Rövşən Xasayoğlu - Doğrunu söyləsən kimə nə fayda 
03.08.17

Rövşən Xasayoğlu (Rövşən Xasay oğlu Quliyev) 1958-ci ildə Neftçala şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Neft və Kimya İnistutunda alıb. İki il Neftçala Yod-brom zavodunda mühəndis vəzifəsində çalışdıqdan sonra 1983-cü ildə məzunu olduğu inistutun aspirantura şöbəsinə daxil olub. 1989-cu ildə Moskvada qeyri-üzvi maddələrin texnologiyası üzrə yazmış olduğu elmi əsərini müdafiə edərək texnika elmləri adına layiq görülüb.

1993-cü ildə Türkiyədə “Kentaş” firmasının tullantı sularının təmizlənməsi üzrə qurulan qurğuda mütəxəsis kimi iştirak edib. 1994-cü ildən Türkiyədə yaşayır. Hal-hazırda Ardahan Univeristetində mühəndsilik fakültəsinin dekan müavini işləyir.

Aktiv yaradıcılıqla məşğuldur. Şeirləri “525-ci qəzet”, “Ədalət”, “Kaspi”, “Sərbəst düşüncə” qəzetlərində, “Ulduz” jurnalında, “Baxış” (Almaniya) dərgisində çap olunub.

2014-cü ildə “MBM” nəşriyyatı tərəfindən “Səsimə səs verin” şeirlər kitabı nəşr olunub.

“Səsimə səs verin” şeirlər kitabı haqqında professor Şurəddin Məmmədli “Turan” (Türkiyə) dərgisində, professor Babək Qurbanov isə Ardahan Universtetinin (Türkiyə) dərgisində araşdırma məqalələri yazıb. Rövşən Xasayoğlunun bir neçə şeirini oxuculara təqdim edirk.



ADIN QALAR

Alim dostum İsgəndərə ithaf edirəm

Neftçalamın Azadısan eldə səndən söhbət gedir.
Torpağından güc alırsan, bu hal səni güclü edir.
Ömrün boyu əngəlləri aşdın halal zəhmətinlə,
Bir qocaman dağa döndün, ucalmısan millətinlə.
Təhsilini artıraraq sən bilginə bilgi qatdın,
Gecə-gündüz əməyinlə zirvələrə gəlib catdın.
Azərbaycan bəhrələnir elminin meyvəsindən,
Çıraqlara yağ verirsən “Odlar Yurdu” ölkəsindən.
Çoxu görə bilmir bu gün ayağının altın belə,
Sən görürsən yer altını öz elminin gözlərilə.
Yer üzünü fəth edərək ad qazandı o İsgəndər,
Sən elminlə işıq oldun, aydınlandı kor zehinlər.
Gündən-günə zənginləşir zəhmətinlə Azərbaycan,
Səndən sonra adın qalar var olduqca qoca Turan.



BAŞDAŞLARI

İlyas Tapdığın əziz xatirəsinə

Başdaşları – dünyasını dəyişənin son ünvanı,
Adi daşı, ya mərməri yonub şəkil verər usta.
Başdaşları gözü yolda gözləyərlər insanları,
Ziyarətə gələnləri qarşılayar ayaq üstə.

Başdaşları – qucaqlanıb hönkür-hönkür ağlanan daş,
Ağılarla dərdimizi, sərimizi söyləyərik.
Başdaşları insanlara dirilərdən daha sirdaş,
Sirr saxlayar, qeybət etməz, yalan deməz başları dik.

Başdaşları – daşa dönmüş qəlblərdəki son arzular,
Məzarlarda yatanlara həmdəm olmuş, yoldaş olmuş.
Başdaşları – ürəkləri içdən yeyən qara qübar,
Çözyaşıyla qarışaraq, yoğrularaq sal daş olmuş.

Başdaşları məzar üstə bənzəyərlər tunc heykələ,
Əbədiyyət yolçusunun keçmişinə işıq saçar.
Başdaşları qızıl olsa fayda etməz, bir nafilə,
Çünki cənnət qapısını əməl saleh insan açar.

Başdaşları – qəbirlərdən torpaq üstə uzanan əl,
Məhşər günü dirilməkçün əl qaldırmış Allahına.
Başdaşları bəyan edər geci-tezi gələr əcəl,
Dünya fani, ömür qısa, bel bağlama sabahına.

Xəbər verər dirilərə axirətdən başdaşları,
Haram, halal qarışmasın, o oyadar yaddaşları.
O dünyada dəyəri yox, çox yığmayın daş-qaşları,
İnsanları düşünməyə vadar edər başdaşları.



KƏKLİYİM

Cənubi Azərbaycanda mücadilə edən qardaşlarıma

Ayağının yıxanmayan xınasını,
Kipriyinin qısqandıran boyasını,
Məhəbbətin bu saf, təmiz mayasını.
Söylə mənə, hardan aldın, boz kəkliyim.

Mənim kimi sən də vətən sevdalısan.
Ondan belə dəlilər tək havalısan.
Soran yoxdu hardan gəldin-haralısan?
Fikrimdəki bir xayaldın, boz kəkliyim.

Bu sevgidir səni salıb dağa-daşa,
Torpağında sinə gərdin qarlı qışa,
Tərk edərək bənzəmədin qaranquşa,
Qar altında yatıb qaldın, boz kəkliyim.

Rəngin belə torpağımdan almış rəngin,
Ürəyin də vətənimtək geniş, zəngin,
Bahar gəldi, qara qışdan çıxdın mətin,
Gül çiçəkdən yuva saldın, boz kəkliyim.

Ovçuların əsir düşüb kor nəfsinə,
Dağda-daşda çoxdan düşüblər izinə,
Tuş gəlməsin sinən namərd gülləsinə,
Bir az da döz, yol qısaldı, boz kəkliyim.


NƏ FAYDA

Hardakı əyrilər doğrunu kəsir,
Yalan ayaq açıb dünyanı gəzir,
İnsanlar dövlətə olursa əsir
Doğrunu söyləsən kimə nə fayda.

Doğru əyri yolda düşüb itərsə,
Bağçada gül deyil tikan bitərsə,
Çaylar yön dəyişib axarsa tərsə,
Çırpına-çırpın ölər dərya da.



NƏVƏM AYDANA

Qızımla nəvəmin şəklinə baxarkən
Gözəllərim, gözlərimin nurusuz,
Sizi görcək könül evim şad olur.
Məsafələr girə bilməz araya,
Kim deyir ki, uzaq olan yad olur?!

Anan kimi sən də ilksən, nübarsan,
Aldın gözəlliyi Günəşdən, Aydan.
Mələkmi yaratdı səni Yaradan.
Yaradan önündə insan mat olur.

Şəkər deməm, şəkərdən Aydan, şirin
Tanrı payı, yoxdu bu paydan şirin,
İndi bildim nəvələr baldan şirin,
Dadanların damağında dad olur.

Tər qönçətək ətirləri can alar.
Dünyamızda bu ləzətdə varmı bar?
Var-dövləti dəyərindən salan var
Yaxşı övlad el-obada ad olur.

Sevginizi daşıyacaq sinə dar,
Bu yanğını söndürəcək sumu var?
Payız ömrüm nəvələrlə ilk bahar,
Qığılcımdan ocaq olur, od olur.



QARIŞMA

Orda mənsiz öldü mənə doğmalar
T.Abdin


Nofəlim gedirdi son mənzilinə,
Bir ömür badəsi yollarda sındı.
Ruhu qardaşının düşdü izinə,
Qardaş Türkiyədən yola salındı.

Torpağa verildi igid Nofəlim,
Bu dərd bir qubar tək içimdə qaldı.
Qürbətdən vətənə çatmadı əlim,
Məni doğmalardan qürbətmi aldı?

Anam son nəfəsdə qapıya baxdı,
Oğlunu axtardı o qəmli gözlər.
Gəlsəm nə verməzdi?-göz yaşı axdı,
Ana övladını həsrətlə gözlər.

Şəklim sinəsinin üstə qoyuldu,
Yumdu gözlərini, yumdu əbədi.
Ana son bir dəfə evdə yuyuldu,
Oğul çox gec qaldı, oğul gəlmədi.

Gəldi nə faydası anası köçmüş,
Kədərə qərq oldu, öz yuvasında.
Gördü, son qalası təməldən çökmüş,
Yıxıldı dünyası el – obasında.

Baxdı məzarına gözlərdə həsrət,
Bilmədi günahı kimlərdə görsün.
Vaxtsız kor ölümmü, yoxsa ki qürbət,
Ayırdı, anası balasız ölsün.

Ayrılıq yamandı, yoxdu amanı,
Giribdi bizimlə gizli döyüşə.
Sağ ikən ayırdın ana – balanı,
Nə olar, qarışma gəl son görüşə.



QORXDUM


Qorxdum doğmaların uzaqlığından,
Qəlblərin buz kəsən soyuqluğundan,
Ziyalı kəslərin qaranlığından,
Ən çox yalanların qorxdum ağından.

Qorxdum yetimlərin qara günündən,
Sevinci alınan lal küsgünündən,
İncə duyğulara düşən düyündən,
Acımaq hissinin qəlb sürgünündən.

Qorxdum gül bağının tək bülbülündən,
Qxusun itirən qızıl gülündən,
Susuz zəmilərin boş sümbülündən,
Yanmış şəhərlərin qara külündən.

Qorxdum cahillərin yersiz sözündən,
Nadanın dağıdıb-yıxan gücündən,
İpdə gəzənlərin minbir üzündən-
Qorxmağım məni də eylədi Rövşən.

/"Ədalət" qəzeti/

Yenililklər
22.09.17
Fərid Hüseyn Serbiyada iki şeir gecəsində iştirak edib
14.09.17
Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikası” çap olunub
13.09.17
Taleyran haqqında kitab nəşr olundu
13.09.17
“Belə təşkilat ləğv olunsa yaxşıdır” – Yazarlar AYB-dən danışdılar
13.09.17
AYB "26"-lar kafesi ilə bağlı bəyanat verdi
11.09.17
“Art Tover” qalereyasında Abşerona həsr edilmiş sərgi açılacaq
11.09.17
Bakıda “Kitab bayramı 2017” sərgi-yarmarkası təşkil olunacaq
11.09.17
Cəmşid Cəmşidov - Molla Pənah Vaqif italyan şərqşünaslığında
08.09.17
Nobel Mükafatçısının kitabı ilk dəfə Azərbaycanda
08.09.17
YUĞ Teatrı mövsümü “Səsimi unutma” tamaşası ilə açacaq
07.09.17
Ölkəmiz Moskvada Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur
07.09.17
Yazıçı Vaqif Nəsibin yeni kitabı işıq üzü görüb
06.09.17
Dünyanın ən çox qazanan yazarları - SİYAHI
04.08.17
"Ulduz” jurnalının iyul nömrəsi çap olunub
03.08.17
Aynur Qarayeva: “Servantesin, Lorkanın, Markesin dilində danışmaq çoxdankı arzum idi…”
03.08.17
Milli Kino Günü münasibətilə təntənəli mərasim keçirilib
03.08.17
Rövşən Xasayoğlu - Doğrunu söyləsən kimə nə fayda 
03.08.17
Xanəmir Telmanoğlu: "Öz yazdıqlarını yandırmağı bacar"
01.08.17
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi daha bir əməkdaşlıq memorandumu imzalayıb
01.08.17
Kamal Abdulla daha bir ilkə imza atdı – “Təcrübədən əvvəl təcrübə”
27.07.17
Tanınmış jurnalist Ağa Cəfərliyə yeni vəzifə verilib
27.07.17
“Mədəniyyət” kanalı “Ədəbi üfüqlər” layihəsinə start verib
27.07.17
Səxavət Sahil - Yazıçıda üslub səhvi axtaranlar
26.07.17
Kinematoqrafçılar İttifaqı qısametrajlı sənədli filmlər üçün  ssenari müsabiqəsi elan edib
24.07.17
Haynrix Böllün “İki roman”ı işıq üzü gördü
24.07.17
“Güney Azərbaycan nəsri” antologiyası çapdan çıxıb
21.07.17
Nizami Cəfərov - Hacı Kərim Sanılının Məclisi-Məbusan "deyişmə"ləri
21.07.17
Məhəmmədhüseyn Təhmasiblə bağlı kitab nəşr edildi
20.07.17
Bakıda meksikalı rəssam Frida Kaloya həsr olunmuş sərgi açılıb
20.07.17
Alexandro Sambra və Maksans Ferminin romanları çap olunub
19.07.17
"Maska" nəşriyyatı Anar haqqında kitab nəşr edib
18.07.17
Musa Yaqub - “Qadınsız yaşamaq əzabdır...”
17.07.17
Hədiyyə Şəfaqətin “Qapı” adlı şeirlər kitabı işıq üzü görüb
17.07.17
Dünyanın ən böyük kitab evi Tehranda açıldı
17.07.17
Vurğun Əyyub - Elnaz Eyvazın Qadını minlərcə Azərbaycan qadınının birisi olsa da...
17.07.17
Umberto Ekonun “Qızılgülün adı” roman nəşr olunub
14.07.17
Mübariz Örənin "Balıq gülüşü" kitabının təqdimatı keçirilib
14.07.17
Xalq Yazıçısı Elçinin “Seçilmiş əsərləri” Özbəkistanda çap edilib
14.07.17
Bədirxan Əhmədlinin mühacirət ədəbiyyatı haqqında kitabı çıxıb
13.07.17
Mədəniyyət və Turizm Nazirliyi "İlin ən yaxşı kitabxanası" müsabiqəsini elan edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.