Məhəmmədhüseyn Təhmasiblə bağlı kitab nəşr edildi
21.07.17

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən "Taleyi və sənəti" layihəsi çərçivəsində "Məhəmmədhüseyn Təhmasib: taleyi və sənəti" məqalələr toplusu işıq üzü görüb.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtibatı, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun rəyi ilə oxucuların mühakiməsinə verilən sayca on birinci məqalələr toplusu görkəmli folklorşünas alim, professor Məhəmmədhüseyn Təhmasibin 110 illik yubileyinə həsr edilib.

Kitabda Azərbaycan folklorşünaslığının inkişafında, folklorşünaslar nəslinin yetişməsində böyük xidmətləri olan Məhəmmədhüseyn Təhmasibin (1907-1982) həyat və çoxcəhətli ədəbi fəaliyyəti, zəngin yaradıcılığı və ədəbiyyat tariximizdə əvəzsiz xidmətlərindən bəhs edən 18 fundamental araşdırma yer alıb.

Yeni nəşrdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin "Professor Məhəmmədhüseyn Təhmasib-folklor nəzəriyyəçisi", akademik İsmayıl Hacıyevin "Təhmasiblər və Məhəmmədhüseyn Təhmasib, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin "Professor Məhəmmədhüseyn Təhmasibin həyat və yaradıcılığının ümumi mənzərəsi", professor Məhərrəm Qasımlının "Folklor karvanımızın müdrik sarvanı", professor Yusif Səfərovun "Dastanlarımızın ustad tədqiqatçısı", Əməkdar elm xadimi Hüseyn Həşimlinin "Məhəmmədhüseyn Təhmasib bədii yaradıcılığa nə vaxt başlamışdır?" və digər tədqiqatçıların məqalələri öz əksini tapıb. Məqalələrdə görkəmli folklorşünas alimin folklorşünaslıqla bağlı tədqiqatları, nəsr, dram əsərləri, aktyorluq, pedaqoji fəaliyyəti əhatəli bir şəkildə işıqlandırılıb.

Məlumat üçün onu da qeyd edək ki, Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsində 2006-cı ildən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin təşəbbüsü, məsləhəti və elmi redaktorluğu ilə işıq üzü görən "Taleyi və sənəti" məqalələr toplusunun əvvəlki nəşrləri Məhəmməd ağa Şahtaxtlıya, Hüseyn Cavidə, Cəlil Məmmədquluzadəyə, Eynəli bəy Sultanova, Əliqulu Qəmküsara, Məmməd Cəfər Cəfərova, Məmməd Səid Ordubadiyə, Məhəmməd Tağı Sidqiyə, Əziz Şərifə və Məmməd Araza həsr olunub. /525.az/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.