Avropa Film Festivalı başlayır
01.11.17

Bakıda VIII Avropa Film Festivalına start verilib. Festival noyabrın 2-dən 12-dək davam edəcək. Mədəniyyət tədbiri Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin, İttifaqa üzv dövlətlərin, eləcə də Norveçin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutacaq.

Festivalla bağlı keçirilən mətbuat konfransında çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas 10 gün ərzində 21 filmin nümayiş olunacağını bildirib. Həmin filmlərdən biri Azərbaycan, biri Böyük Britaniya, biri Norveç, qalanları isə Avropa İttifaqının 18 ölkəsinin - Belçika, Bolqarıstan, Çex Respublikası, Xorvatiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Portuqaliya, Rumıniya, İspaniya və İsveç filmləridir.

Avropanın tanınmış rejissorları da festivalda iştirak etmək üçün Bakıya gələcəklər. Festivalın qonaqları arasında tanınmış rejissorlar - bolqarıstanlı Dimitar Kotzev, belçikalı Kadır Balci, portuqaliyalı Juau Nicolau, hollandiyalı Yoram Lürsen da var. Onlar Bakıda ustad dərsləri də keçəcəklər. Festival çərçivəsində təşkil ediləcək tədbirlər ictimaiyyət üçün açıq olacaq, yəni giriş sərbəstdir. Filmlər orijinal dildə nümayiş olunmaqla yanaşı, subtitrlərdən də istifadə ediləcək. Filmlərin nümayişi zamanı interaktiv müzakirələrin keçiriləcəyi də nəzərdə tutulur. K.Yankauskas qeyd edib ki, festival Aİ ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulması, inkişafı və Avropa dəyərlərinin daha yaxşı anlaşılması məqsədi daşıyır.

Xatırladaq ki, festivalda Azərbaycanın dram janrında olan “Nar bağı" filmi nümayiş olunacaq.
Tədbirdə Aİ səfiri jurnalistlərin suallarını da cavablandırıb.

Yenililklər
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
09.04.18
Eyvaz Zeynalovdan yeni kitablar
09.04.18
"Ulduz" jurnalının mart sayı işıq üzü görüb
06.04.18
Anar: “Yazıçılar Birliyinin sədri olmağımla bağlı təklifi ilk dəfə Əkrəm Əylisli səsləndirdi”
06.04.18
Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək
06.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (2)
04.04.18
Tatar şairi Rəmis Aymətin kitabı Azərbaycan dilində
09.03.18
Bakıda Azərbaycan və Türkiyə ədəbiyyatından seçmə poeziya nümunələri səslənəcək
09.03.18
Səlim Babullaoğlunun Polşada iki dildə şeirlər toplusu nəşr olunub
07.03.18
Eyvaz Əlləzoğlu adına mükafat təsis olundu
07.03.18
Prezident Həsən Turabovun 80 illik yubileyi haqqında Sərəncam imzalayıb
07.03.18
Yazıçı Şərif Ağayarın "Ağ göl” adlı yeni romanı işıq üzü görüb
05.03.18
“Eurovision 2018” müsabiqəsində səslənəcək mahnımız sosial şəbəkələrdə təqdim olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.