Azərbaycanlı alimlər Çində keçirilən beynəlxalq simpoziumda
21.11.17

Çinin paytaxtı Pekində Çin İctimai Elmlər Akademiyasının təşkilatçılığı ilə “Dəyişən dünya kontekstində Çinin inkişafı” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.

Müxtəlif ölkələrdən elm adamlarının, ictimai şəxslərin, çinşünaslıq mərkəzlərinin əməkdaşlarının qatıldıqları tədbirdə ölkəmizi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov, akademiyanın Çindəki əlaqələndiricisi, Pekin Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev təmsil ediblər.

Əvvəlcə Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik Van Veyquan simpoziumun əhəmiyyətindən, müxtəlif ölkələrin elmi dairələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin faydalarından danışıb. Bildirib ki, tədbir Dünya Çin Tədqiqatları Mərkəzinin yaradılması üçün hazırlıq məqsədi daşıyır. O, xaricdə fəaliyyət göstərən çinşünaslıq mərkəzlərinin işinə dəstək məqsədilə ümumi bir mərkəzin yaradılmasının vacibliyini vurğulayıb.

Simpoziumda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan-Çin münasibətlərinin tarixindən, xüsusən tarixi İpək Yolunun bu əlaqələrin inkişafına müsbət təsirindən söz açıb. Alim hələ qədim zamanlardan ölkəmizdə Çinə olan böyük marağın genişlənərək inkişaf etdiyini, İpək Yolu üzərində körpü funksiyasını həyata keçirən Azərbaycanın Çinin Qafqaz ilə əlaqələrində mühüm rol oynadığını diqqətə çatdırıb.

İ.Həbibbəyli ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Çinə səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan danışıb, bu səfərlər zamanı imzalanmış sənədlərin müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verdiyini, ölkələrimizin müxtəlif sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib.

Akademik İ.Həbibbəyli son illər iki ölkə arasında elmi mübadilənin inkişafının intensiv xarakter aldığını, bunun həm də xalqlarımızın bir-birini daha yaxşı tanımasına zəmin yaratdığını, dostluq münasibətlərini dərinləşdirdiyini deyib. O, rəhbərlik etdiyi Ədəbiyyat İnstitutunda Çinin elmi qurumları ilə əlaqələrin güclənməsi yönündə mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Çinin Konfutsi İnstitutu ilə elmi-ədəbi əlaqələrin inkişafı üzrə imzalanmış müqaviləyə uyğun olaraq institutda Çinşünaslıq Mərkəzinin yaradılması, institutun əməkdaşlarının Çində keçirilən konfrans, seminar və simpoziumlarda fəal iştirakı, Çinin elm adamlarının Ədəbiyyat İnstitutuna tez-tez təşkil edilən səfərləri, birgə tədbirlərin reallaşdırılması bunun parlaq nümunəsidir.

Bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Asiyanı birləşdirən “Dəmir İpək Yolu” funksiyasını yerinə yetirdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti bu layihənin Çinin “Bir kəmər, bir yol” strategiyasının tərkib hissəsi olduğunu, həm də onu tamamladığını bildirib. Akademik “Bir kəmər, bir yol” strategiyasının təkcə iqtisadi əlaqələri deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkan yaradacağını bildirib.

Simpoziumda professor B.Əhmədovun “Azərbaycan ədəbiyyatında İpək Yolu izləri” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra Azərbaycan nümayəndə heyəti bir sıra işgüzar görüşlər keçirib. Çin İctimai Elmlər Akademiyasının prezidenti, akademik V.Veyquan ilə görüşdə ölkələrimizin elm ocaqları arasında əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.

Pekin Xarici Dillər Universitetinin rəhbərliyi ilə keçirilən görüşündə iki ölkənin elm və təhsil əlaqələrindən söz açılıb, Azərbaycanda Çin dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin münasibətlərimizin dərinləşməsinə töhfə verdiyi vurğulanıb.

Universitetin prorektoru Sun Youcun rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O, universitetdə Azərbaycan dilinin tədrisi prosesinə Azərbaycanın ali təhsil ocaqlarının, xüsusən Bakı Dövlət Universitetinin verdiyi dəstəyi vurğulayıb, AMEA və ölkənin digər ali təhsil ocaqları ilə əlaqələrin qurulmasını arzuladıqlarını söyləyib.

Nümayəndə heyəti səfər zamanı, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Pekinin Çaoyan parkındakı abidəsini ziyarət edib, ölkəmizin Çindəki səfirliyində görüş keçirib.

Akademik İ.Həbibbəyli Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV13-ə verdiyi müsahibədə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığından söz açıb, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqələrini təmin etdiyini vurğulayıb.

Yenililklər
15.12.17
Mirmehdi Ağaoğlu beynəlxalq müsabiqədə qalib oldu
15.12.17
Simran Qədim - Labirint
14.12.17
İşiquronun Nobel nitqi - Mətn
14.12.17
"Hüseyn Cavid yaradıcılığında ideallar və müasir dövr" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
14.12.17
Anadilli ədəbiyyat epoxası: Həsənoğludan Füzuliyədək
14.12.17
“Yenə iki od arasında” romanının təqdimatı olub
13.12.17
İstanbulda Çingiz Aytmatovun heykəli ucaldılıb
13.12.17
Cavanşir Yusiflinin tərcüməsində Li Young Lee
13.12.17
Xanəmir Telmanoğlu - Boşalıb gedərəm göy qırağıyla
13.12.17
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunmuş ədəbi-musiqili tədbir keçirilib
13.12.17
Kamran İmanov: "Xaricilər Azərbaycan folklor nümunələrindən istifadə üçün Müəllif Hüquqları Agentliyindən icazə almalıdırlar"
12.12.17
Moldovada “Müasir Azərbaycan Ədəbiyyatı” antologiyasının təqdimatı olacaq
11.12.17
“Sola dönmək qadağandır” - Cəlil Cavanşirdən yeni kitab
11.12.17
 Etimad Başkeçid - Veyl dərəsi
11.12.17
Əbdürrəhim bəy Haqverdiyev - Uca dağ başında
11.12.17
“Ceyms Coysun “Ullis” romanı və ədəbiyyatda devrim” kitabı çap olunub
11.12.17
“YARAT”da yeni film - "Buludlar səmanı tərk edirlər"
11.12.17
Həmid Piriyev “Sərçələr üçün poema”nı təqdim etdi
08.12.17
Molla Pənah Vaqifin 300 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
07.12.17
Qanundan yeni kitablar
07.12.17
Bədirxan Əhmədli - "Azəri" sözündən imtina etməliyikmi?!
06.12.17
Azərbaycanda televiziya və radio yayımını tədqiq edən nəşr
06.12.17
Fərid Hüseynin yeni kitabı çıxıb
05.12.17
Orxan Fikrətoğlu - Qürbətdə
05.12.17
Məhərrəm Qasımlının yeni şeirlər kitabı təqdim olunub.
05.12.17
Həmid Piriyevin imza günü olacaq
04.12.17
Ayhan Miyanalı - Bir qucaq yalqızlıq nəfəs çəkir
04.12.17
AMEA-da "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın təqdimatı keçirilib
04.12.17
Vüsal Bağırlı - Qoqolun ölümü
04.12.17
Atatürk Mərkəzində gənc türk şairlərinin birgə toplantısı keçirilib
04.12.17
İlqar Rəsulun romanı çıxdı
01.12.17
Nicat Qafuroğlu - Qızını imtahana gətirən atanın həbsi
01.12.17
Azərbaycan Universitetində sosial şəbəkə ədəbiyyatı müzakirə olundu - FOTO
01.12.17
“Yenə iki od arasında” romanı sumqayıtlı oxuculara təqdim olunub
01.12.17
Məşuqəsindən qorxan baş redaktor - Səxavət Sahildən YENİ HEKAYƏ
01.12.17
Futuristik ədəbiyyatin texniki (nəzəri) manifesti
01.12.17
Sonuncu Nobel mükafatçısının romanı Azərbaycan dilində
30.11.17
“Cəngi” qrupu Paris cazsevərlərinin qəlbini fəth edib
30.11.17
Yazı qaydalarımızın Kitabi-Müqəddəsi - Orfoqrafiya lüğəti
29.11.17
Mir Cəlal adına hekayə müsabiqəsi  I yer 3000 AZN
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.