Antonio Tabukki - Yuxular. Viyon - Karavacco
02.10.17

YUXULAR  HAQQINDA  YUXULAR









Şair və cinayətkar Fransua Viyonun yuxusu.
  
     1451-ci ilin Milad bayramı qabağı, səhərə yaxın, sonuncu röyasında ikən, şair və cinayətkar Fransua Viyon yuxu gördü. Gördü ki, bədirlənmiş aylı  bir gecə idi, o da kimsəsiz bir çöllükdən keçib gedirdi. Çantasından çıxartdığı çörək parçasını yeməkdən ötrü ayaq saxlayıb, bir daşın üstündə oturdu. Başını qaldırıb göyə baxdı və dərin kədər duydu. Sonra yoluna davam edərək bir karvansaraya gəlib çıxdı. İçəri qaranlıq və səssiz-səmirsiz idi, elə bil hamı yatmışdı. Fransua Viyon qapını israrla döydü və onu mehmanxana sahibinin arvadı açdı.
    Yolçu qardaş, günün bu vaxtında nə axtarırsan ? – deyə mehmanxana sahibinin arvadı fənərlə Viyonun üzünü işıqlandıraraq soruşdu.
       Qardaşımı axtarıram, -  Fransua Viyon cavab verdi, - onu sonuncu dəfə bu tərəflərdə görüblər, mən də onu tapmaq istəyirəm.
       O, zəif bir ocağın işıqlandırdığı mehmanxanaya daxil olub, masanın  arxasına keçdi.
       Quzu ətiynən çaxır , - deyə əmr edib, gözləməyə başladı. Mehmanxana sahibinin arvadı ona bir boşqab qaynadılmış kartof, bir bardaq da sidr çaxırı gətirdi. Yolçu qardaş, bu axşama olanımız budur, - arvad dedi, - bununla təsəlli tap, ətrafda dolaşan mühafizəçilər bütün ərzaqımızın axırına çıxıblar.
       Viyon yeyərkən, sifəti şişkinliklərlə dolu bir qoca içəri girdi. Bu bir cüzamlı idi, əl ağacına söykənmişdi. Viyon ona baxıb heç nə demədi. Cüzamlı otağın o biri başında, ocağa yaxın əyləşib dedi: mənə deyiblər ki, qardaşını axtarırsan...
      Viyonun əli  xəncərinə tərəf uzandı, ancaq cüzamlı əlinin hərəkəti ilə onu saxladı. Mən mühafizəçilərdən deyiləm, - dedi, - qaçaqların  tərəfindəyəm, səni də qardaşının yanına apara bilərəm.  
       Qoca, ağacına söykənə-söykənə qapıya tərəf getdi, Viyon da onun dalınca. Onlar şaxtalı bir qış havasına çıxdılar. Aydın gecə idi, çöllərdəki qarlar buz bağlamışdı. Ətraf, meşəlik təpələrin qara kölgəsi ilə haşiyələnmiş çılpaq bir düzənlik idi. Cüzamlı bir cığır tutub, ağır-ağır təpələrə tərəf yönəldi. Viyon onub ardınca gedir, ancaq, ehtiyat xatirinə, xəncəri əlindən buraxmırdı.
       Yol dikə səmt alanda cüzamlı ayaq saxlayıb daşın üstündə oturdu. Çantasından bir okarina çıxarıb qəmli bir hava ifa etməyə başladı.  Vaxtaşırı dayanır, zalımlardan və canilərdən, oğrulardan və jandarmlardan bəhs edən lotu ballatadan bir - iki ağız deyirdi. Viyon ona qulaq asır və sarsılırdı, çünki bilirdi ki, bu ballatanın ona da aidiyyatı var. O, bağırsaqlarına qədər işləyən bir qorxu hiss etdi. Ancaq, bu nəyin qorxusu idi? Anlamırdı, çünki onun nə jandarmlardan, nə qaranlıqdan, nə də cüzamlıdan qorxusu vardı. Hiss etdi ki, bu qorxu, nəsə də, bir növ həsrət, ürək ağrısıdır.
         Sonra cüzamlı qalxdı, Viyon da onun ardınca meşəyə tərəf üz tutdu. Birinci ağaca yaxınlaşanda Viyon gördü ki, budaqlardan bir nəfər asılı sallanır. Dili bayıra çıxmışdı, ayın şöləsi meyidi ağappaq, solğun rənglə işıqlandırırdı. Bu onun tanımadığı bir adam idi. Viyon irəli getdi. Yaxınlıqdakı ağacdan da bir nəfər asılı sallanırdı, ancaq bu da özgə birisi idi. Viyon ətrafa nəzər saldı, gördü ki, meşə ağaclardan asılı meyitlərlə doludur. O, qardaşını tapana qədər meyitləri birbəbir, tələsməgdən, küləkdən yellənən ayaqların arası ilə keçib gedərək nəzərdən keçirdi. Nəhayət, onu tapanda, xəncərlə kəndiri kəsib qardaşının cəsədini otun üstünə uzatdı. Meyit ölümün təsirindən və soyuqdan donub buz bağlamışdı. Viyon qardaşının alnından öpdü. Elə həmin an meyit dilə gəldi. Qardaşım, - deyə o, söylədi, - buradakı həyat sənin yolunu gözləyən bəyaz kəpənəklərlə doludur, ancaq onların hamısı xəyaldır. Viyon çaşqın halda ətrafa nəzər saldı. Yol yoldaşı yoxa çıxmışdı, meşədən, surdina ilə ifa olunan möhtəşəm matəm xoru kimi, cüzamlının ballatası ucalırdı.
_______________________________
 FRANSUA VİYON. 1341-ci ildə doğulmuşdur, ölüm tarixi məlum deyil. Adı Fransua de Montkorbye idi, ona atalıq etmiş bir qəyyumun soy adını qəbul etmişdi.  Nizamsız və  coşqun həyat adamı idi, hansısa bir davada bir keşişii qətlə yetirmiş, qarət və soyqunçuluda iştirak etmişdi, sonradan sürgünlə əvəzlənmiş ölüm məhkumiyyəti vardı. Ballatalarında tez-tez baş çəkdiyi quldurların jarqonunu alqışlamış, Vəsiyyətində sevgi və ölümü, nifrəti, kasıbçılığı, aclığı, cinayət aləmini və peşimançılığı tərənnüm etmişdir.



Rəssam və çılğın insan, Karavacco deyilən  Mikelancelo Merizinin yuxusu.


      1599-cu ilin ilk yanvar gecəsi, bir fahişənin yatağında ikən, rəssam və çılğın insan, Karavacco deyilən  Mikelancelo Merizi yuxusunda gördü ki, Tanrı onu ziyarət edib. Tanrı ona İsanın vasitəsilə baş çəkmiş, barmağını ona tuşlamışdı. Mikelangelo yeməkxanada idi, pulla qumar oynayırdı. Yoldaşlarının hamısı fırıldaqçı, bəziləri də sərxoş idi. O isə, - o isə məşhur rəssam Mikelancelo Merizi deyildi,  sıravi müştəri, adi bir quldur idi. Tanrı onu ziyarət edən zaman o, İsanın adına küfr söyləyir, ona gülürdü. Sən! - İsanın barmağı sözsüz - filanız ona tuşlandı. Mən? – Mikelancelo Merisi çaşqınlıqla soruşdu, - mən məsləkinə görə övliya olacaq birisi deyiləm, adi günahkar bəndəyəm, mən seçilə bilmərəm.
         Ancaq, İsanın siması əlacsız dərəcədə dəyişməz idi. Ona uzanmış əli isə heç bir tərəddüdə yer qoymurdu.
         Mikelancelo Merizi başını aşağı əyib masanın üstündəki pullara baxdı. Mən zorlamışam, öldürmüşəm, əllərim dirsəyə qədər qan içindədir, - dedi...
         Yeməkxanadakı xidmətçi uşaq lobya və şərab gətirdi. Mikelancelo Merizi  yeməyə, içməyə başladı. Yanındakılar hamısı hərəkətsiz oturmuşdu, təkcə o, kabus kimi əllərini, ağzını oynadırdı.  İsa da hərəkətsiz dayanmış, əli uzadılı, barmağını ona tuşlamışdı. Mikelangelo Merizi ayağa qalxıb onun ardınca getdi. Çirkab bir dalana döndülər və Mikelancelo Merizi həmin axşam içdiyi bütün şərabı bir küncə işədi.
          Ya Tanrım, nədən məni gəzib axtarırsan? – deyə Mikelancelo Merizi İsadan soruşdu. İnsan övladı cavab vermədən diqqətlə ona baxdı. Onlar dalan boyu gedərək bir meydana döndülər. Meydan boş idi.
          Pərişanam, - Mikelancelo Merizi söylədi. İsa ona baxıb heç nə demədi. Bir daşın üstündə oturub səndəllərini çıxartdı, ayaqlarını ovuşdurub dedi: yorulmuşam, səni axtarmaqdan ötrü Fələstindən bura piyada gəlmişəm.
          Mikelancelo Merizi küncdəki bir divara  söykənib qusurdu. Mən bir günahkar bəndəyəm, - deyə o, bağırdı, -  sən məni axtarmamalısan!
          İsa ona yaxınlaşıb, biləyindən yapışdı. Mən səni rəssam xəlq etmişəm, - dedi, - səndən istədiyim də bir rəsmdir, sonra yenidən öz taleyinin yoluna üz tuta  bilərsən.
          Mikelancelo Merizi ağzını silib soruşdu: nəyin rəsmini?
          Bu axşam, yeməkxanada səni ziyarət etməyimin rəsmini, bir şərtlə ki, sən Matfeus olmalısan.
          Yaxşı... çəkərəm, - deyə Mikelancelo Merizi söylədi və yatağında çevrildi. Elə bu vaxt fahişə xoruldayaraq onu qucaqladı.     

________________________________
KARAVACCO DEYİLƏN MİKELANCELO MERİZİ.  1573, Karavacco – 1610, Porto Erkole. Doğma şəhərindən Romaya yollanmış, Kavalyer d`Arpino ona ilk rəsm işlərini etibar edənə qədər səfalət içərisində acınacaqlı həyat sürmüşdür. Özünü natürmort janrında sınadıqdan sonra, bənzərsiz işıq - kölgə üslubu ilə dramatik və dini mövzularda iri həcmli rəsm əsərləri yaratmağa başlamışdır. Müqəddəs Matfeusun çağırışı bəlkə də şah əsəridir. Dava-dalaş və bıçaq adamı idi. Bir davada qətl törətdikdən sonra Napoliyə, daha sonra Maltaya qaçmış, orada həbs edilmiş, ancaq xilas ola bilmişdi. Muzdlu qatil tərəfindən təqib olunaraq, sifətindən  yaralı halda, qayıqda Porto Ercoleyə yan almış, orada da qızdırmadan vəfat etmişdir.   

Ardı var...


İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV


 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.