AYB-də "Adın azadlıqdır" kitabının təqdimatı keçirildi
03.11.17

Azərbaycan Yazıçılar Birliyi və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasyonu (ASKEF) nun birgə layihəsi olan, Azərbaycan ədəbiyyatının tanınmış xanım şairəsi Nurəngiz Günün xatirəsinə həsr olunmuş “Adın azadlıqdır“ adlı Güney Azərbaycan şeir antologiyasının təqdimat mərasimi keçirildi. Natəvan klubunda baş tutan tədbiri AYB nin Güney Azərbaycan şöbəsinin müdiri, layihənin rəhbəri Sayman Aruz giriş sözü ilə açdı. O, tədbir iştirakçılarını salamlayaraq, onlara dəvəti qəbul edib gəldikləri üçün minnətdarlığını bildirdi. Nəşrin cənubda yaşayan qələm sahiblərinin ictimaiyyətə tanıdılmasında zəruriliyini vurğuladı.
Sonra söz millət vəkili, yazar Qənirə xanım Paşatevaya verildi. Hər dəfə cənubi və şimali sözlərini işlədərkən ürək ağrısı keçirdirəm. Biz bir-birimizi yetəri qədər tanımırıq . Kaş ki, bu kitab üç-beş min tirajla çap olunsun, məktəb və universitet kitabxanalarına hədiyyə edilsin. Bir milləti birləşdirən güc dili və ədəbiyyatıdır. Bizim bu birlik gücünə çox ehtiyacımız var. Bu kitabın daha çox yayılmasından bu gücümüz arta bilər. Bu nəşrin araya-ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Əflatun Amaşov xalq dilinə yaxın yazan sənətkarların daha çox sevildiyini söyləyərək, Aşıq Qurbanidən və digər klassiklərdən nümunələr səsləndirdi. Kitabdakı şeirlərin şivəsinə toxunulmamasını müsbət hal kimi vurğuladı.
Nuridə Günün qızı, millət vəkili Jalə xanım poeziya işığına üz tutanları ürəkdən salamlayıb, onlara təşəkkürünü bildirdi. Bütöv Azərbaycan poeziyasevərlərini bir arada görməkdən məmnunam. Anam mənə o tayda yaşayan şairə Jalə İsfəhaninin adını qoymuşam deyərdi. Sənin dünyaya göz açmağına az qalmış çox sevdiyim o xanım SSRİ yə tədbirə gəlmişdi. Və mən günlərin bir günü kitabı vərəqləyərkən həmin şairənin adına rast gəldim. Keçirdiyim hissləri sözlə ifadə etmək çox çətindir. 75 illik sürgün həyatı yaşayan anam sərhədlərin yox olacağı, Azərbaycanın birləşəcəyi günə heç vaxt inamını itirmədi. Sonda Jalə xanım Bakı-Təbriz bayatılarından bir neçəsini səsləndirdi.
Sayman Aruz şeirlərin tərtibatında göstərdiyi xidmətə görə cənublu şair Dinməz Türkə təşəkkür etdi və sözü ona verdi. Dinməz bəy iki Azərbaycan ədiblərinin daha sıx təmasda olmasını arzuladı. Birliyimizçün ədəbiyyatın ən möhkəm körpü olduğunu söyləyən şair “ Yaşasın birliyimiz, yaşasın Bütöv Azərbaycan “ şüarını səsləndirdi.
“Ədəbiyyat“ qəzetinin şöbə müdiri Nirəngiz Günün İ.Əfəndiyevdən sonra lirik-psixoloji məqamları ədəbiyyatımıza gətirən ustad olduğunu səsləndirdi.
Xəzər Emin 2005-ci ildə Stokholm şəhərində azərbaycanlıların konqresində tanış olduqlarını bildirdi. O, Nurəngiz xanımın ruh adamın olduğunu qeyd edərək, nisgilli, kədərli vətən həsrətli xatirələrini tədbir iştirakçılarıyla bölüşdü.
Xədicə Murad Nurəngiz Günün mənəvi övladı olduğunu söyləyərək, onun bütün obrazlarda gözəl olduğunu bölüşdü. Yegənə mənfi cəhəti pislik edə bilməməsi idi.
Güney Azərbaycandan gəlmiş Murtuza Salnami Bizdən haqlı gileyini bildirdi. O tayda elə şairlər var ki, dünya səviyyəsində tanınmağa layiqdir. Lakin sizdən bizə dəstək yetərincə deyil. Laqeydliyiniz bizi məyus edir. Müstəqil dövlətdə yaşayırsınız, kitab çap etdirmək üçün heç bir problem yaşamırsınız. Təxminən on beş il əvvəl bizə redaksiyalarda gülər, nə üçün türkcə yazırsınız deyə alay edərdilər. İndi vəziyyət az da olsa dəyişib. Doğma dildə kifayət qədər sanballı nəsr və nəzm əsərləri yaranmaqdadır. Çıxışının sonunda azadlığa həsr etdiyi şeirini qonaqlar üçün səsləndirdi.
Son olaraq Tarıyel Ümid qələm əhlinə şah rejimindən fərqli olaraq indi münasibətin azda olsa yumşaldığını qeyd etdi. Antalogiyanın nəşrini mühüm hadisə hesab edirəm.Axarıncı olmasını arzulayıram.
Son olaraq layihənin rəhbəri və redaktoru Sayman Aruz hamıya təşəkkür etdi və kitabın müzakirəsində gözlədiyini bildirdi.
Tədbir iştirakçıları xatirə şəkiləri çəkdirdilər. /teref.info/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.