“Belə təşkilat ləğv olunsa yaxşıdır” – Yazarlar AYB-dən danışdılar
13.09.17

Azərbaycan Yazıçılar Birliyinin adı ilə bağlı hallanan fikirlər son vaxtlar gündəmdən düşmür. Xəbər verdiyimiz kimi, Çingiz Abdullayevlə “26” kafesinin sahibi Ramin Məmmədov arasında bağlanan müqavilənin fotosu yayılıb. Müqavilə əsasında Çingiz Abdullayevə ayda 8 min manat ödənilirmiş.

 

Kulis.Az məsələ ilə bağlı bir neçə yazıçıdan münasibət öyrənib. Cavabları təqdim edirik.    

 

 

Vaqif Nəsib

 

Mənim bu məsələyə münasibətim çox pisdir. Mənasız Çingiz Abdullayevi ora katib qoyublar, indi də əlindən gələni eləyir. Bu kafe də onun əməlləridir. Özləri Şaumyana şeir yazmağına görə Səməd Vurğunu tənqid edir, burdan-bura qaniçənlərin adını daşıyan “26” kafesi açırlar. Biabırçılıqdır. Bunların hamısı Çingiz Abdullayevin işləridir. Əkrəm Əylisli onun haqqında yaxşı demişdi: “Bir vaxtlar Azərbaycanı “Ağdam” çaxırına görə tanıyırdılar, indi isə çaxırdan da pis nəsr yazan Çingiz Abdullayevə görə”. Yazıçılar Birliyi ləğv olunmuş kimidir. Vəzifədən yapışmış qocaların yeridir ora. Anar vəzifəpərəstliyindən hələ əl çəkən deyil, bir dəfə demişdim ki, onun barmaqları yox, caynaqları var. Yazıçılar Birliyi bir vaxtlar dövlət təşkilatı idi, böyük səlahiyyətləri var idi. İndi isə qeyri-dövlət təşkilatı olub, istədiklərini də eləyirlər. Yazıçılara mənzillərin paylanmağında da böyük biabırçılıq olmuşdu. Nəzərdə tutulub ki, yazıçılara ev verilsin, Anar isə katibələri də mənzil bölgüsünə daxil edib. Bir sözlə, biabırçılıqdır. Elə bu kafe məsələsi də onun kimi. Belə təşkilat ləğv olunsa yaxşıdır.

 

 

Rasim Qaraca

 

Bir yaradıcı qurum öz nizamnaməsi və ölkədəki qanunlar çərçivəsində öz əmlakını icarəyə verə bilər. Lakin bu hal yaradıcı qurumun üzvlərindən xəbərsiz olmamalıdır, qazanılan gəlir şəxsi cibişdana atılmamalı, qurumun üzvlərinin bundan xəbəri olmalıdır. Yazıçılar bu hadisəni mətbuatdan oxuyub şoka düşməməlidir. Bu bir, ikincisi də, Yazıçılar Birliyi bu cür məsələlərdə öz reputasiyasına uyğun addımlar atmalıdır, öz əmlakını daha uyğun fəaliyyət istiqaməti olan bir quruluşa icarəyə verməlidir mənim fikrimcə. Reputasiya deyəndə ki, bəlkə də “26-lar” elə onların reputasiyasına uyğun idi.

 

 

Nəriman Əbdülrəhmanlı

 

Fikrimcə, hər hansı təşkilat, elə yaradıcılıq təşkilatı da ehtiyacları üçün bu addımı ata bilər. Amma burda gərək təmiz niyyət olsun. Kitabxananı ləğv eləyib əyləncə, həm də şübhəli fəaliyyət yerinə çevirmək yolverilməzdir. Bu məsələdə yəqin ki, şübhəli maddi maraq da rol oynayıb. Hər halda AYB rəhbərliyi bu məsələni ört-basdır eləməyə çalışmamalı, məsuliyyət daşıyanlar cavab verməlidirlər.

 

 

Rəhim Əliyev

 

Məndən çox bu barədə yazan yoxdur. Əvvəl onlar bank açmışdılar, səs-küy düşdü, onları ordan güclə çıxartdılar. İndi də kafe söhbəti ortaya çıxıb. Çingiz Abdullayevlə Anar şərik imiş bu işdə. Ehtiyac ucbatından deyirlər. Yazığım gəlir onlara. Çingiz heç yazıçı deyil, ona heç nə deyə bilmərəm. Amma Anarın yenə ortada nəyisə var. O niyə belə eləsin? Yazıçılar Birliyinin bu cür mülkiyyət saxlamağı doğru deyil. Biabırçılıqdır.

 

 

Elçin Hüseynbəyli

 

Bu barədə Yazıçılar Birliyinin bəyanatı var. Orda hər şey yazılıb. Yazıçılar Birliyinin münasibəti mənim münasibətimdir.

 

 

Elxan Zal Qaraxanlı

 

O kafe 20-25 ildir icarədədir. Yazıçılar Birliyinin ehtiyaclarına sərf olunur. Məsələn, mənim “Ulu Çinar” jurnalına Anar müəllim dəfələrlə yardım göstərib. Kitabların çapına maliyyə ayrılıb. Yenə də maliyyə dəstəyi olur və mən bu cür kitabların çapına hər zaman qayğı göstərilməsinin tərəfdarıyam. Kafedən gələn pul xeyirli işlərə sərf olunur. Çingiz Abdullayev bizim maliyyə katibimizdir, bu işlərə o baxır. Gələn gəlirdən kasıb yazıçılara dəstək olunur. Məsələn, mənim yadımdadır ki, bizim istedadlı yazıçımız Kənan Hacıya anası rəhmətə gedəndə 500 manat yardım olundu. Mən bir dəfə Çingiz müəllimə art kafe açmağı təklif etdim. Düşünürdüm ki, oranın yeri genişdir, orda kitabxana açmaq, daha geniş tərkibli tədbirlər etmək olar. Natəvan klubundan daha böyük yerdir və şəhərin mərkəzindədir. Özü də bir məsələyə də toxunmaq istəyirəm. “26” adının üstündə çox dayanırlar. Halbuki Bakı meriyasında bütün adlar qeydiyyatdan keçir. “26” adı da təsdiq olunub. Təsdiq olunmayan bir şey fəaliyyət göstərə bilməz ki? Mən hazırda elə bu məsələ haqqında yazı yazıram. Fikirlərimi daha geniş şəkildə o yazıda ifadə edəcəm. /kulis.az/

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.