““525-ci qəzet” dünənin və bu günün olduğu kimi, gələcəyin də qəzetidir” - Yubiley MÜSAHİBƏSİ
17.11.17

Baş redaktor müavini Seyfəddin Hüseynli: “Avantüra xarakterli yeniliklərə çox getmirik”
 
Bu gün çağdaş Azərbaycan mətbuatının liderlərindən biri, hazırda ziyalıların görüş yerinə çevrilən, ciddi təfəkkürlərin əsas tribunası olan “525-ci qəzet”in 25 yaşı tamam olur. 1992-ci ilin bu günündə - ağır dövrdə başda Rəşad Məcid olmaqla, bir qrup gənc jurnalist tərəfindən əsası qoyulan qəzet sonradan jurnalistika məktəbinə çevrildi. Yüzlərlə jurnalist bu qəzetin şinelindən çıxdı. Hazırda onların özləri əsas media simaları sırasındadırlar.
Modern.az saytı yubiley münasibətilə qəzetin baş redaktor müavini Seyfəddin Hüseynlidən aldığı müsahibəni təqdim edir:

-Seyfəddin müəllim, 25 yaş münasibətilə qəzetin bütün kollektivi, müəllif və oxucularını təbrik edirik. Artıq bir neçə aydır ki, ölkənin ən ciddi ziyalıları, ictimai-mədəni xadimləri yubiley təbriklərini qəzetin ünvanına göndərirlər...
 
-...Əvvəlcə, diqqət və təbrik üçün təşəkkür edirəm. Qəzetin 25 illiyi ilə bağlı öncə  bir neçə yazı çap olundu. Görünür, həmin yazılar sonradan əks-səda doğurdu. Xüsusən, ona görə ki, BDU rəhbərliyinin təşəbbüsü ilə hörmətli professorumuz Cahangir Məmmədli qəzetlə bağlı kitab hazırlamağa başladı. Bu proses zamanı qəzetin müəllifləri, tanınmış ziyalılar tərəfindən müəyyən təbrik yazıları yazıldı. Bu təbriklər, ürək sözləri həm o kitabda çap edildi, həm qəzetdə mütəmadi olaraq  yayımlandı. Beləcə, get-gedə müxtəlif reaksiyalar yarandı; qəzetin ətrafında birləşən başqa  ziyalılar, vaxtilə bu qəzetdə yazıları yayımlanan digər müəlliflər də  təbriklərini bizə ünvanladılar. Bunların əksəriyyəti yazılı formada olduğu üçün qəzetimizin səhifələrində də yayımlandı. Çap olunduqca da  “525-ci qəzet”in 25 illiyi bir qədər də geniş şəkildə cəmiyyətə məlum oldu. Həmin yazıların əksəriyətində qəzetə zahirdən, kənardan baxış var. Bəziləri öz müəlliflərimiz olsalar da, əksəriyyəti qəzetin gündəlik iş prosesindən nisbətən xəbərdardılar. Buna görə də, onların əsasən,  kənardan nəzər yetirmək imkanları olub. Qəzetə kənardan deyil, içəridən baxan şəxs kimi  fikrimi soruşursansa, deyərdim ki, elə bu təbrik yazılarının fonunda, mərhələ-mərhələ gələn təntənələrin içində biz 25 yaşımızı adi iş  günü kimi qeyd edirik.

-Ziyalı zümrə, ciddi təfəkkür sahibləri “525-ci qəzet”i öz görüş yeri kimi bilirlər. Qəzet buna necə nail oldu?

-Bu, xeyli dərəcədə səbat tələb edən bir işdir. Bu, bizə öz mövqeyimizi kifayət qədər qorumaq,  bəzi məsələlərdə orta xətt götürüb tarazlığı, balansı saxlamaq, şou-tipli xəbərlər, kəskin sensasion informasiyalar, saxta xəbərlər burulğanından kənar olmaq, daha çox analitik yazılara, təhlillərə üstünlük vermək, sanballı mövqelərin ifadəsinə çalışıb, onlara yer ayırmaq bahasına başa gəldi. Niyə “bahasına başa gəldi” deyirəm, çünki bu axarda bir xeyli, hətta fantastik dərəcədə oxucu auditoriyasından özümüzü məhrum etdik. Yüngül informasiya rəqabətində bəlkə də bir qədər uduzmuş kimi göründük. Amma bir yerdə oturuşub, çəki qazanıb dayananda mətbu orqanın öz mükafatını bu cür aldığını da gördük.
Getdikcə, müəyyən sanballı və sadiq müəlliflər, oxucular hesabına sən öz arealını, öz ərazini bilirsən. 25 il mətbuat tariximiz üçün heç də az vaxt deyil. Xüsusən də bu zaman müddətində baş verənləri nəzərə alsaq, məlum olur ki, 25 il əslində, göründüyü qədər qısa deyil. İçərisi hadisələrlə, keşməkeşlərlə -əsasən də, mətbuat sahəsində-çox zəngindir. Özüm təxminən, 20 ildir ki, burada çalışıram. Özümə hesabat verəndə düşünürəm ki, nə yaxşı yolum elə, “525-ci qəzet”lə kəsilib.  25 ildir ki, qəzet öz mövqeyində sabitdir, işıqlandırdığı dünyagörüşdə, cəmiyyətə, dünyaya, hadisələrə yanaşmasında sabitliyi, səbatı qoruyub saxlayıb.  Nə yaxşı ki, mən də burada oturuşub qala bilmişəm və müəyyən qədər öz yerimi, mövqeyimi bəlirləmişəm.

 -Elektron media, yeni dünya jurnalistikasının elementləri, sosial şəbəkələrin  durmadan inkişaf etdiyi bir zamanda qəzetlərin özünü qoruması və yaşatması prosesi də çətinləşir. Marketinq, reklam problemləri yaranır, sürət və auditoriyada qəzet internetə uduzur. Bütün bu problemlərin fonunda qəzeti qorumaq nə dərəcədə çətindir?

-Kənardan bəlkə də uduzmuş kimi görünə bilərik. Amma bizim qəzetin saytı da olduğu üçün çevik xəbər prosesini onun üzərinə qoyuruq. Bununla da, bir qəzetin xəbər baxımından başqa media orqanları ilə rəqabətini də qoruyub saxlayırıq. Sosial şəbəklər, saytların bu cür fəallığı dövründə  ağıllı oxucular qəzetdən xəbər, informasiya qaynağı kimi bəhrəlınmir. Bu zaman qəzetdə analitiklik ön plana keçir. “525-ci qəzet” lap əvvəldən məlumdur ki, ədəbiyyat, publisistika, esseistikaya geniş yer verib. Dəyərli ziyalıları özünün daimi müəllifinə çevirib. Sanballı və ziyalı oxucu kütləsi qazanıb. Bu da  qəzetin ayaqda qalmasına, oxucu auditoriyasının qorunmasına kömək edib. O ki qaldı, maddi problemə, düşünürəm ki, bu təkcə bizim qəzet üçün spesifik hal deyil. Əksinə,  abunə, reklam məsələsi  bizdə qaneedicidir. Çağdaş Azərbaycan mətbuatında reklamçılıq üçün cəlbedici olan qəzetik. Bu da qəzetin özünəməxsus oxucu, müəllif auditoriyasının  ictimai rəyə göstərdiyi təsir və bunun müsbət  effektinə görədir. Məhz buna görə bizə reklam verirlər. Üstəlik KİVDF-dən dövlət hesabına müəyyən maliyyə yardımları olunur. Bu imkanlar hesabına qəzeti ayaqda saxlaya bilirik.
Mən buna görə bizə abunə olan yüzlərlə, minlərlə abunəçimizə minnətdarıq.Təşəkkür edirəm ki,  qəzeti bu 25 illiyə sağ-salamat, zəifləmədən gəlib-çıxmağəna şərait yaradıblar.

-“525-ci qəzet”in əsas siması şənbə günü buraxılışlarıdır. Xeyli sayda oxucu kütləsi səbirsizliklə şənbə buraxılışlarını gözləyir. Bu buraxılışlarda gələcəkdə nə kimi yeni layihələr həyata keçirmək fikriniz var?

-25 yaşı olan qəzetdə yeniliklərə getmək üçün  bir balaca ehtiyatlı olmaq  lazımdır. Bu o demək deyil ki, biz qorxuruq. Əlhəmdüllah, yeniliklər etməkdə zəif deyilik və çevik qəzetçilikdə də vaxtilə bu qəzetin nələr etdiyini bilirlər. Müəyyən zaman müddəti keçdikcə,  oturuşduqca, vaxt ötdükcə ağırbaşlılıq deyilən durum yaşanır. Bizdə də belədir. Buna görə də avantüra xarakterli yeniliklərə çox getmirik. Kimlərəsə cəlbedici görünən ucuz layihələr, müxtəlif qığılcımvari manevrlər etmək olar ki, biz onları etmirik. Əksinə, daha sanballı, hərtərəfli ölüçülüb-biçilən layihələrə yer veririk. Yeniliklər adıyla təqdim olunan müəyyən layihələr var ki, onları onsuz da elektron media tez-tez sınaqdan keçirir. Bəzən, alınır, bəzən yox. Yenilik baxımdan qazanacımız odur ki, qapımız ən çox gənclərə açıqdır. Hər gənc özü ilə müəyyən bir ideya, yanaşma tərzi, dəsti-xətt gətirir. Qəzetdə həm də ağsaqqal sayılacaq qələm ustalarından tutmuş,  orta nəsil və  gənc nəslin bir araya gəlib işləməsinin özü elə ən böyük yenilikdir. Bu birgə iş birliyi qəzetin əsas fəaliyyət brendinə çevrilib.

-Dediniz, 20 ilə yaxındır ki, burada çalışırsınız. 1997-ci ilin “525-ci qəzet”i ilə indiki “525” arasında nə kimi fərqlər var?

-Heç bir fərq yoxdu. Yuxarıda da dedim: biz bu kursu mümkün qədər sabiq saxlamağa çalışırıq. Bu proses dünya qəzetçiliyində məqbul variantdı. Xaricdə yaşı 100-200 ili keçən qəzetlər var ki,onlar illərdir ki, öz dəsti-xəttinə sadiqdirlər.  Təəssüflər olsun ki, bizim mətbuatda belə dayanıqlı qəzetlər azdı. Ona görə də istərdik ki, “525-ci qəzet” ölgün,  ətalətli yox, yaxşı mənada mühafizəkar mövqe ilə öz yerini qorumuş olsun. 1997-ci ildəki qəzetlə indiki, yaxud gələnilki qəzetimiz arasında  yalnız texniki inkişaf baxımından müəyyən fərqlər olar. Amma yanaşmada, cəmiyyətə baxışda,  məzmunda yox. Çünki biz əvvəldən doğru saydığımız mövqedə dayanmışq.
Qəzetimizin indi də fəal olduğu, əvvəlki dinamikasını saxladığı həm də ondan görünür ki, biz planlaşdırma vaxtı-istər şənbə, istər həftəiçi buraxılışlarda - materialları seçmək, müəllifləri incitməmək, ən yaxı yazıları yerləşdirmək baxımından müzakirələrdə də  xeyli əziyyət çəkməli oluruq. Çünki doğrudan da “525-ci qəzet”ə bu gün çox böyük müəllif axını var. Bu da göstərir ki, qəzet hələ də diqqət mərkəzindədir.

-Qəzet yaranandan indiyə qədər yüzlərlə jurnalistin ilk qələm təcrübəsi topladığı yer olub. Yubileylə bağlı həm onlara, həm də qəzetə, hazırki iş yoldaşlarınıza  ürək sözlərinizi çatdırasınız....

-Qəzetin əvvəlki və indiki əməkdaş və müəlliflərinə uğurlar və can sağlığı arzulayıram. Sizinlə müsahibədən yarım saat əvvəl Bilik Fondunun xətti ilə BDU-nun Jurnalistika fakültəsinin tələbələri bura gəlmişdilər. Onların da bu qəzetə marağından gördüm ki, “525-ci qəzet” dünənin, bu günün olduğu kimi, gələcəyin də qəzetidir. /modern.az/

Yenililklər
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.