Bakıda “Kitab bayramı 2017” sərgi-yarmarkası təşkil olunacaq
11.09.17
Kitabın təbliği, reklamı, yayımı və satışı ilə məşğul olan Respublika Kitabxana Kollektoru cari ildən etibarən qapılarını kitabsevərlərin üzünə açmağı və ünvanını kitabın təbliği ilə tanıtmağı planlaşdırır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon İcra Hakimiyyəti və Respublika Kitabxana Kollektorunun təşkilatçılığı ilə sentyabrın 12-də saat 11-də rayonun Heydər Əliyev parkında yeni dərs ilinin başlanması ilə əlaqədar “Kitab bayramı 2017” sərgi-yarmarkasının açılışı olacaq.
Sentyabrın 22-dək davam edəcək sərgi-yarmarka açılış günü istisna olmaqla, digər günlərdə də saat 09:00-dan 19:00-dək ziyarətçiləri qəbul edəcək.
|