Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı çap olunub

17.11.17

Bakıda yeni fəaliyyətə başlayan “İlğım” yayınları ilk kitabını çap etdi.

Əhməd bəy Ağaoğlunun oğlu, Türkiyənin tanınmış siyasətçisi, yazıçısı Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabı 50 ildən sonra yenidən yayımlandı.

İlk dəfə 1967-ci ildə İstanbulda “Baha” mətbəəsində içıq üzü görən kitab daha sonra çap edilməyib. Halbuki, S.Ağaoğlunun bütün kitabları bir neçə dəfə yayımlanıb. Görünür, Sovet imperiyasının dağılması bu kitaba olan marağı Türkiyədə itirib. Amma bu kitab imperiyanın keçmiş əyalətləri kimi bizim üçün də olduqca önəmlidir.

Mən bu önəmi nəzərə alıb “Mühacirlərin dönüşü” kitabımda S.Ağaoğlunun Sovet imperiyasına, eləcə də, Şuşa və Bakıya səfərinə toxundum. Səməd bəyin Şuşadakı ata evini görməsi, Bakıdakı qohumları ilə görüşməsi, Azərbaycandakı ümumi müşahidələri bizim üçün çox maraqlıdır.

Bu kitabın 50 ildən sonra bu dəfə öz türkcəmizdə yayımlanması çox vacib idi, ona görə də “İlğım” yayınlarına, gənc dostlarımıza təşəkkür edirəm.

***

Səməd Ağaoğlu 1909-cu ildə Bakıda dünyaya gəlib. Atası Osmanlıya mühacirət edəndə o, körpə uşaq idi. İlk təhsilini Bəyazid Fevziyyə liseyində alıb, daha sonra Ankara liseyində davam etdirib. 1926-1931-ci illərdə Ankara Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Bir müddət təhsil üçün Strasburqa yollanıb, o dönəmlə bağlı “Strasburq xatirələri” kitabını yazıb.

S.Ağaoğlu Türkiyədə həm yazıçı, həm də siyasətçi kimliyi ilə tanınır. Onun “Atamdan xatirələr” (1940), “Atamın dostları” (1957), “Tanış üzlər” (1965), “Dostum Menderes” (1967), “Mərmərədə bir ada” (1972), “İlk mərhələ” (1978), “Həyat bir macəradır” (1981) kimi kitabları memuar janrının mühüm nümunələridir.

S.Ağaoğlunun dönəmində Türkiyədə SSRİ-yə qibtə edən, oradakı rejimi dəstəkləyən müxtəlif sol partiyalar, təşkilatlar vardı. Belə bir vaxtda artıq 1960-cı il hərbi çevrilişindən sonra siyasətdən çəkilən Ağaoğlu xanımı ilə birlikdə 1966-cı ildə SSRİ-yə səyahətə çıxır. Döndükdən sonra isə səfər təəssüratlarını yazır və kitabını çəkinmədən “Sovet Rusiya imperatorluğu” adlandırır. Səbəbini isə özü belə yazır: “Çünki SSRİ həqiqətən bir imperiyadır. Torpaqların genişliyi, hakim bir millətin tabeçiliyində olan millətləri, koloniyaları, ehtirasları, əməlləri ilə Romadan rus çarlığına qədər mövcud olmuş bütün imperatorluqlara bənzəyir. Onlardan fərqlənən rəngi özündən başqa imperiya istəməməsidir”.

O, atasının 1909-cu ildə tərk etdiyi Şuşaya 57 il sonra yenidən dönür. Kitabında “Azərbaycan deyincə hər kəsin ağlına ilk gələn Bakıdır. Mənim ağlıma isə bu şəhərlə bərabər ata və anamın doğulduqları, böyüdükləri Qarabağ gəlir” deyə bildirir.

Bakıdakı müşahidələri onu çox kədərləndirir. Belə ki, o, Bakıda ruslaşdırma siyasəti aparıldığını yazır. Buna misal olaraq şəhərdəki mövcud əhali sayını göstərir: 1.200.000 əhalinin 19 faizi Azərbaycan türkü, 35 faizi rus, 25 faizi erməni, qalanları isə başda yəhudilər olmaqla digər millətlərin nümayəndələridir…

İnsanların kinoya, operaya, teatra maraq göstərdiyini, lakin şəhərdə rahat istirahət edə biləcək, əylənəcək məkanların olmadığına diqqət çəkən Ağaoğlu küçələrə adları verilən, heykəlləri qoyulan insanlardan söz açır. Vaqif, Sabir, Əzizbəyov, Axundov və digərlərinin adları əbədiləşdirilmişdi. Amma adlarını, əməllərini, gördükləri işləri bilsələr də, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Topçubaşov kimi insanların adına heç nəyin olmadığını yazır: “Çünki türkçü idilər, ogünkü rus hakimiyyətinə qarşı idilər”.

S.Ağaoğlunun müşahidələri o qədər dəqiq idi ki, o, ermənilərin Qarabağda törədəcəkləri fitnəni, terroru qabaqcadan hiss edir: “Qarabağda bir şey daha öyrəndim. Bu gün muxtar vilayət olan Azərbaycanın bu ərazisini Ermənistana birləşdirmək istəyirlərmiş! Bu, Qarabağ türklərini bütünlükdə başqa yerlərə köçməyə məcbur edə bilər və hətta məcbur edəcək. Hara məcbur ediləcəklərini isə əlbəttə, bir Allah, bir də Kommunist partiyası bilir”.

O, Sovet imperiyasındakı qorxu mühitini də elə öz qohumlarının timsalında hiss etmişdi: “Bir çox şeylər soruşdum: “necəsiniz, yaxşısınız, rahatsınızmı?” Hamısı bu suallara təlaşlı hərəkətlərlə, tez-tez eyni cavabı verdilər: “Çox yaxşıyıq, çox rahatıq, pulumuz var, işimiz var”. Otelin foyesində görüşmüşdük. Tez-tez saatlarına baxırdılar. Bəziləri həkim idi, bir saat icazə ala bilmişdilər. Bəzilər məmur idi, idarədə işləri çox idi! Başa düşmüşdüm, bizimlə çox görünmək istəmirdilər”.

Bütün bunlar təbii idi. Əhməd Ağaoğlu rusların düşməni idi…Belə bir adamın oğlu ilə qohumları Bakıda görüşmək istəməyəcəkdilər. Çünki zaman tamam fərqli idi. Necə ki S.Ağaoğlu yazır: “Bir gecə yarısı söhbət etdiyim gənc bir azəri “atanızın günündən bu yana burada çox yellər əsdi, çox atəşlər yandı, söndü” dedi. Xəfif işıqda üzünü necə idi görə bilmədim, amma səsi titrəyirdi”…

Ağaoğlu imperiyanın əsarətində olan digər türk dövlətlərində, eləcə də, Moskvanın özündə gördüyü hadisələr haqqında kitabında ətraflı şəkildə yazır.

Bütün bunlar haqqında isə kitabı oxuduqdan sonra məlumat əldə edə biləcəksiniz.

P.S. Noyabrın 18-i, saat 16:00-da Kitabevim mağazasında Səməd Ağaoğlunun “Sovet Rusiya İmperiyası” kitabının təqdimatı olacaq.

Yenililklər
15.12.17
Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu
15.12.17
Simran Qədim - Labirint
14.12.17
İşiquronun Nobel nitqi - Mətn
14.12.17
"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
14.12.17
Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək
14.12.17
“Yenə iki od arasında” romanının təqdimatı olub
13.12.17
İstanbulda Çingiz Aytmatovun heykəli ucaldılıb
13.12.17
Cavanşir Yusiflinin tərcüməsində Li Young Lee
13.12.17
Xanəmir Telmanoğlu - Boşalıb gedərəm göy qırağıyla
13.12.17
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib
13.12.17
Kamran İmanov: "Xaricilər Azərbaycan folklor nümunələrindən istifadə üçün Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar"
12.12.17
Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq
11.12.17
“Sola dönmək qadağandır” - Cəlil Cavanşirdən yeni kitab
11.12.17
 Etimad Başkeçid - Veyl dərəsi
11.12.17
Əbdürrəhim bəy Haqverdiyev - Uca dağ başında
11.12.17
“Ceyms Coysun “Ullis” romanı və ədəbiyyatda devrim” kitabı çap olunub
11.12.17
“YARAT”da yeni film - "Buludlar səmanı tərk edirlər"
11.12.17
Həmid Piriyev “Sərçələr üçün poema”nı təqdim etdi
08.12.17
Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
07.12.17
Qanundan yeni kitablar
07.12.17
Bədirxan Əhmədli - "Azəri" sözündən imtina etməliyikmi?!
06.12.17
Azərbaycanda televiziya və radio yayımını tədqiq edən nəşr
06.12.17
Fərid Hüseynin yeni kitabı çıxıb
05.12.17
Orxan Fikrətoğlu - Qürbətdə
05.12.17
Məhərrəm Qasımlının yeni şeirlər kitabı təqdim olunub.
05.12.17
Həmid Piriyevin imza günü olacaq
04.12.17
Ayhan Miyanalı - Bir qucaq yalqızlıq nəfəs çəkir
04.12.17
AMEA-da "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib
04.12.17
Vüsal Bağırlı - Qoqolun ölümü
04.12.17
Atatürk Mərkəzində gənc türk şairlərinin birgə toplantısı keçirilib
04.12.17
İlqar Rəsulun romanı çıxdı
01.12.17
Nicat Qafuroğlu - Qızını imtahana gətirən atanın həbsi
01.12.17
Azərbaycan Universitetində sosial şəbəkə ədəbiyyatı müzakirə olundu - FOTO
01.12.17
“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
01.12.17
Məşuqəsindən qorxan baş redaktor - Səxavət Sahildən YENİ HEKAYƏ
01.12.17
Futuristik ədəbiyyatin texniki (nəzəri) manifesti
01.12.17
Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində
30.11.17
“Cəngi” qrupu Paris cazsevərlərinin qəlbini fəth edib
30.11.17
Yazı qaydalarımızın Kitabi-Müqəddəsi - Orfoqrafiya lüğəti
29.11.17
Mir Cəlal adına hekayə müsabiqəsi  I yer 3000 AZN
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.