Təranə Məhərrəmova - Dilimizi necə sevək?
16.11.17

İngilislər öz dillərini ən populyar dil hesab edirlər. İtalyanlar üçün dilləri ən romantik və bəlağətlidir. Ruslar qürurla "rus dili ən qüdrətli dildir” deyirlər. Gürcülər dillərinə münasibəti vətənlərinə sevgi ilə bərabər tuturlar. Polşada da polyak dilinə fərqli dəyər görmüşəm. Yayda bu ölkədə olarkən diqqətimi çəkən əsas məqam yerli sakinlərin öz dillərinə hədsiz sevgisi idi.
 
 Varşava Hava Limanında təyyarədən enib gedəcəyim ünvana qatar bileti alarkən aparatda polyak dilində yazılan sözlərdən nə illah elədimsə baş açmadım. Düzdür, yerli sakinlərin köməyi ilə bileti aldım, ancaq bu fakt Polşa əhalisinin öz dillərinə sevgilərinin ilk göstəricisi kimi yadımda qaldı. Sonrakı günlərdə Varşavanı, Krakovu gəzdikcə küçələrdə, kafe və restoranların, mağazaların adlarında polyak dilindən başqa heç bir yabançı dilə rast gəlmədim. Miqrantlara elə də qucaq açmayan ölkədə nəinki yaşlılar, heç cavanların da indi dəbdə olan ingilis dilində danışmalarının şahidi olmadım. Polşa təkcə tarixi görkəmi, füsunkar təbiəti ilə deyil, həm də doğma dilinə olan yüksək hörməti ilə yadımda qaldı. Hər məqamda da öz ölkəmizdə dilimizə olan münasibəti xatırladım. Dövlət idarələrindən tutmuş, küçələrə qədər sakinləri yeri gəldi-gəlmədi, rus dilində danışan, lazımsız yerə danışığında əcnəbi sözlər işlədən, az qala ev-eşiyini sataraq "qonşudan qalma dala” prinsipi ilə övladını ingilis və ya alman dili kurslarına yönəldən insanları düşündüm. Hələ küçələrdə yer alan və heç kəsin başa düşmədiyi kafe və restoranların, müəssisələrin, ofislərin əndrəbadi adlarının doğma dilimizi sıxışdırdığını demirəm.
 Ölkə başçısının dövlətimizin əsas atributlarından olan Ana dilimizin qorunması ilə bağlı verdiyi sərəncamlar da heç şübhəsiz, dilimizə müxtəlif sferalarda olan laqeyd münasibətə kəskin reaksiyadır. Dil Komissiyasının yeni tərkibdə yaranması və dilimizin saflığının qorunması istiqamətində tədbirlər planının hazırlanması, prezidentin birbaşa tapşırığı ilə ədəbi dil normalarının pozulması ilə bağlı konfransların keçirilməsi və s. tədbirlər buna misaldır. "Dövlət dilinin bütün imkanlarından hər zaman lazımınca istifadə edilmir. Yerli-yersiz yad ünsürlər dilimizə gəlir. Aidiyyatı qurumlar bu təsirlərə qarşı ciddi mübarizə aparmırlar. Mətbuat orqanlarında geniş yayılmış ədəbi dil normalarından yayınmalar əksər hallarda təhlil olunub nəticələr ümumiləşdirilmir” - deyə ölkə başçısının dilimizin qorunması ilə bağlı imzaladığı sənəd bir sıra narahatedici məqamları diqqətə gətirir.
 
 Dəfələrlə deyilsə də, illərdən bəri mənzərəni real əks etdirən monitorinqlərin ürək açmayan nəticələri açıqlansa da, telekanallarda ədəbi dil normaları bütün səviyyələrdə pozulmaqda davam edir. Televiziya və radionun ictimai fikrə təsir imkanlarının daha yüksək olmasını nəzərə alsaq, dilə bu sayaq münasibət böyük narahatlıq doğurur. Prezidentin köməkçisi Əli Həsənovun "təəssüf ki, tez-tez KİV-də, o cümlədən elektron vasitələrdə dövlət dilinin norma və prinsiplərinə uyğun olmayan söz və ifadələrin işlədilməsi müşahidə olunur” fikirləri də telekanalların və ümumən KİV-in real mənzərəsini əks etdirmək üçün yetərlidir. KİV-də, sosial media yazışmalarında dilimiz istənilən formada pozulur. Hər kəs istədiyi formada və tərzdə danışır. Yabançı sözlər tele və radioaparıcıların dilinin az qala bəzəyinə çevrilib. Virtual məkan dilimizə qənim kəsilib. Onlayn mediada dilin heç bir qaydası gözlənilmir. Məişət dili ədəbi dili kölgədə qoyub. Dilimizi təbliğ edən verilişlər yox dərəcəsindədir.
Problem təkcə bununla bitmir. Alimlər dərsliklərdəki qüsurlardan şikayətlənir. Bədii ədəbiyyatın, bədii və elmi tərcümələrin dilindəki qüsurlardan, reklamların dilinin bərbad olmasından gileylər çoxdur.  
 Təbii ki, dilimizin qorunmasında təhsilin üzərinə böyük məsuliyyət düşür. Orta və ali məktəblərdə müəllimlərin dilimizi şagird və tələbələrə təkcə öyrətmək deyil, həm də sevdirmək istiqamətində təcrübəsində kəsirlər var. Müəllimlər uşaqların doğma dillərinə laqeydliyində valideynləri, valideynlər isə öz növbələrində məktəbi qınayır.
Dilimizin qaydalarına riayət etmək üçün əl altında sanballı orfoqrafiya, orfoepiya və izahlı lüğətlərin yoxluğu da ayrıca problemlər yaradır. 
Dilə münasibət – onu səlis bilmək, saflığını və təmizliyini qorumaq, inkişaf etdirmək ona sevgidən başlayır. Biz anamızın laylasını bu dildə eşitmişik. Gözümüzü dünyaya açıb bu dildə "ana” demişik. Bəxtiyar Vahabzadənin yazdığı kimi: "Ana dili” adlanır bizm ilk dərsliyimiz”. Azərbaycan dilinin şirinliyindən ilham alan şairlərimiz, yazıçılarımız ən gözəl əsərlərini bu dildə yaradıblar.
 Biz təkcə dilimizi sevməyi yox, həm də onunla fəxr etməyi bacarmalıyıq. Bu sevgi o qədər yüksək olmalıdır ki, biz də qürurla "bizim dilimiz ən saf və təmiz dildir” deyə bilək. /Artkaspi.az/

 

Yenililklər
15.12.17
Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu
15.12.17
Simran Qədim - Labirint
14.12.17
İşiquronun Nobel nitqi - Mətn
14.12.17
"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
14.12.17
Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək
14.12.17
“Yenə iki od arasında” romanının təqdimatı olub
13.12.17
İstanbulda Çingiz Aytmatovun heykəli ucaldılıb
13.12.17
Cavanşir Yusiflinin tərcüməsində Li Young Lee
13.12.17
Xanəmir Telmanoğlu - Boşalıb gedərəm göy qırağıyla
13.12.17
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib
13.12.17
Kamran İmanov: "Xaricilər Azərbaycan folklor nümunələrindən istifadə üçün Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar"
12.12.17
Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq
11.12.17
“Sola dönmək qadağandır” - Cəlil Cavanşirdən yeni kitab
11.12.17
 Etimad Başkeçid - Veyl dərəsi
11.12.17
Əbdürrəhim bəy Haqverdiyev - Uca dağ başında
11.12.17
“Ceyms Coysun “Ullis” romanı və ədəbiyyatda devrim” kitabı çap olunub
11.12.17
“YARAT”da yeni film - "Buludlar səmanı tərk edirlər"
11.12.17
Həmid Piriyev “Sərçələr üçün poema”nı təqdim etdi
08.12.17
Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
07.12.17
Qanundan yeni kitablar
07.12.17
Bədirxan Əhmədli - "Azəri" sözündən imtina etməliyikmi?!
06.12.17
Azərbaycanda televiziya və radio yayımını tədqiq edən nəşr
06.12.17
Fərid Hüseynin yeni kitabı çıxıb
05.12.17
Orxan Fikrətoğlu - Qürbətdə
05.12.17
Məhərrəm Qasımlının yeni şeirlər kitabı təqdim olunub.
05.12.17
Həmid Piriyevin imza günü olacaq
04.12.17
Ayhan Miyanalı - Bir qucaq yalqızlıq nəfəs çəkir
04.12.17
AMEA-da "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib
04.12.17
Vüsal Bağırlı - Qoqolun ölümü
04.12.17
Atatürk Mərkəzində gənc türk şairlərinin birgə toplantısı keçirilib
04.12.17
İlqar Rəsulun romanı çıxdı
01.12.17
Nicat Qafuroğlu - Qızını imtahana gətirən atanın həbsi
01.12.17
Azərbaycan Universitetində sosial şəbəkə ədəbiyyatı müzakirə olundu - FOTO
01.12.17
“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
01.12.17
Məşuqəsindən qorxan baş redaktor - Səxavət Sahildən YENİ HEKAYƏ
01.12.17
Futuristik ədəbiyyatin texniki (nəzəri) manifesti
01.12.17
Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində
30.11.17
“Cəngi” qrupu Paris cazsevərlərinin qəlbini fəth edib
30.11.17
Yazı qaydalarımızın Kitabi-Müqəddəsi - Orfoqrafiya lüğəti
29.11.17
Mir Cəlal adına hekayə müsabiqəsi  I yer 3000 AZN
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.