Cənublu yazar Hüseyn Vaihdi Zəhraya hekayə yazdı

10.07.17

Avanqard.net cənublu yazar Hüseyn Vaihdinin 2 yaşlı şəhid Zəhraya həsr elədiyi hekayəni təqdim edir.

Zəhra

Heç özüm də inanmırdım Zəhra iki yaşına keçir. Səhərçağı yuxudan durandan, on dəfə; «Allah səni tanımayana lənət! Allah sənə min şükür» - demişəm. Əli altıda işə gedəndə də neçə dəfə tapşırdım «axşam evə gələndə əli boş gəlmə ha... Uşağa ad günü tortu al, yaddan çıxmasın sən Allah!».
Bəli, hamının da yadından çıxsa, mənim yadımdan çıxmaz ki. Fikrim min yana gedirdi. Axşam kim harada oturacaq. Kim nə danışacaq. Öz-özümlə danışa-danışa, gahdan da Zəhranın otağına gedib əyilib boyun-başını iyiləyirdim. Bilmirəm niyə bu qədər uşağın dunyaya gələndə yaşyarım, iki yaşına kimi gələn qoxusunun dəisyəm. Bəlkə də Zəhranın iyisi mənə xoş gəlir. Əlmidən gəlsə idi, bu iyinin ətirini düzəltdirərdim.
Balamın iyi-qoxusuna da qurban olum özünə də. Mənə xoşbəxtlik gətirən balama. İki il bundan öncələr yadımdan çıxmaz heç vaxt. Çıxa da bilməz. İndi də yadıma düşəndə əl-qolum əsir. Dil-dodağım quruyur. Urəyim döyünür. Nə əzablar çəkdim. Nə sözlər eşitdim o Zəhrasız günlərimdə. Baldız bir yandan, qaynana bir yandan ustümə gəlirdilər.
O sısqa, burnu yekə adama bənzəməz baldızımın acı sözləri, hələ də bir zəhrimar kimi boğazımı yara-yara qarnıma dolur. Qaynanamın atmacaları bir ox kimi, canımda sağlam bir yer qoymayıb qala. Bu yana keçirdilər Əlini qururdular, o yana keçirdilər Əliyə quşdii oxuyurdular! Bir gün olsun belə, evimə dava salmaqdan nə doyurdular, nə yorulurdular.
Hə! Gəlin görün Zəhralı günlərimi! Gəlin görün, adına qurban olduğum xanım Fatimə-yi Zəhra (s), necə bizə, gül kimi pay aldı Allahdan. Əlləri qırılsın xanım Fatiməyi Zəhranın canına qıyıanların.
Zəhramın adını qoymağı da mənə çox görüdülər. Bu adı qoy! O adı qoy. Ad gərək biz deyən ola. Kim deyyb ad gərək sız deyən ola? Bu uşağın Anası yoxdur? Atası yoxdur? Hələ qarımış bir qız ona ad qoyacaq ya ağ birçəklərindən utanmayan bir qarı?
Vay ounu nə deyim olsun! Gün olmadı, həftə-ay olmadı ərimi mənim canıma salmayalar. Hələ də sağ böyrümdə sancı var. Əli sən Allaha necə cavab verəcəkəsn? Vurduğun təpiklərə nə cavabın var? Hə?
Bəlkə məni xəstəxanaya aparanda mən sirrimi həkimə deməyəydim. Bəlkə mən ölrədim? Nə cür həkimlər uşaqla ananın diri qalmaq riskini yarı-yarı deyə-deyə sən qəbul elədin? Olsun eybi yoxdur dedin. İnşallah heç nə olmaz buyurdun!
Canım bu fikirlə elə acyıyırdı, hərdən unudurdum bugün balamın ad günüdür.
Ev-eşiyi sil-süpür edərkən, Zəhra da yoxudan oyanıb bir az süd içib həyətdə oynamağa getdi. O biri kənd uşaqları kimi, toyuq-cücələrdən o qədər xoşu gəlirdi, günün, onlarla oynamaqla axşam edirdi.
O həyət də oynarkən, öz xəyalımda fikirləşədim nahara bir yüngülvar yemək hazırlayım və düyü-toyuğu da şama bişirim. Qoy doğum günümüz əla olsun.
Həytdən bir az tərə-türə dərib naharı bişirməklə elə başım qarışdı, heç bilmədim nə zaman günorta olub.
Naharı bişirərkən içimədəki nigərançılığı nə uda bidim nə susdura bildim. Mənlə qaldı ki mənlə qaldı. Nə qədər öz xəyalımda axşam sevincini toxusam da, bir anda nəm haradan bir əcayib qəm-qüssə ürəyimə dolub içimi partladırdı.
Bir dəfə də çölməyin qapağını götürüb aşın dadına baxdım görüm bışıb ya yox. Sonra dedim, gedim Zəhranı da gətirim bir az aşdan içsin bir az da yatsın, oyadım yuyundurum axşama gül kimi olsun. Mən indi də bilmirəm nə oldu! Ocaq başına kimi yadımda. Ondan oyana seyrək baş kimi, seyrək xəyallardı. Nə ucu bəllidi nə dibi. Bilmirəm dünya nə cür başıma gəldi. Bomba partladı? Zəlzələ gəldi? Qaz partladı? Nə oldu? Kim deyəcək ki? Səhərçağıların yuxusu kimi, yarı oyaq-yarı yuxulu kimi bir şeydi. Mən yerə yıxılmışdım və divradakı saatın əqrəbləri başıma fırlanırdı. Zəhranın gülüməsəyən şəkili, ağlayırdı və birdən birə yerə düşdü. Röyamda belə bir şeylər var. Bəzən də Zəhranın şəkilin ağlayan kimi düşünürəm və beynava uşaq o qədər ağlayır qab dolur göz yaşı ilə və qərq olur... Töbə-töbə! Lap səfehləmişəm mən. Hamı səfehələyib bəlkə də!
Əli ki nə danışır nə dinir! Gahdan Zəhram-Zəhram deyib başına çalır.
Mənə biri tapılmır deyə nə olub! Xanım doktor siz bilirsiniz nə olub? Mən niyə gəlmişəm sizin yanınza? Bu sözləri sizə təriflədim nə cür təriflədim?
Deyirəm Zəhranı həyətdən gətirin içəri doğum günüdür heç kim saymır! Xanım doktor pəncərə qabağından gəlin bura! Xanım doktor sız niyə danışmırsınız?

-------------
* 2017-cı ilin yayında, işğalçı Ərmənistan tərəfindən atılan xumparələr nəticəsində şəhid olan və gül kimi pər-pər olan Zəhranın ruhuna ithaf olur.

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.