Gülnar Səma - Nəriman Həsənzadənin “Nuru Paşa” poeması 
25.02.17

Nəriman Həsənzadə “Nuru Paşa” (2009) poemasını tarixi mövzuda yazmışdır. Əsər on beş sərbəst şeir parçasından ibarətdir. Poema bədii cəhətdən bitkin əsər olsa da, vahid sujet xətti yoxdur. Əsər XX əsrin əvvəllərində Nuru Paşanın Azərbaycana gəlişindən və xilaskarlıq missiyasından bəhs edir. Bu gəlişin səbəbləri tarixi və müasir zaman müstəvisində təqdim olunur. Azərbaycanlıların soyqırıma məruz qalması detalı ilə iki türk dövlətinin tarixən keçdiyi inkişaf yoluna şairin münasibətini görmək olur.
Publisistik tonun aparıcı olduğu poemada şair təcrübəsi, peşəkarlıq mətnin dilinin obrazlı olmasına əngəl törətmir. Buna nümunə əsasında baxaq: “Ağsuda su qurudumu? Göyçayda çay soğuldumu?”- misralarında əsas qırğın hədəflərindən olan Şamaxının yaxınlığında yerləşən şəhərlərin adı çəkilib. Lakin şair bunu sadəcə coğrafi uyarlığa görə etməyib. Həmin şəhərlərin adındakı “su” (Ağsu) və “çay” (Göyçay) sözləri bədii gözəllik yaratmaqla bərabər, şairə imkan verir ki, ifadə etmək istədiyi fikri daha mübaliğəli şəkildə versin. Yəni suyun və çayın qurudulması məcazi məna ilə yanaşı, həqiqi məna da kəsb edir.
Nəriman Həsənzadə böyük tarixi şəxsiyyətə həsr etdiyi bu poemasında gerçəkliklərlə yanaşı şair ilhamına da önəm vermişdir. Şair hiss etdiyi, duyduğu türk ruhunu əsərinə də hopdurmuşdur. Əsər belə başlayır ki, “Nuru paşa at belində, Türkiyədən, Karsadan gəlir”. Müəllif bu gəlişin səbəbini, “Erməninin xəyanəti – rusdan gəlir, farsdan gəlir. Bakı qətl meydanıdı”- misralarında göstərir. XX əsrin əvvəllərində ölkəmizdə axıdılan günahsız qanların qarşısını almağa gələnin kim olduğu dəqiqliyi ilə tanıdılır; “Alovların qucağına nazirin qardaşı gəlir”. Bu ifadə boşuna işlədilməyib, qardaş köməyinə yetmək üçün nazir öz qardaşını Azərbaycana göndərir.
 Şair qəhrəmanını öz həqiqi epitetləri ilə oxucusuna təqdim edir: “Fatehlərin varisidir, Turanlı Şahzadəm mənim”. Bu misralar nə qədər pafoslu görünsə də, bir o qədər də həqiqətin ifadəsidir. Məlumdur ki, türk sultanlarına “fateh” ləqəbi verilib. “Turanlı şahzadə” ifadəsi isə türkün coğrafi arealınının göstəricisidir. Turanlı şahzadə üçün Turanın istənilən bir nöqtəsində köməyə ehtiyac duyularsa, oraya yardımçı olmaq əsas amaldır.
Əsərin yazılmasında əsas məqsəd Paşanın niyə köməyə gəlməyə məcbur olduğunu göstərməkdir. Ona görə də, şair Azərbaycanın o zamankı mövcud durumunu belə canlandırır: “Ermənilər pusqudaydı top-tüfənglə. Gəncəlilər - yol üstündə duz-çörəklə”. Yəni onun gəlişinin səbəbi Azərbaycanın xilaskarı missiyasını yerinə yetirməkdir. Ermənilər top-tüfənglə pusquda olsalar da, yerli əhali xilaskarını duz-çörəklə qarşılamağa hazır idi. Şair bu qətliamlarla paralel olaraq götərir ki, azərbaycanlıların qanının töküldüyü bir zamanda “Hələ Bakı Sovetində iclas gedir, məşvərətdi. Bu məşvərət qırğınlara bəraətdi Bu bəraət- bu millətə xəyanətdi”. Müəllif xalqımızı bu qırğınlara gətirən tarixə də nəzər salır. Qüdrətli türk imperiyalarını və imperatorlarını detalları ilə xatırladır:
Səlcuqların əli çatmır bu haraya, şahı matdı.
Şah babam Eldəniz yatmır, Atabəylər narahatdı.
 Xətayinin qılıncını göndərərdi Səfəvilər,
dilində “Allahu-Əkbər!”,
 Türkün qılınc ləhcəsində danışardı erməniylə.
 Bu misralarda şair dövlətçiliyimiz tarixinə xronoloji ardıcıllıqla nəzər salır. Səlcuqlar, Atabəylər, Səfəvilər kimi beynəlxalq nüfuza malik olan türk imperatorluqlarının varislərinin çağdaş durumu ilə barışa bilmir. O cür imperiyaların qurucusu olan türklərin ermənilərlə onların başa düşəcəyi “qılınc ləhcəsində” danışmasını haqlı hesab edir.
Bəllidir ki, türkün öz döyüş qaydaları var. Əsərdə o da xüsusilə önə çəkilib ki, “Türk qaçanı nişan almaz kürəyindən. Tikan çıxdı Avropanın, Rusiyanın ürəyindən”.Tükün mərdi-mərdanə savaşına girməkdən çəkinən həmin adları çəkilən böyük dövlətlər tarixən sünni-şiə məsələsi ilə türkləri bir-birinə qarşı qoymağı bacarmışlar. Türkün qaçanı qovmadığı böyük sərkərdələrin əmməllərində də sübut olunub. Bu kimi real həqiqətlər heç kəsə sirr deyil. Bununla belə, qovulmalı olan işğalçını qovmaq lazım olanda həmrəylik göstərmək vacib şərtdir. Yaranmış möcud tarixi şəraitdə türk sərkərdələri də Azərbaycanın köməyinə gəlməyi əsl qardaşlıq borcu bilirlər.
Şair xilaskarın missiyasını qabartmaq üçün o gələnədək ölkəmizdə baş verən faciələrin böyüklüyünü təqdim edir: “Bir cəhənnəm səhnəsiydi, Şamaxı zəlzələsiydi, Şamaxıda qətl-qarət!”. Bu misralarda ermənilərin törətdikləri soyqırımların həddi göstərilir. Amansız erməni-xristian birliyi varsa, onlara qarşı mərdanə duruş gətirən türk birliyi də var. Əslində poemadan çıxan məntiqi nəticə budur. Əsərin son bölümündə şairin ümidləri yenidən pöhrələnir:
Ey türk oğlu,
haraylasan onu nə vaxt,
- Nuru paşa doğulacaq,
 doğulacaq, doğulacaq elə o vaxt.
Bununla da bir-birinə qardaşlıq dəstəyi göstərən iki türk dövlətinin apardığı milli siyasətə işarə edilir. Təbii ki, yenidən doğulacaq Nuru Paşalar əcdadları tərəfindən müəyyən edilmiş adət-ənənələrə böyük ruh yüksəkliyi ilə əməl etməlidirlər.

Yenililklər
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.