Gülnar Səma - Balayar Sadiqin çağdaş poemaları
01.03.17

Çağdaş yazarlar içərisində poemalara müraciət edən sənətkarlardan biri də Balayar Sadiqdir. Onun “Ömrün gəraylı çağları” kitabında altı poeması var. Bu poemalar “Qan”, “Yol”, “Başdaşı”, “Edam günü”, “Bir ovuc yaddaş torpağı”, “Zindan görüşləri” başlığı ilə təqdim olunub.

“Qan” poeması 1996-cı ildə nəsr və nəzmin əlaqələndirilməsi şəklində yazılmışdır. Eləcə də, poemanın tərkibindəki parçalar hər biri ayrıca şeir təsiri bağışlayır. Bununla belə, hər bir şeir özlüyündə çox mükəmməldir, mükəmməl poetik dili var. Əslində, poemanın əsas ağırlıq mərkəzi nəsr parçalarının üzərinə düşür. Əsərin yarısına qədər yuxu motivi üstünlük təşkil edir. Nəhayət, məlum olur ki, yuxusunda qəhrəmanın narahatlığına səbəb olan, gah atasının, gah babasının qəbri şəklində təzahür edən bu sirr, qan yaddaşımızın nağlı imiş. “Atamdan, babamdan keçib, Qanımda axan kişnərti” - misralarından da göründüyü kimi, poemanın əsas məğzini ulu keçmişin unudulmaması, at üstündə gəzən babaların mərdanəliyinə sadiq qalınması təşkil edir. Müəllif poemalarında ata qayıdışı, milli özünə qayıdış kimi səciyyələndirir.

 “Yol” poeması da (1996) nəsr və nəzm hissələrindən ibarətdir. “Öz yolunu tutdu bu yol” sətirləri poemanın əsas mərkəzi yükünü daşıyır. Bu yol elə bir yoldur ki, oradan atan, baban keçib. Ona görə də, indi həmin yolun baxışları yaxamıza bağlanıb. Yol bizi ən düz olanla getməyə yönəldir. Məhz bu poemada da, yolun bu cür anlamının qabardılmasına cəhd edildiyini görürük. Yolun başlanğıc və bitiş nöqtələri məlum olduğu kimi naməlum da olur. Həm də dilimizdə ömür yolu deyilən bir ifadə də var. Biz bütün həqiqi və məcazi yollardan ömür yolu adlanan zaman kəsiyində yol salırıq. Yol sözü bizim dilimizdə həm omonimliyi, həm də çoxmənalılığı olan sözdür. Əsərdə də bu sözün fəlsəfi çalarları ilə yanaşı ifadə imkanları da poetikləşdirilib.

1996-cı ildə yazılmış “Başdaşı” poeması həcm etibarilə çox kiçikdir. Lakin poemanı təşkil edən şeirlər mükəmməl poetizmə malikdir. “De indi harda dəfn edim, Gözü yaşlı göz yaşımı?!” tipli poetik tutumlu misraları çoxdur. Aydınca görünür ki, “göz yaşının göz yaşı” poetik kəşfdir. Onun dəfni isə ağlamağın axırına çıxar. Sözün hər mənasında dəfn sözü bədbinlik mənası ifadə etsə də, göz yaşının dəfnində bir nikbinlik anlamı var. Bu tipli mükəmməl misralar əsərdə üstünlük təşkil etsə də, ümumiyyətlə, poemada istifadə edilmiş beş şeirin başdaşı ilə əlaqəsini tapmaq olmur.

1996-cı ildə qələmə alınmış digər bir kiçikhəcmli poeması isə “Edam günü”dür. Edam günü elə bir gündür ki, həmin gün dar ağacları yallı gedir. “Kirpiklərim dar ağacı Asıb özünü göz yaşım” kimi sətirlərdən də göründüyütək dar ağacının mücərrəd mənasına da toxunulur. Özünü asan göz yaşlarının aqibəti bəllidir ki, yox olmaqdır. Göz yaşlarının məhv edilməsi təbii ki, alqışa layiq bir işdir. Bu yönümdən yanaşanda kirpiklərin dar ağacı funkusiyasını icra etməyinə dəstək olmaq istəyirsən. Şair sözü elə dolayı yolla qələmə alıb ki, ölüm doğuran dar ağacına rəğbət hissi yaradır. Yəni dar ağacı bəzən insanın xeyrinə də nəyinsə asılmasına səbəb ola bilərmiş. Əlsində məlum olur ki, edam günü mücərrəd bir zaman kəsiyidir. İnsan hər an rastlaşa biləcəyi ölümə hazır olmalı, həmişə əbədiyyət vaxtı ilə saatın neçə olduğunu bilməlidir.

“Bir ovuc yaddaş torpağı” poeması da digər poemaları kimi eyni strukturda, 1998-ci ildə yazılıb. Bu əsərdə isə ölüm gəlib ömür yiyəsini çağırır. Yaddaşın mahiyyəti belə açılır ki, “Alnımdan keçən yolların Əriməyən qarı yaddaş”. Bu yaddaş torpağı həm də torpağın yaddaşıdır. Bu, o yaddaşdır ki, qəbir üçün torpağı qarış-qarış qazırlar. Ölümün torpağın qoynuna necə tapşırılması torpağın yaddaşına əbədi həkk olunur. Çürüyüb torpağa qarışan cəsəd isə yaddaşın torpağına çevrilir. Əsər çox mükəmməl misralarla yekunlaşır: “Ucaldı əcəl bayrağı, Kölgəsi bir ada düşdü”. Əcəl də öz qələbəsini bayrağını ucaltmaqla nümayiş etdirirmiş. Bu bayrağın kölgəsində isə bir ad öz mənsub olduğu cismdən məhrum olur.

1996-cı ildə yazılmış “Zindan görüşləri”ndə isə nəsr parçaları yoxdur, lakin beş yarımbaşlıqdan istifadə edilmişdir. Əslində bu zindan məcazi məna daşıyır. Əldən verilmiş hər fürsət zindana düşmüş insanla müqayisə edilir. “Köhnə divar kimi uçulur ömür, Alnımdan tökülür alın yazısı” – deyən şair yaşam fəlsəfəsinə özünəməxsus məna verir. İkinci bölümdə isə ictimai narazılıqlar dilə gəlir, addımbaşı rastlaşdığımız hasızlıqlar cazibədar bədii dillə qələmə alınır. Bir fikrə xüsusilə önəm verilir ki, azadlıq zindanların bətnindən doğulur. Qəribə bir təzadla qarşılaşırıq, Ölüm azadlıqdan utansa da, Zülm utanmır. Bununla belə, əsərin sonunda Azadlığın mütləq qalib olacağına inam var.

Balayar Sadiqin “Sərhədçi ömrü” poeması proloqla başlayır. Bu əsər müasir Azərbaycan poemaları sırasında öz sanballı yerini tutur. Poemada qeyd edilir ki, torpağın altında şəhid yatanlar əsgər addımını laylatək duyurlar. Onların adi yaşam reallıqları qeyri-adi bədii tonla təqdim olunur.

Sərhədçi əsgərin kirpiklərindən,
Gecə ulduz-ulduz asır özünü.
Tətikdə dayanan barmağı üstə,
Alagöz səhərlər açır gözünü.

Poemada sərhəd sözü savaşda gözünü yuman şəhidin sonuncu mənzili, otağı kimi mənalandırılır. Yazar öncə vətənin ən ulu sərhədçisindən söz açamaq istəyir. Buna görə də, birinci bölüm “Ulu sərhədçi” adı ilə təqdim olunur. Bir millət özündən əlçatmaz, ünyetməz xatirələrtək uzaq düşəndə inləyən bayatılar, hönkürən ağılar yurdun qəm dolu salnaməsinə çevrilir. Belə bir zamanda ulu öndər Heydər Əliyev  xalqına böyük yaradanın ərməğanıtək göndərilir: “Gəldi öndər gəlişiylə, Azərbaycan özünə gəldi”- misralarında gəlişlərin həmahəngliyi diqqəti çəkir. “Millətin öndəri Sərkərdə Heydər Vətənin ən ulu Sərhədçisidir” sətirləri ilə bu böyük şəxsiyyətə ehtiramını bildirir.

İkinci bölüm “Qələbə sorağında adlanır”. Bölümün əvvəllərindən bir döyüşkənlik ruhu duyulur. Müəllif çadırda doğulan hər bir körpənin bələyinə  “Baş Sarıtel” bükməyi məsləhət görür. Belə olarsa, döyüşçü qardaşlarımızla Qələbəni qarşılamağa gedə biləcəyimizə ümid bəslənilir.

 Üçüncü bölüm “Ərən salnaməsi-əsgər məktubu adlanır”. Bu elə bir məktubdur ki, bir əsgər anası bu məktubu əlinə alanda qonşu həyətdəki bir su sonası xoş xəbərdən dodağını dişləyər. Bu hissədə sərhədçi əsgərin xidməti vəzifəsi ilə vətəndaş mövqeyi önə çəkilir. O həm də bir vətən qızının gözlərini yolda qoyan bir vətən oğludur. Bu bölümü verməklə şair sərhədçi ömrünün bütövlüyünü göstərib.

Epiloqda qeyd edilir ki, “Sərhədçi qəlbində vətən sevgisi, Şirin arzu kimi sərhədsiz olur”. Bu sevgi sərhədçilərdən vətənin bütün vətəndaşlarına ötürülür. Misralardakı “sərhədçi” və “sərhədsiz” sözləri xoşagəlimli bir ahəng yaratmışdır. Sərhədçi üçün vətənin sərhədləri mövcud olsa da, arzuların sərhədi olmur.

Ümumiyyətlə, poemaları oxuduqca bir şeyə tamamilə əmin olursan ki, Balayar Sadiq sözə zərgər dəqiqliyi ilə yanaşır. Ən gözəl ifadələri şeirdə mükəmməl şəkildə obrazlaşdırır. Bu fikirləri poemanın nəsr dilinə də aid edə bilərik. Lakin bununla yanaşı, müəllifin  nə demək istədiyi bu söz gözəlliyinin kölgəsində qalır. Yəni poemalarda konkret hədəfi tapmaq kifayət qədər çətinləşir. Bu çətinliyi asanlaşdıran yeganə səbəb poetik dildir.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.