa. Yaxınlaşar, kitabı piştaxtadan götürər və oxuyarmış, ta ki, xozeyn qovana qədər. Onda atam o biri köşkə keçər, yarımçıq qaldığı  səhifəni açar və yenə oxumağına davam edərmiş. Bu xatirə mənimçün çox qiymətlidir, - onun arasıkəsilməz kitab təqibləri...

***
Babam pensiyaya çıxanda sifarişlə kitab cilidləməyə başlamışdı. Evi Qotyenin, Dümanın gözəl illüstrasiyalı nəşrləri ilə dolu  idi. Bu mənim gördüyüm ilk kitablar idi. O, öləndə, 1938-də, bir çox kitab sahibləri sifarişləırinin dalınca gəlmədilər və kitabları sadəcə böyük bir yeşiyə yığdılar və çox keçməmiş o evimizin zirzəmisinə gəlib çıxdı. Vaxtaşırı məni ora göndərirdilər, kömür, ya da çaxır dalınca, mən də elə bunu gözləyirdim...

***
Bəli, mən də şeir yazırdım. Nə vaxtsa demişdim: müəyyən yaşda poeziya yeniyetmələrin üzündək sızanaq kimidir. Bu elə bir mərhələdir ki, onsuz mümkün deyil. On beş və ya deyək ki, on altı yaşında poeziya masturbasiyadır. Və pis şairin də yaxşı şairdən fərqi ondadır ki, yaxşı şair ilkin poetik cəhdlərini yandırır, pis şair isə çap elətdirir.

***
Bir neçə ay bundan qabaq iki min dollar verib özümə bir truba aldım. Siz ki, bilirsiz: trubada çalmaqdan ötrü dodaqları daima məşq elətdirmək lazımdır, ancaq mən bunu çoxdan, lap çoxdan eləməmişdim. Belə ki, indi çox pis çalıram, on iki yaşında isə əla çalırdım. Ancaq mən trubanı çalmaqdan ötrü almamışdım. Onu almışdım ki, bir vaxtlar necə olduğuma şahidlik etsin.


***
Hansı personajı uydurursan, uydur, o istər - istəməz sənin təcrübənin və yaddaşının məhsulu olacaq.

***
Əsil qəhrəman həmişə - səhvən qəhrəmandır. Əslində o, bütün ətrafdakılar kimi namuslu bir qorxaq olmaq istəyir.

***
Yəqin sizinçün maraqsız olmaz ki, bir dəfə Yan Flemenqin tipik süjetlərindən birinin struktur analizini dərc etdirmişəm.

***
Detektiv ədəbiyyat məni o cəhətdən cəlb edir ki, fəlsəfənin əsas sualına cavab axtarır – bunları kim edib?

***
 “Qızıl gülün adı”nı yazmağa başlayanda mən sözsüz ki, bilmirdim  Aristotelesin “Poetika”sının itirilmiş cildində məhz nə ola bilərdi ( dram nəzəriyyəsinin iki kitabdan ibarət tədqiqi, - bizim günlərə onlardan yalnız birincisi, faciəyə həsr olunanı gəlib çatıb) - məhz həmin o cildində ki, o komediyaya həsr olunmuşdu. Ancaq, yazı prosesində, deyəsən, anlamağa başlamışdım.

***
Hər dəfə kitab yazmağa başlayanda özümü iki illik möhlətə məhkum olunmuş kimi hiss edirəm, çünki kitab da uşaq kimidir. Əvvəl ona həyat verirsən, sonra qayğısına qalırsan və yalnız bundan sonra o, ayaq açıb yeriməyə, nəhayət, danışmağa başlayır.

***
Yaxşı kitab həmişə öz müəllifindən ağıllıdır. Çox vaxt o elə şeylərdən söhbət açır ki, müəllif onları heç ehtimal da etmirdi.

***
Mədəni insanın birinci dərəcəli vəzifəsi ensiklopediyanı yenidən yazmağa həmişə hazır olmaqdır.

***
Mən televiziyanı sevirəm və güman edirəm ki, yer üzündə bir nəfər də olsun ciddi humanitar tapmazsan ki, televizora baxmağı sevməsin. Bəlkə də mən yeganə birisiyəm ki, bunu etiraf etməkdən qorxmuram.

***
Hal-hazırda onlaynı bürümüş istifadəçilərin sayı məni az narahat edir. Onlar ancaq onu bilirlər ki, – xəyallarla danışırlar.

***
Mən bilmirəm düzgünlük nə deməkdir və heç olmasa bunda düzgünəm.

***
Olsun ki, mən özüm düşündüyüm qədər də müdrik deyiləm, ələlxüsus da adamların güman etdiyi qədər.

***
 Bütün bunlar naşirlərin yaydığı əfsanələrdir ki, guya adamlar yüngül ədəbiyyat oxumaq istəyirlər.

***
İnsanlar sadə şeylərdən çox tez yorulurlar.

***
İstənilən təzahürlər arasında paralellər tapmaq həmişə çox asandır. Siz mənə 50 dollar verirsiniz, mən də sizin üçün bu günkü günlə neandertalların yaşadığı dünya arasındakı paralelləri göstərən bir esse yazıram.

***
Mən heç vaxt orta əsrləri qaranlıq zamanlar saymamışam. Bu, İntibahın yetişdiyi mümbit torpaq idi.

***
Bütün dünya mədəniyyəti bircə şey istəyir – nəhayətsizliyi dərk olunan etmək.

***
Mən qəti şəkildə əminəm ki, hər bir mütaliə olunmuş kitab səni növdəti kitabı oxumağa təhrik edir.

***
 Heç bir qayda, heç bir doğru rejim mövcud deyil, əgər sən kitab yazmaq istəyirsənsə.

***
Bəzən mən bir səhifəni on dəfə yenidən yazıram, bu da kömək etməyəndə -yazdığımı ucadan oxuyuram ki, bu yolla nəyin çatışmadığını dərk edim.

***
Kitab yazmaq heç də həmişə sözləri kağıza köçürmək deyil. Sən nahar edənə qədər, gəzişənə qədər beynində tam bir fəsil yaza bilərsən.

***
Yalan danışmaq bacarığı insanı heyvandan fərqləndirən ən az sayda şeylərdən biridir.

***
İnsanın son dərəcə darıxdırıcı və məyusedici  imkan həddi  – ölüm

***
Özgəsinin axmaqlığı səninkini heç vaxt azaltmır.

***
(ABŞ-da yaşayan İran əsilli ədəbiyyatçı Leyla Əzəm Zenqanenin 2008 –ci ildə Parisdə Ekodan aldığı geniş müsahibədən, rus dilində ixtisar olunmuş variantı)
 


Tərcümə edən:
Cəmşid Cəmşidov

Yenililklər
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
29.09.23
Günay Əfəndiyeva Qırğız Respublikası Prezidentinin müşaviri Arslan Koiçiyev ilə görüşüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.