Dünyanın ən böyük kitab evi Tehranda açıldı
17.07.17
Dünyanın ən böyük kitab evi - "Tehran Kitab Bağçası” İranın paytaxtında açıldı. Böyük əraziyə malik kompleksdə kitab mağazası ilə yanaşı elm mərkəzi, film və sərgi salonları, restoranlar və oyun zalları var. Kompleksin ətrafı yaşıllıqla örtülüdür. "Mehr Xəbər Agentliyi”nə müsahibə verən İslam Şurasının Məclis Rəhbəri Əli Laricani bu kompleksin məqsədinin iranlı uşaqları modern üsul və avadanlıqlar vasitəsi ilə aktiv və yaradıcı olmağa təşviq etmək olduğunu bildirdi. Laricani bu kompleksin açılmasının ölkə üçün böyük bir mədəni hadisə olduğunu və uşaqların burada mədəni və akademik imkanlardan daha yüksək səviyyədə yararlana biləcəklərini də əlavə edib. "Kitab bağçası” fikir kimi ilk əvvəl 2004-cü ildə yaransa da, inşaat işləri bu il payızda tamamlanıb. Digər işlər də həll edildikdən sonra kompleks keçən həftə açılıb. Burada ancaq uşaqlar üçün 40.000-dən çox fərqli mövzuda əsər var. "Ginnesin Rekordlar kitabı”na görə dünyanın ən böyük kitab mağazası "Barnes və Noble” adıyla Nyu-Yorkda idi. "Tehran Kitab Bağçası” isə sözü gedən kitab evindən bir neçə dəfə böyükdür. /artkaspi.az/
|