Ayhan Miyanalı - Yeni şeytanlar yarat
05.07.17

Avanqard.net cənublu yazar Ayhan Miyanalının "Üsyan" yazısını təqdim edir.

(Yeni Şeytanlar Yarat!)


 
 Tax, tax, tax.......
[Qapı elə döyülür, sanki sınacaq]

–    Qapı döyən...? 
–    Kimdi gecənin bu vaxtı....?
 
Mənəm Ayhan!

–    Ayhan kimdir?

[Heh(Acı bir gülümsəyir)]
Öz yaratdığın yazıq qullardan birisi.

–    Tanıya bilmədim!

Səni mənə yaradanım adıyla tanıtdırmışdılar!
Atalarımıza demişdilər ki səni bir dörd düvar arasında saxlayırlar; [heh] Mən buna inanmayırdım kiiii!, bu böyüklükdə dünyanın, necə yaradanının evi olarmış!
həmdə bir kiçik dörd duvar.
İndi sənə yaraşarmı belə yaşam?
Səni mənə belənçi qorxaq tanıtdırmamışdılar kiiii.
İndi qapını aça bilərsin qadası? 
Çoxdan olar ki, buralardan köçüb getmişəm; bilirəm, məni çətin tanıya bilərsin!

[Dilinin ucunda mizildayaraq, dönüb dedi:]
–    Açıram qapını, gəl içəri; vaxtım azdı, işim çox;
Tez anlat mənə nə istədiyini, sonrası yolunu çək get buralardan; mənim mənə ibadət! etməyən qullarla işim yox.

[Bu anda  Ayhan, içindəki öfkəni, dərin bir nəfəslə eşiyə çıxardandan sonra, deməyə başlayır:]

Canım Tanrı(m)! 
Çox darıxmışam;
Bir eşidən qulaq axtarıram.
Deyirlər ki, "artıq cəhənnəmin odun söndürübsən". 
Acı sevincimdən izn ver sarılım sənə.
Ürəyim patlayır; hər yaşadığım kədərli axşamlar kimi. 
Eşitmişəm, "İnsanları daha artıq sınağa, çəkməyəcəksən".

[Gözlərindən sanki qan damlayır kimi, tövşəyə-tövşəyə, danışığına dəvam edir]

Xəbərləri oxuyursan, canı(m!)? 
Deyirlər,
Şeytan Əmi, təbrizin yolunda,
        Miyananın dönümlərində(1),
Trafik qəzası geçirib. 
Ona artıq ümid yox, eşitmişəm.....
Həm üzüldüm bu xəbərdən;
              Həm də sevindim! 
Artıq biz yaratdığın qulları necə aldadacaqsan?
Kimin var;
Rəhəmtlik Şeytanın, rolun oynaya bizlərə......? 
Kimiiiiin var ? 
İllər boyu,
    Qandırmışdın bizləri.....
Yasaq dodaqlar, 
Unudulmaz qucaqlar,
Hurilər(pərilər),
İçgi pınarı...!,
İşləməyən anılar.....,
İtmiş on ikincim!,
Vay.....
Nələrlə qandırmışdın bizləri.....!? 
Nələrlə?
Qoy səninlə rahat danışım.
Gəl Xalqı buraxıb;
Öz dərdlərimdən deyim sənə.
Yaşım basır otuz  doqquzu;
Sanki indisə anamın qarnındayam.
Öküz kimi keçirtdiyim həyat! 
Sənin qorxundan susmuş qucağım! 
Tir-tir, əsən ayaqlarım;
Ağarmış saçlarım;
Ümidsiz çağlarım;
Dəli oluram bunları deyərkən, dəliiiiii! 
Nədən bizimlə bu davranış.....!? 
Nədəəəəən????

[Bu anlarda, Tanrı elə qəzarməşdı ki]

[Ayhan ağzının suyun udub, deməyinə, belə dəvam edir:]

Boğuluruq əlindən artıq, ölümü, yaşamdan daha artıq sevirik! 
Arsız gələcəklərimiz üçün, sənin yalan festivalın üçün! 
Bütün "bu dünyada etmə, o dünyada özgürcəsinə edəcəksin"lərin üçün! 
Heeeeeey!,  tanrı(miz)! 
Eşit bunları bizdən, nə olar eşit.
Keşkə uşaqlar kimi, gizlən panc oynaya bilsəydik;
Sən gözünü yumsaydın;
Biz qaçıb gizlənsəydik.....
Özümüzə daşdan yuva qurub, səni yuvamızın dövrünə, fırlatsaydıq.
Bilmirsən necə vurğunuq bu tərsə fırlantıya!
Özümüzdən Şeytanlar yaratsaydıq; Sənin əlinə daş versəydik; onu əlınlə daşlatsaydıq! 
Bunca il Sən qullarınla oynayıbsan bu oyunu...! 
Hələdir axtarırıq bu axmaqlığın çərçivəsində, Sənin görünməz cənnətini! 
Hələdir, dinlərinin arasındaki İnsanlarla vuruşub, ikrahsiz dinin (2) qılıncıyla başlar ayırırıq bədənlərdən! 
Hələdir uşaqlar kimi bu yalanlara vurğunuq; hələdir hər şeyi, dualarımızda axtarırıq! 
Qismət səndən olub....‍;
Ruzi(3) səndən!;
Tale(4) səndən...! 
Hər şey sənin əlində olub....
Birisi afrıkada, qara dərisiylə, qara günlərini, çətinliklə keçirib; gecəni aclıqla, sabaha çatdırır...! 
Birisi avrupada qızıl rəngli saçları, rəngli gözləri, uca boyu və bütün gözəlliklərlə baş-başa keçirir.....
Ədalət sənsin, mütləqsin
Ərhəmərrahimin(ألرحَم الراحِمین)sin!
Sən o'sin, bu'sin...! 
Bu yalanları, anlatdın bizlərə, tarix boyunca, yalancı kitablarla!

[Ayhanı bu anda, qəhər basıb, gözlərinin qurumuş pınarından, sel kimi yağmağa başlayaraq, ağlayıb, deyişməsinə belə dəvam edir]
 
Qulağını aç eşit dediklərimi!
Özünü o yola vurma!

[Tanrı başını, iki qolunun arasında gizlədərək, utancından başını bilə qaldırmayır]

[Tanrı utandıqca, Ayhan daha artıq, dərdlərini bağırır!]

Doğu Türküstanda, Qarabağda, Ağdamda, Xocalıda,
Yada 1946-nci ilin dekabrında, Təbrizin ortasında, qana bürünmüş igitlərin meyit namazında, Sən yoxuymuşsan, yoxsa, yeni əyləncələrinə baxırmışsan! 
Ey qismətlərin sahibi...
İndi yanındayam, insafsızların ağası...! 
Nədən gücün yox; bunca üz verdiyi cinayətin, acı hekayəsin, anlatmaq üçün...
Nədən.....!? 
Bağışla bir daha döndüm sənə! 
Dedim deyim;
Sonra gedim
       Bitim,
            Ölüm,
       Yox olmuş bir tarixin itgin səhifələrində yandırılım;
Təbrizdə, kitablarımızla, yandırılmış Anaların ürəkləri kimi...

Şeytan Əmi, öldü artıq!
Yeni Şeytanlar yarat; qulların üçün...
Olmaya birdən, yer üzündə İnsanliq oynaya.....!
Olmaya dünyanı yaxşıliq başına alıb, sevgi mahnısını, bütün hekayələrdə oxuya! 
Olmaya üzlər gülüb, Dünya sunsuzacan, bütün çağlarımızda şənlik festivalı qura!
İnanırsan Şeytansız dünya qorxudur məni!?
Axı bizlər onsuz dünyanı, özümüzə yad görürük!

O üzdən, utanma; dur ayağa;
Qollarını yuxarıya çırma;
Tez yarat! 
Həmən yarat...! 
Sevdiyin Şeytanları yarat;
Ya ərhəmərrahimin(یا أرحَم الراحِمین)........
[Və..........]

 
-------------
1-  Miyana, güney azərbaycanın böyük şəhərlərindəndir.
2-  İkrahsız din deyə, bu ayəni xatırladır(لا اکراه فی الدین) (Dində heç icbar yoxdur!).
3-  İnsanın tanrı tərəfindən aldığı varlılıq və yeməklər.
4-  Bəxt

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.