Qanun Nəşrlər Evində altı yeni kitab nəşr olunub

26.10.17

Qanun Nəşrlər Evində altı yeni kitab işıq üzü görüb.

Uşaqlar üçün nəzərdə tutulmuş “Mənim ilk Şeirlərim” və “Anadolu Nağılları” kitablarından başqa siyahıda “The Man Booker” mükafatçısı “Gözəgörünməzlər” (Roy Yakobsen) romanı, Fatma Barbarosoğlunun “Son 15 dəqiqə” və Яанарал Кучкучи’nin “Секс в большом мусульманском городе” adlı kitabları yer alır. Bundan başqa yeni nəşrlər siyahımıza bu dəfə hüquq ədəbiyyatı seriyasından “Kargüzarlıq və Arxiv işləri” adlı kitab da daxil olub.

GÖZƏGÖRÜNMƏZLƏR – Roy Yakobsen

Roy Yakobsenin “Görünməzlər” romanında hadisələr ötən əsrin iyirminci illərində Norveçdə, Hallinqdal sahillərində kiçik bir adada cərəyan edir.

Bu adanın sakinləri üçün yaşayış, var olma min əziyyət bahasına başa gəlir. Bəzən isə onlar seçim qarşısında qalırlar: burada, ata-baba yurdunda qalsınlar, yoxsa daha rahat həyat üçün böyük şəhərlərə üz tutsunlar? Roy Yakobsen ata-baba yurduna bağlılıqdan, belə gözdən uzaq, görünməz olan zəhmətkeş insanların həyatını çox təsirli və maraqlı şəkildə oxuculara çatdırır. Roy Yakobsenin “Görünməzlər” əsəri bizi keçmişə, doğma yurda bağlılığa çağırır. Norveçin ucqar, sərt təbiətli, çətin yaşayış şərtləri altında yaşam sürdürən Barröylülərin həyatı çox usta bir qələmlə təsvir olunub.

“Görünməzlər” tənhalıq, acı güzəran, zəhmətkeşlik və rəqabət haqqında həyatın müxtəlif çalarlarının ustalıqla təsvir olunduğu romandır.

Tərcümə Anar Rəhimova  məxsusdur.


SON 15 DƏQİQƏ – Fatma Barbarosoğlu

Fatma Barbarosoğlunun qələmə aldığı “Son on beş də­qiqə” əsəri eyni hadisəyə şahid olan insanların monoloqlarından ibarətdir. Yazıçı bu əsərdə eyni küçədə yaşayan müxtəlif insanların gündəlik qayğılarını, gündəlik həyatın fonunda itib-batan duyğularını işıqlandırır. Əsərdə hadisədən daha çox insanın daxili aləmi ön plana çıxır.
Oxucu hər qəhrəmanda özündən nə isə tapır. Yazıçının fikirlərini oxuduqca, öz suallarına cavab tapdıqca sevdiklərini daha yaxşı başa düşməyə, onlarla yaxınlaşmağa, yaşadığı həyatın dəyəri haqqında düşünməyə başlayır. Bundan əlavə, oxucu hər gün evdə, işdə, məhəllədə, ictimai nəqliyyatda rastlaşdığı insanların hər birinin hekayəsini oxumuş kimi olur. Yəni əsərin qəhrəmanları əslində ətrafımızdakı insanlardır, onların rənglənməmiş, pafosun altında gizlənməmiş həqiqi hissləridir. Ətrafınızdakı insanların daxili aləminə səyahət etmək istəyirsinizsə Fatma Barbarosoğlunun “Son on beş dəqiqə” əsəri sizə bələdçilik edə bilər.

Tərcümə Arzu Həsənliyə  məxsusdur.


ANADOLU NAĞILLARI – Ahmet Efe

Nağıllar əsrlər boyu uşaqların dil və ünsiyyət bacarıqlarını təmin etməyə, onların sorğularına, mücərrəd anlayışlarına şərh verməyə, aydınlıq gətirməyə yola açıb. Heç bir şeir, roman, hekayə, cizgi filmi uşaqların ilkin yaddaşında nağıllar qədər dərin iz buraxmır.
Əlinizdəki kitabda yer alan nağıllar döyüş ruhunu, yanlışlıqlardan qorunmaq tələblərini, təzyiqlərdən tənzimlənərək sülhə dəyər vermək, dostluğa, sədaqətə bağlılıq kimi ülvi hissləri aşılayır; macəra, sevgi, komik məqamları ilə yadda qalır.
 
Tərcümə Nərmin Dadaşovaya  məxsusdur.





MƏNİM İLK ŞEİRLƏRİM


Uşaq və Buz
Keçi
Xoruz
Uşaq və Dovşan
Fil Udan Cücə
Şən Yolka
Günəş olaram








KARGÜZARLIQ VƏ ARXİV İŞLƏRİ – Eynulla Musayev


Kitabda təşkilati-sərəncamverici sənədlərin və xidməti sənədlərin, müqavilələrin yazıl¬ması üsulları izah edilir. Bununla yanaşı, sənədlərin təsnifatı, hazırlanması, dövriyyəsinin təşkili, sənədlərin saxlanması qaydaları, beynəlxalq, maliyyə, kommersiya, kadr sahəsi üzrə sənədləşmələr, məxfi kargüzarlıq, e-kargüzarlıq haqqında məlumat verilir, sahibkarlıq fəaliyyətində kargüzarlığın təşkili formaları aydınlaşdırılır və sənəd formaları əsasında izahlı nümunələr verilir. Vəsait  arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunmasını, arxivdə sənədlərin komplektləşdirilməsi, uçotu, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasını, bu sənədlərlə bağlı müxtəlif məsələlərin tənzimlənməsini, idarə arxivlərinə sənədlərin verilməsini, işlərin tərtibini, MAF-da sənədlərin təsnifatını və digər arxiv işlərinin icrasını aydınlaşdırır.
Kitabdan təkcə ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri, tələbələri deyil, həm-çinin idarə, müəssisə, firma, bələdiyyə və digər təşkilatların rəhbərləri, sənədlərlə iş şöbəsinin  müdirləri, kargüzarları, arxiv işçiləri və başqa idarəetmə üzrə kadrlar faydalana bilərlər.             
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə dərs  vəsaiti kimi təsdiq edilmiş və qrif verilmişdir.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.