“Kitabi-Dədə Qorqud” dastanı türkdilli xalqların ortaq mədəniyyətidir
01.03.17

Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Qorqud atadan günümüzə aşıqlıq ənənəsi” mövzusunda beynəlxalq simpozium işinə başlayıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbirin türk xalqları üçün əhəmiyyətli mövzuya həsr olunduğunu diqqətə çatdırıb. Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində hər zaman xalqımızın milli mənəvi dəyərləri, həmçinin qardaş türk xalqları ilə ortaq tariximiz və mədəniyyətimiz araşdırılır. Universitetdə “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bu işlərin ən dəyərli nümunəsi olan “Kitabi-Dədə Qorqud” abidəsinin zəngin tarixini, onun mifologiyadan yazıya, eposdan kitaba çevrilmək qüdrətini tədqiq etmək baxımından alimlərimiz böyük işlər görüblər.

Akademik türkdilli xalqların ortaq simvolu olan “Kitabi-Dədə Qorqud”a həsr edilən tədbirin əhəmiyyətindən söz açıb, bu mövzunun hər zaman aktual olduğunu söyləyib. Vurğulanıb ki, türkdilli xalqların hamısına aid edilən və hər birinin də izi olan “Kitabi-Dədə Qorqud” dastanlarının daha çox Azərbaycan əraziləri, toponimikası və bədii təfəkkürü ilə bağlılığı tədqiqatçılar tərəfindən təbii hesab edilir.

Rektor diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi beynəlxalq səviyyədə qeyd olunub və bu tədbirlərdə BDU-nun kollektivi fəal iştirak edib.

Qeyd edilib ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar və mədəniyyət nümayəndələri iştirak edirlər. Simpoziumun bölmə iclaslarında aşıq sənəti və ənənələrinə, müxtəlif el sənətkarlarına həsr olunan mövzular ətrafında müzakirələr aparılacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ölkələrimiz, xüsusilə türkdilli dövlətlər arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini söyləyib. Vurğulanıb ki, “Kitabi-Dədə Qorqud” dastanı tarixdə türkdilli xalqları yaşadan, türk dünyası vəhdətini qoruyub saxlayan ortaq mədəniyyətimiz və ədəbiyyatımızdır. Bizi birləşdirən, bira araya gətirən bu qədim abidənin öyrənilməsinə, araşdırılmasına hər zaman böyük önəm verməliyik.

Türk Dil Qurumunun rəhbəri, professor Mustafa Kaçalin, Bayburt Universitetinin rektorunun köməkçisi Süleyman Ciydem, Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru, professor Səbahəddin Balcı, Qazaxıstan Respublikası Qorqud Ata Elmi Araşdırmalar İnstitutunun müdiri Şirinbəy Koylibayev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar İmanov və Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım dastanın zəngin və qədim tarixi köklərə malik olması baxımından xalqlarımızın tarixi, mədəni, ədəbi irsinin, eləcə də dilinin qorunub saxlanılmasında və gənc nəslə çatdırılmasında əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, türkdilli xalqların ortaq mədəniyyəti olan “Kitabi-Dədə Qorqud” dastanı birgə milli mənəvi dəyərimiz, sərvətimizdir. Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir.

Simpozium işini bölmə iclasları ilə davam etdirib. İclaslarda alim və tədqiqatçıların “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı məruzələri dinlənilib.

Martın 1-dək davam edəcək tədbir çərçivəsində BDU ilə Türkiyənin Bayburt Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Yenililklər
30.05.20
Səxavət Sahil - Mənəvi qonorar
27.05.20
Kino strukturları Mədəniyyət Nazirliyindən ayrılsın - kino pullarının yeyilməsinin qarşısını almaq yolu...
27.05.20
Elçin İbrahimov - Bir dəfə danışdığımız dil heç zaman unudulmaz!
27.05.20
1918-1920-ci illərdə nəşr edilmiş “Azərbaycan” qəzeti latın qrafikalı əlifbaya transliterasiya olunur
27.05.20
Fəxri Müslüm - Mən ölsəm, içimdən öləcəm
26.05.20
Azərbaycanda Kino Şurası yaradıldı
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.