"ATV Kitab" seriyasından Mübariz Örənin “Balıq gülüşü” nəşr olundu

12.07.17

Mübariz Örənin “Balıq gülüşü” kitabı “Çağdaş nəsrin ustaları” seriyasından
“ATV Kitab”dan “Hədəf nəşrləri ” ilə…


Bir neçə həftə öncə  “ATV Kitab” layihəsi  ilə “Hədəf nəşrləri ” arasında imzalanan Əməkdaşlıq Memorandumuna əsasən birgə kitabların nəşri artıq başladı. Yeni təsis edilən “Çağdaş nəsrin ustaları”  seriyasından I kitab-yeni nəsil milli ədəbiyyatımızın təmsilçisi, istedadlı nasir Mübariz Örənin “Qazanlımış günün siestası, yaxud Balıq gülüşü” adlı povest və hekayələr toplusu artıq işıq üzü gördü.

212 səhifəlik yüksək poliqrafiya ilə nəşr edilən kitabın “ön söz” ünün müəllifi professor Cavanşir Yusifli, redaktoru Səlim Babullaoğludur. Kitab üzərində Tamerlan İsmayılzadə (dizayn və qrafika), Bəxtiyar    (texniki redaktor)  və  Lətafət Səmədova (korrektor) çalışıbılar.
Cavanşir Yusifli  “ön söz” də yazır: “Mübariz Örən müasir Azərbaycan nəsrinin istedadlı nümayəndələrindəndir. Onun özünəməxsus təhkiyəsi, yazı tərzi və baxış bucağı var – daha doğrusu, müşahidə strategiyası. Həyatdan qavradığından çıxardığı nəticələr, hadisənin dərinliklərinə nüfuz etmə marağı və gücü onu yaşıdı olan digər nasirlərdən fərqləndirir .”
Mübariz Örən 1967 – ci ildə Beylaqanda doğulub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.Uzun müddət Rusiyanın Tümen vilayətinin Xantı-Mansiysk Muxtar Dairəsində neft sənayesində işləyib. Kitabda müəllifin  biografiyası ilə yanaşı əsərləri haqda digər ədiblərin fikir və rəylərindən fraqmentlər də yer alıb.

Ədəbiyyatşünas Rəhim Əliyev “Mübarizin dili çox gücli ifadə qabiliyyətinə malikdir...”- deyir, yazıçı Əlabbas  isə həmkarı haqda söyləyir ki, Mübariz Örənin “İlıq” adlı bir hekayəsini oxudum, hekayə məni silkələdi. Mən o hekayəni romana dəyişmərəm... Yazıçı Şərif Ağayar Mübarizin nəsrini nəğmə qədər gözəl hesab edir.

Bütün bu fikirləri ümumiləşdirən “ATV Kitab” layihəsinin rəhbəri və kitabın Səlim Babullaoğlu eksklüziv müsahibəsində: “ Görüdüyü kimi “Balıq  gülüşü” müəllifin ilk kitabı olsa da Mübariz Örənin imzası ədəbi mühitə çoxdan məlumdur və ciddi bir imza olaraq qəbul edilir. Biz də bu mənada müəllifin kitabını seriyanın ilk kitabı olaraq heç də təsadüfi seçməmişik. Mübariz çoxlu vacib problemləri qaldırır əsərlərində. Burda tənhalıq, mistika, əxlaq, deqradasiya, texnologiya, eşq və ehtiras, uşaqlıq...bir sözlə o qədər mövzular var ki. Bu kitab olduqca tez oxunan, oxunaqlı, necə deyərlər, ləngərli və bişmiş bir dillə yazılmış əsərlərin toplandığı bir kitabdır. Həm müəllifin, həm seriyanın ilk kitabı əminəm ciddi maraqla qarşılanacaq”.

“Hədəf Nəşrləri”nin rəhbəri Şəmil Sadiq bu əməkdaşlığın ədəbi və mədəni mühitmiz üçün vacib bir əməkdaşlıq olduğunu bir daha dilə gətirərək onu da qeyd elədi ki, ilk çap olunan kitab, o kitaba daxil edilən əsərlər diqqətəlayiq əsərlərdirlər. Mübariz yetkin yazıçıdır. Onun əsərləri cəmiyyətin bir çox problemlərinə güzgü tutur. Sevinirəm ki, Mübariz çoxdan yazmağa başlasa da kitab çap etdirməyə tələsməyib. Onun kitabı məhz bizim seriyadan, haqqıyla “ Çağdaş nəsrin ustaları “ seriyasından çap edilir. Özümüzü, ATV-ni və müəllifi təbrik edir, oxucuları kitabı almağa səsləyirəm…

“Çağdaş nəsrin ustaları” seriyasının məşvərət heyətinə ATV-nin prezidenti Vüqar Qaradağlı, Şəmil Sadiq, Səlim Babullaoğlu, İlqar Fəhmi, Azər Turan, Seyfəddin Hüseynli, Müşfiq Xan, Əliş Mirzalı, Səbuhi Şahmursoy  daxildirlər.

Nəşrə informasiya dəstəyi  www.manera.az  saytı , “Ədəbiyyat” qəzeti və “Ustad” dərgisi tərəfindən verilir.
Kitabı şəhərin əksər kitab dükanlarından, eyni zamanda  “ Kitabevim” kitab mağazası və satış şəbəkəsindən əldə etmək olar.
www.kitabevim.az saytı və bu telefon nömrələrdən daha ətraflı məlumat almaq  olar: (012) 498 79 89,  (055) 877 24 44

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.