İlqar Əlfi - Rüşvət alınır, yoxsa verilir?
03.11.17

(DYP-də maşını addan-ada keçirən

ahıl vətəndaşın düşüncələri)

Səs-küydən qulaq tutulurdu... Beş-on cavan                                         
üzə durmuşdu. “Dədə-baba” qaydasıyla,
“el adəti”lə tələb olunan rüşvəti verməmək
üçün mübahisədə idilər. Əlində tutduqları
sənədləri silkələyə-silkələyə, polisin gözünə
soxan kim, handa bir vəkildən daha arqumentli,
daha kəsərli çıxış edən kim, 102-yə
 zəng vuracağı ilə hədələyən kim...

Ritorik, yəni birbaşa cavab tələb etməyən sualdır, amma mən onu cavablandırmağa çalışacam.
Rüşvət verilir. Verilməsə, heç bir halda alına bilməz. Amma alınmasa da, əlində pul, onu verərək çətin işini asan etmək üçün məmur gəzənlər olacaq.
Mənim aləmimdə sağalmaq istəyən cəmiyyət üçün rüşvət vermək istəyənlər almaq istəyənlərdən daha təhlükəlidir və əslində cinayət məsuliyyətinə ilk növbədə onları cəlb etmək lazımdır. Çünki əslində, rüşvət verib işini düzəldənlər səbəb olur ki, məmur artıq boynuna biçilmiş, müqabilində dövlətdən məvacib aldığı vəzifəsini icra etmək istəmir, insanların qanuni haqqını tanımamaq üçün min-bir bəhanə uydurur, bürokratik əngəllər yaradır. Bu isə heç bir halda rüşvət vermək istəməyən və yaxud buna imkanı olmayan bizlərin haqqını tapdalayır.
2011-ci il yəqin ki, Azərbaycanda korrupsiyayla birbaşa mübarizənin ilk ili kimi yaddaşlara düşəcək. Dövlət ortaya bir siyasi bir iradə qoymuşdu. İllər uzunu haqqımızın yeyilməsinə, ədalətsizliyə səbəb olan bir bəlaya qarşı mübarizəyə əslində yuxarıdan start verilmişdi. Rüşvətxor məmurlar həmin gündən qınlarına çəkilib oturdular. Ömründə ilk dəfə əlinə real iş görmək imkanı düşmüş müxalifət isə bütün ruporlarından “Yalandır! Gözdən pərdə asırlar!”- deyə, bar-bar bağırmağa başladı...
Yaxşı, fərz edək ki, müxalifətin vəzifəsi dövləti tənqid etmək, onun hər addımına şübhəylə yanaşmaqdır. Bəs biz – sadə insanlar nə etdik? Dünən rüşvəti çığırda-çığırda, aşkar alan, bu gün isə qınına çəkilmiş mənurlara rüşvətimizi vermək üçün onların qohum-əqrəbasını, yeddi arxadönənini axtarmağa girişdik.  Lap sovet dövrü kimi...
Bəri başdan deyim ki, mən bu mübarizənin uğuruna, onun səmimiyyətinə skeptik münasibət bəsləyənlərdən deyiləm, çünki yuxarıdan, siyasi iradəylə başlanacağını çoxdan duyurdum. Və indi də, bütün olanlara rəğmən, səhv etmədiyimi düşünürəm: Azərbaycan artıq kifayət qədər resursları olan, rüşvətlə mübarizə aparmağa qadir olacaq dərəcədə güclü dövlətdir. İndi bizim dövlət bu yolda məmur nəfsini yatıracaq qədər qanuni məvaciblər verməyə də qadirdir, “islaholunmazları” sıradan çıxarmağa da...
Bir sözlə, bu savaşın başlanması yalnız siyasi istəyə bağlı idi və həmin istək də artıq meydandadır. Təəssüf ki, indi meydanda olmayan bircə şey varsa, o da xalqın iradəsidir...
Mən elə bilirdim prezidentimizin bəlli çıxışının ertəsi günü bütün dövlət idarələrinin qabağı qanuni haqqını tələb edən camaatla dolu olacaq, amma olmadı. Bəlkə bir xalq olaraq biz rüşvətsiz yaşamaq ləyaqətinə malik deyilik?
Əlbəttə, rüşvət alaraq həyatını yaxşılaşdırmaq, zəhmətsiz gəlir əldə edib bu dünyanın nemətlərindən qarın və gözdolusu feyziyab olmaq istəyən məmurlar olub və yəqin hamılıqla rüşvətə “Yox!” deyəcəyimiz andan sonra da hələ uzun müddət, bəlkə də həmişə olacaq. Amma bir düşünün, sən verməsən, mən verməsəm, biz verməsək, nə alacaqlar, necə alacaqlar və kimdən alacaqlar? ...
Xatırlayırsınızsa, təxminən 15 il qabaq ABA adlı televiziya kanalı vardı; ordakı tok-şouların birində müzakirəyə rüşvət və korrupsiya mövzusu çıxarılmışdı. Ortaya “Rüşvətin kökünü necə kəsmək olar” sualı gələndə, qızğın polemika başladı. Onda mən bəlkə də hamıya bəsit, sadəlövh görünən bir şey dedim. Dedim ki, Azərbaycanda rüşvətin kökünü kəsmək çox asan şeydir. Yetər ki, sözü bir yerə qoyub rüşvət verməyək...
Onda opponentlərim mənim sadəlövhlüyümə başlarını buladılar və heç şübhə etmirəm ki, bu sətirləri oxuyanda hörmətli İlham Tumas da başını bulamaqdadır.
Amma mən eyni sözləri bu gün də təkrar edərdim.

Ay kişilər, biz bir xalq olaraq nə vaxtsa yaxşı bir iş görək də. Gəlin, rüşvət verməyək, sonra alsınlar görüm, necə alırlar!
Biz düzəlsək, məmurlarımız da düzələcək – biri Allah xofundan, ictimai qınaqdan, digəri prezidentin, rüşvət vermək istəməyənlərin qorxusundan düzələcək.

P.S.
İndi məsələn, Dövlət reyestr xidmətinin qarşısındakı uzun quyruqlarda rüşvət qadağasına deyinənlərin, “hayıf deyildi rüşvət – pulunu ver, işini gör!” deyənlərin felinə qətiyyən uymayın. Onlar yəqin özləri də “kiçik çaplı” rüşvətxordurlar və aldıqları kimi, vermək istəyirlər. Niyə “kiçik çaplı” deyirəm? Çünki “iri çaplı” rüşvətxorlar növbələrdə görünməzlər.
Mən isə xırda bir sənədin dalınca bir il gedib-gəlməyə də hazıram, “rüşvətsiz gömrüyün” “rüşvətli gömrükdən” baha olmasına da - təki kimsənin balasına haram yedirməyim...

P.P.S.
...Amma, mən dünən, bəlkə də ömrümdə ilk dəfə, yedirtdim.
Haqqını tələb edən o cavanları gördüm, sabahımıza bir ümid yarandı içimdə və o ümid elə bil yatırtdı məni.
Ahıllığımdan utandım (çox nahaq!), tanınmış sima olmağımdan utandım (çox nahaq!), iclasa gecikəcəyimi bəhanə gətirdim özümə (çox nahaq!).

Söz versəm ki, bir də belə iş tutmayacam, inanmayın. Kiçik oğlum artıq 6 dəfə sürürücülük vəsiqəsi almaq üçün imtahana girib və hər dəfə 6-7 bal yığıb, kəsilib...
Onu imtahandan keçirmək üçün 1000 manat pul istəyirlər. Mən də artıq maşın sürə bilmirəm, əsəblərim, səhhətim imkan vermir. Bir-iki kitabımı qoltuğuma vurub çalışdım generalla görüşəm, alınmadı – köməkçiləri qarşıma dildən çəpər çəkdi, hər qarışından şirin kəlmələr asılmış çəpər...

İndi, daha çarə yoxdur, pulu toplayıb verməliyəm (uşağın qulağından iraq!), oğlumun əsəblərini çöldən tapmamışam ki...
Sən allah, qoyun, bu pulu da verim, min dənə dərd-sərləri var, xərcləsinlər.
Amma bundan sonra, ay verdim ha!


İlqar Əlfi
[email protected]

Yenililklər
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
29.07.19
Əhməd bəy Ağaoğluna həsr olunan konfrans keçiriləcək
29.07.19
“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.19
Ədəbiyyat İnstitutu Avrasiya Türk Araşdırmaları İnstitutu ilə memorandum imzaladı
26.07.19
“Hüseyn Cavid əbədiyyəti” mövzusunda respublika elmi konfransı keçiriləcək
26.07.19
Məhəmməd Tanhu - 8-ci günün qeydləri
26.07.19
Ədəbiyyat İnstitutunda Qırğızıstan yazıçıları ilə görüş təşkil olunub
24.07.19
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
24.07.19
Nemətullah Naxçıvaninin “Şərhi-Gülşəni-raz” əsərinin iki müxtəlif nüsxəsi əldə edilib
24.07.19
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
23.07.19
Prezident Murad Köhnəqalaya ev verdi
23.07.19
Svetlana Alekseyiviçin növbəti romanı yayımlanıb
23.07.19
Amerikalı yazıçı-satirik vəfat edib
22.07.19
Tanınmış jurnalist Amil Novruzovun 60 illiyinə
22.07.19
Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı işıq üzü görüb
22.07.19
"Gənc Qırğız şeiri antologiyası" Bakıda və Bişkekdə təqdim olunacaq
22.07.19
"Qanun"dan yeni nəşrlər
22.07.19
“Türkologiya” jurnalının əlavəsi akademik Məmmədağa Şirəliyevin 110 illiyinə həsr ediləcək
18.07.19
“Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb
18.07.19
İradə Musayeva - Üçlü formul müəmmasına düzəliş... 
18.07.19
Etimad Başkeçid yazır - Qırxayaq hər addımını düşünsəydi...
18.07.19
Nəsiminin dilinin dialektoloji tədqiqinə həsr olunmuş yeni kitab çap olunub
18.07.19
Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.19
Yazıçı Andrea Kamilleri vəfat edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.