Mədəniyyət və Turizm Nazirliyi "İlin ən yaxşı kitabxanası" müsabiqəsini elan edir
13.07.17

“İlin ən yaxşı kitabxanası” müsabiqəsi kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil olunur. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri arasında 3 istiqamətdə - “İlin ən yaxşı Mərkəzi Kitabxanası”, “İlin ən yaxşı Uşaq şöbəsi” və “İlin ən yaxşı kitabxana filialı” nominasiyaları üzrə keçirilir.

Müsabiqədə iştirakın irəli sürülməsi və tələb olunan sənədlər

“İlin ən yaxşı Mərkəzi Kitabxanası” nominasiyasında iştirak üçün MKS-in direktoru, “İlin ən yaxşı Uşaq şöbəsi” və “İlin ən yaxşı kitabxana filialı” nominasiyalarında iştirak üçün isə şöbə və filial müdirləri tərəfindən Müsabiqə Komissiyasına təqdimat verilməlidir. Təqdimatda müəssisənin adı, əlaqə vasitələri mütləq qeyd olunmalıdır.

Təqdimata əlavə edilir:

• Kitabxananın 2017-ci il üzrə yarımillik fəaliyyəti barədə maksimum 5 səhifə həcmində arayış (Səhifə A4 formatında, şrift “Arial”, sətirlər arası interval 1, faylın maksimum ümumu həcmi 3 mb-dan çox olmamaqla). Arayışda göstərilən tədbirlərə, həyata keçirilən layihələrə dair təsdiqedici sənədlər və fotoşəkillər (maksimum 5 ədəd fotoşəkil)

• İlin ikinci hissəsi üçün kitabxana tərəfindən həyata keçiriləcək və əvvəl tətbiq edilməmiş layihə təklifi

• Kitabxana əməkdaşları tərəfindən Vikipediyanın Azərbaycan dili bölməsində milli-mədəni irsimizə dair yaradılmış məqalənin linki

 Hər bir mərkəzləşdirilmiş kitabxana sistemi yalnız bir nominasiya üzrə təqdimat verə bilər.

 Müsabiqə nominasiyaları üzrə layihələr üçün xüsusi tələblər

• “İlin ən yaxşı Mərkəzi Kitabxanası” nominasiyası üzrə - kitabxana mütəxəssislərinin peşəkar və yaradıcı potensialının inkişafına kömək edən sosiomədəni layihələr

• “İlin ən yaxşı Uşaq şöbəsi” nominasiyası üzrə - uşaqların intellektual, mənəvi inkişafına kömək edən, onlara mütaliə vərdişləri aşılayan və bu istiqamətdə adekvat ailə mühitinin formalaşdırılmasına dair layihələr

• “İlin ən yaxşı kitabxana filialı” nominasiyası üzrə - oxucuların mütaliəyə marağının artırılması istiqamətində həvəsləndirici layihələr

 Mükafat:

Hər bir nominasiya üzrə qalib kitabxana 500 (beş yüz) manat pul mükafatı və xüsusi diplomla təltif olunacaqdır.

 Müsabiqənin müddəti:

Müsabiqəyə sənədlərin qəbulu 1 sentyabr 2017-ci il tarixdə sona çatacaqdır.

İştirakçılar sənədlərini e-mail vasitəsi ilə (nrtis@mct.gov.az) və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Kitab dövriyyəsi sektoruna (Hökumət evi, 3-cü mərtəbə, 322-ci otaq, tel.: 012 493 23 77) təqdim edə bilərlər.

Yenililklər
22.09.17
Fərid Hüseyn Serbiyada iki şeir gecəsində iştirak edib
14.09.17
Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” çap olunub
13.09.17
Taleyran haqqında kitab nəşr olundu
13.09.17
“Belə təşkilat ləğv olunsa yaxşıdır” – Yazarlar AYB-dən danışdılar
13.09.17
AYB "26"-lar kafesi ilə bağlı bəyanat verdi
11.09.17
“Art Tover” qalereyasında Abşerona həsr edilmiş sərgi açılacaq
11.09.17
Bakıda “Kitab bayramı 2017” sərgi-yarmarkası təşkil olunacaq
11.09.17
Cəmşid Cəmşidov - Molla Pənah Vaqif italyan şərqşünaslığında
08.09.17
Nobel Mükafatçısının kitabı ilk dəfə Azərbaycanda
08.09.17
YUĞ Teatrı mövsümü “Səsimi unutma” tamaşası ilə açacaq
07.09.17
Ölkəmiz Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur
07.09.17
Yazıçı Vaqif Nəsibin yeni kitabı işıq üzü görüb
06.09.17
Dünyanın ən çox qazanan yazarları - SİYAHI
04.08.17
"Ulduz” jurnalının iyul nömrəsi çap olunub
03.08.17
Aynur Qarayeva: “Servantesin, Lorkanın, Markesin dilində danışmaq çoxdankı arzum idi…”
03.08.17
Milli Kino Günü münasibətilə təntənəli mərasim keçirilib
03.08.17
Rövşən Xasayoğlu - Doğrunu söyləsən kimə nə fayda 
03.08.17
Xanəmir Telmanoğlu: "Öz yazdıqlarını yandırmağı bacar"
01.08.17
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq memorandumu imzalayıb
01.08.17
Kamal Abdulla daha bir ilkə imza atdı – “Təcrübədən əvvəl təcrübə”
27.07.17
Tanınmış jurnalist Ağa Cəfərliyə yeni vəzifə verilib
27.07.17
“Mədəniyyət” kanalı “Ədəbi üfüqlər” layihəsinə start verib
27.07.17
Səxavət Sahil - Yazıçıda üslub səhvi axtaranlar
26.07.17
Kinematoqrafçılar İttifaqı qısametrajlı sənədli filmlər üçün  ssenari müsabiqəsi elan edib
24.07.17
Haynrix Böllün “İki roman”ı işıq üzü gördü
24.07.17
“Güney Azərbaycan nəsri” antologiyası çapdan çıxıb
21.07.17
Nizami Cəfərov - Hacı Kərim Sanılının Məclisi-Məbusan "deyişmə"ləri
21.07.17
Məhəmmədhüseyn Təhmasiblə bağlı kitab nəşr edildi
20.07.17
Bakıda meksikalı rəssam Frida Kaloya həsr olunmuş sərgi açılıb
20.07.17
Alexandro Sambra və Maksans Ferminin romanları çap olunub
19.07.17
"Maska" nəşriyyatı Anar haqqında kitab nəşr edib
18.07.17
Musa Yaqub - “Qadınsız yaşamaq əzabdır...”
17.07.17
Hədiyyə Şəfaqətin “Qapı” adlı şeirlər kitabı işıq üzü görüb
17.07.17
Dünyanın ən böyük kitab evi Tehranda açıldı
17.07.17
Vurğun Əyyub - Elnaz Eyvazın Qadını minlərcə Azərbaycan qadınının birisi olsa da...
17.07.17
Umberto Ekonun “Qızılgülün adı” roman nəşr olunub
14.07.17
Mübariz Örənin "Balıq gülüşü" kitabının təqdimatı keçirilib
14.07.17
Xalq Yazıçısı Elçinin “Seçilmiş əsərləri” Özbəkistanda çap edilib
14.07.17
Bədirxan Əhmədlinin mühacirət ədəbiyyatı haqqında kitabı çıxıb
13.07.17
Mədəniyyət və Turizm Nazirliyi "İlin ən yaxşı kitabxanası" müsabiqəsini elan edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.