Qətibə Vaqifqızı: "Müsabiqədə iştirak etmək üçün 140-a yaxın şəxs qeydiyyatdan keçib"
26.10.17

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin sonuncu mərhələsi keçirilib.

Müsabiqənin sonuncu mərhələsində iştirakçılar klassik və müasir Azərbaycan poeziyasından seçmə nümunələri əzbərdən söyləyiblər. Müsabiqə çərçivəsində yaradılmış komissiyanın sədr müavini, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu layihənin akademiyanın prezidentinin müvafiq sərəncamı ilə həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, müsabiqənin əsas məqsədi ana dilinə sevgi və hörmət hissini artırmaq, habelə yazıda və şifahi nitqdə ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsinin təşviqidir.

Layihənin əlaqələndiricisi, Dilçilik İnstitutunun təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı müsabiqənin AMEA-da təhsil alan magistrant və doktorantlar arasında keçirildiyini söyləyib. Bildirib ki, müsabiqədə iştirak etmək üçün AMEA-nın müxtəlif institutlarından 140-a yaxın şəxs qeydiyyatdan keçib və onlardan son mərhələyə 60-ı təsdiqlənib.

Q.Vaqifqızı müsabiqə çərçivəsində inşa və ifadələrin yazıldığını, dialekt sözlərin deyilişi və izahı, eləcə də Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin görkəmli nümayəndələrinin həyat və fəaliyyətləri haqqında biliklərin yoxlanıldığını söyləyib.

Qeyd edək ki, müsabiqənin hər mərhələsində iştirakçıların fəaliyyəti komissiya üzvləri tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib. Yekunda komissiya tərəfindən müsabiqədə ən yüksək bal toplamış üç nəfər pul mükafatı ilə təltif olunacaq. /Azərtac/

Yenililklər
17.11.17
Antonio Tabukki - Yuxular. Tuluz-Lotrek - Pessoa
17.11.17
İkicildlik “Dünya dramaturgiyası antologiyası” nəşr olundu
17.11.17
““525-ci qəzet” dünənin və bu günün olduğu kimi, gələcəyin də qəzetidir” - Yubiley MÜSAHİBƏSİ
17.11.17
Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı çap olunub
16.11.17
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.17
İradə Tuncay: “Atamın ölümünü təsdiq etmək üçün 24 “şirvan” istədilər”
16.11.17
Təranə Məhərrəmova - Dilimizi necə sevək?
15.11.17
"Ədəbi proses"in dördüncü toplusu çap olunub
14.11.17
İsa Həbibbəyli - Ortaq yazılı ədəbiyyat mərhələsia
14.11.17
Xətainin ana dilində şeirləri tapılıb
13.11.17
"Ana layla"sı ilə dünyanı ağladan, qarmonuyla İrana qarşı savaşan Rəhman Əsədullahi kimdir? - FOTOLAR
13.11.17
Elmira Axundova: "Gənc yazarlara maliyyə ayırmaq lazımdır"
13.11.17
Taleh Eminoğlu - O qədər yorğunam ki unutmuşam hamını
13.11.17
Bakıda “Almaniya bir rəssamın gözü ilə” sərgisi açılacaq
13.11.17
“Türkologiya” impakt faktor statusu qazanıb
10.11.17
Aqata Kristinin “Lord Ecverin Ölümü” çap olunub
10.11.17
Nəsimi ardıcılı Heyrətinin divanının yeni tapılmış əlyazma nüsxəsi barədə qeydlər
10.11.17
Azərbaycan-Moldova ədəbi əlaqələrində mühüm yenilik
10.11.17
Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum” - MÜSAHİBƏ
10.11.17
Antonio Tabukki - Yuxular. Çexov - Debüssi
08.11.17
Fərid Hüseynin Amerikada kitabı çıxıb
08.11.17
Dünyanı velosipedlə dolaşan "mama uşağı" Bakıda – REPORTAJ
07.11.17
"İkinci pərdə" filminin təqdimatı keçirilib
07.11.17
Qanun Nəşrlər Evinin oktyabrda ən çox satılan kitabları
06.11.17
Elçin - Söz azadlığı tənqidimizə nə verib?
06.11.17
Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17
Azərbaycana aid nəşrlər 36-cı Beynəlxalq kitab sərgisində nümayiş etdirilir
03.11.17
Ülvi Babasoy - Yaşamaq sənəti
03.11.17
İlqar Əlfi - Rüşvət alınır, yoxsa verilir?
03.11.17
“Yarımçıq əlyazma” Yaponiyada çap edildi
03.11.17
AYB-də "Adın azadlıqdır" kitabının təqdimatı keçirildi
02.11.17
Vasif Əlihüseyn - Əllərin də üşüyər, soyuq suda hardasa
02.11.17
Qismət - Danışan əşyalar
01.11.17
Seymur Baycan - Sakit və mədəni it
01.11.17
Avropa Film Festivalı başlayır
31.10.17
Muxtar Kazımoğlu - Elmi əsər yazıçı tərcüməsində
31.10.17
Modern türk şairi Tuğrul Tanyol ilə müsahibə
30.10.17
Antonio Tabukki - Yuxular. Stevenson - Rembo
30.10.17
Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub
30.10.17
Xalq artisti Rafiq Hüseynov vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.