Nicat Qafuroğlu - Qızını imtahana gətirən atanın həbsi

01.12.17

Avanqard.net gənc yazar Nicat Qafuroğlunun "Narıngül" hekayəsini təqdim edir.

Maşının şüşəsindən dəniz görünəndə ürəyi çırpındı. İlk dəfəydi dənizi televizorda yox, belə yaxın məsafədən görürdü. Bakıya ilk səfəriydi. Narıngül qəbul imtahanına gedirdi. Atasının qırmızı “Jiquli”si isə sonuncu dəfə Bakıdan 22 il əvvəl çıxmışdı.  Adəmin toyundan bir-iki həftə əvvəl...
 Bir az sonra Bayıl təpələrinin başındakı villalar və Teleqüllə göründü. Həyəcanı artırdı. Bu qülləni də televizorda görmüşdü. «Ata, o Teleqüllə var ha, hündürlüyü 300 metrdən çoxdur. Ölkəmizdə ən hündür tikili hesab olunur. Hündürlüyünə görə dünyada 34-cü Televiziya qülləsidir” – demək istədi,  amma Nadir dayıdan utandı.
Bayraq Meydanının yanından ötəndə isə özünü saxlaya bilmədi.
-    Ata...
-    Hə, qızım   
-    Olar burda bir az dayanaq?
-    Ürəyin bulanır?
-    Yoo, bayraq meydanına baxmaq istəyirəm... bayrağa...
-     Hə, Adəm, qaduyu alım saxla, mən də bir siqaret çəkim...
Adəm maşını saxlamaq üçün yolun sağ tərəfinə yönəldi, bu vaxt ağ “Nissan Patrul”  lap yaxın məsafədən, sürətlə, aramsız siqnal verərək keçib, dayandı. Sonra arxaya verib “Jiquli” ilə paralel saxladı. Şüşəni endirib əlllərini ölçə-ölçə qışqırmağa başladı:
-    Alə  korsan? Dönürsən “pavarodniki”ni yandır də? Debil... dəysəydi altından çıxa biləcəkdin? Hə?   
 Hər üçü bu sözləri aydın şəkildə eşidirdi. Adam bunları demək üçün dayanıbmış. Dedi, sürdü, getdi.  
Narıngülün yanaqları bayrağın qırmızı rəngdə idi. Maşını saxlatdırdığına peşman olmuşdu. İlk dəfəydi kimsə atası ilə belə danışırdı. Ümumiyyətlə, birinci kərə idi kimisə belə danışan görürdü. Adəmsə  elə bir daşa dönmüşdü.  Ağır keçən bir neçə saniyədən  sonra Nadir dayı siqaret çıxarıb yandırdı.
-    Qudurublar, tərbiyəsiz köpəy uşağı... Gəl qızım, düşək.... – Nadir dayı maşından düşdü.
-    Qızım, düş, bax, gəl...
Narıngül bir-iki saniyə tərəddüddən sonra maşından düşdü. Dünyanın ən uca bayrağı necə möhtəşəm görünürdü – ürəyi yerindən çıxırdı Narıngülün.  Məktəblərinin gözü olan Narıngül Azərbaycan tarixini əla bilirdi, Vətənini sevirdi, Azərbaycan bayrağını sevirdi. Bütün dəftərlərinin ilk səhifəsində üç rəngli bayraq çəkmişdi... Fəxarət hissi içindəki peşimançılığı da azaltdı hətta... Yenidən maşına tərəf gəldi:
-     Ata, sən də gəl, nə olar...
-    Yaxşı, Nadir dayının yanından ayrılma, mən maşını rahat yerə verim gəlirəm.
Narlngül dil açmışdı elə bil.
-    Nadir dayı, bu, dünyada ən hündür bayraqdır.
-    Ay MaşAllah!
Adəm də gəlib çatdı. Narıngül atasını görüb bir az da ürəkləndi.
-    Bayrağımızın hündürlüyü 162 metrdir. Dünyada ən hündür bayraq dirəyi hesab olunur. Ginnesin rekordlar kitabına düşüb.
-    Ayə, Adəm maşınını aparırılar...
Yol kənarındakı “Jiquli”ni evakuatora çıxarırdılar. Adəm qaçıb çatdı,  xeyiri olmadı, maşını apardılar...

***
Narıngül taksidə atasının yanında günahkarcasına oturmuşdu. Maşının şüşəsindən şəhərə baxırdı, amma bayaqkı həvəsi qalmamışdı. Hətta “Bəhrəm Gur”un heykəlinə, Dənizkənarı Bulvara belə etinasız baxdı... Elə bil min dəfə keçib burdan... Amma uşaq ki, uşaq, Qız Qalasının yanından keçəndə özünü saxlaya bilmədi
-    Mən elə bilridim, Qız Qalası daha böyük görünür... – utandı...
-    Xanım deyəsən birinci dəfədi Bakıya gəlib... – Cavan sürücü güzgüdən Narıngülə baxdı. Narıngül qızardı və daha bir kəlmə də danışmadı.

***
Onlar müvəqqəti dayanacağa maşınlardan tez gəlib çatmışdılar. Bir az sonra evakuatorun belində “Jiquli”ni gətirdilər. Narıngül ürəklənib Nadir dayıdan soruşdu
-    Nadir dayı, maşınımızı niyə bura.... belə gətirdilər ki?   
-    Nə bilim ay qızım, deyirlər, düz yerdə saxlamamışıq.
-    Onda desinlər ki, maşını burada saxlama, sür başqa yerdə saxla, lap cərimə də yazsınlar,  daha niyə bura gətirirlər ki...
-    A kişi, niyə sındırırsız? Ayə, ayə, sizinləyəm ee, niyə sındırırsız???  – Adəmin gur səsi bütün dayanacağa yayıldı. Maşını evakuatordan endirəndə qabaq buferi sınmışdı.
-    Niyə qışqırırsan, sındırırsız deyəndə, sınıqdır da...  – 25-30 yaşlı oğlan əli ilə buferi sirkələyib cavab verdi.
-    Bu sınıq deyildi axı... indicə sındırdız...
-    Bunun salamat yeri var ki...
-    Deyirəm bu sınıq deyildi...
-    A kişi bunun harasına əl vursan sınacaq da... antikvar maşın sürürsən.... sən mənim canım məni işə salma.
Part!!! – Adəm həmin adamı sillə ilə vurdu. Adam çığıra-çığıra polis postuna tərəf qaçdı. İki polis gəlib Adəmi Post Patrul maşınına otuzdurub apardılar. Adəm “Nadir, sən uşağı apar Kifayət gilə” deməyə macal tapdı.
Narıngülün gözləri qaraldı, özündən getdi. Ayılanda bibisigildəydi.
Səhər qəbul imtahanı idi. Narıngül imtaha getmək istəmədi. Dedilər, atanı sabah səhər, sən imtahandan çıxana qədər buraxacaqlar. Narıngül yenə istəmədi. Dedilər, on illik əziyyətini boşa vermə. Narıngül israr etdi. Bibisi yalvardı, əsəbiləşdi, qışqırdı... xeyiri olmadı. Səhər onu məcburən aparıb imtahan zalına buraxdılar. Məhkəmə Adəmə 5 sutkalıq cəza verdi. Narıngül 5 sutka bibisigildəki balaca otaqdan kənara çıxmadı.

***
Qayıdanda maşında ikisi idi – Adəm və  Narıngül. Narıngül  ön oturacaqda, atası ilə yanaşı oturmuşdu. Yol boyu bir dəfə də olsun maşının yan şüşələrindən şəhərə baxmadı.  Ancaq irəli baxırdı. Kəndlərini dövrəyə alan çinarlar görünəndə Narıngül ağladı! Bu altı gündə, bu qədər olanlardan sonra ilk dəfə hönkürdü Narıngül... Adəm  maşını saxladı.
-    Nə oldu qızım?
-    Ata...  – hönkürdü.  
-    Hə...
-    ... yazmadım
-     Nəyi yazmadın?
-    Suallara cavab yazmadım....
-    Niyə?
-    İstəmirəm. Mən o şəhərə qayıtmaq istəmirəm...
Adəm maşından düşüb siqaret yandırdı. Çinarlar elə doğma görünürdü ki...

Yenililklər
09.07.20
Əfsanə Laçın - Atam
09.07.20
Azərbaycanlı alimin “Şumer və türk dastanları” kitabı Avropa dillərində nəşr olunur
09.07.20
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunmuş xüsusi poçt markaları İspaniyada dövriyyəyə buraxılıb
09.07.20
Əhməd bəy Ağaoğlu və Azərbaycan ədəbiyyatı
08.07.20
Kanye Uest ABŞ-da prezidentliyə müstəqil namizəd olacaq
08.07.20
“İçərişəhər”də yeni muzey yaradılacaq
08.07.20
Səxavət Sahil - Poeziyamızın problemi
08.07.20
Sankt-Peterburq Mədəniyyət Forumu mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqələri mövzusuna həsr ediləcək
08.07.20
Dövlət Rəsm Qalereyası “+5C” adlı yeni virtual layihəyə start verir
08.07.20
Məşhur rəssamın toz basmış əsəri tapılıb
07.07.20
Türkiyənin Ərdahanda şəhərində Əbülfəz Elçibəy xatirə ormanı salınır
07.07.20
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
07.07.20
“Hacı Zeynalabdin Tağıyev və Şərqin ilk rus-müsəlman qız məktəbi” foto-sənədli animasiya filmi təqdim edilib
07.07.20
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
06.07.20
Tanınmış bəstəkar Ennio Morrikone vəfat edib
06.07.20
Taleh Eminoğlu - Mədəni müxtəliflik və multikulturalizmin labüdlüyü
06.07.20
“Turan eşqi” kitabı Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəşr olunub
06.07.20
Azərbaycan-rumın mədəni əlaqələrindən bəhs edən yeni kitab
06.07.20
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
03.07.20
Mədəniyyət Nazirliyi Rusiyanın xalq artistinə qanunsuz ödəniş edilib
03.07.20
“Xınalıq” qoruğu UNESCO-nun Dünya İrs Siyahısına namizədlik üçün ilkin siyahıya salınıb
02.07.20
Əhməd bəy Ağaoğlu yaradıcılığında azad insan konsepsiyası
02.07.20
COVID-19 epidemiyasına həsr olunan film çəkilir
02.07.20
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunub
01.07.20
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Kann Beynəlxalq Kinofestivalının rəhbərliyinə etiraz məktubu göndərib
01.07.20
Saedinin dünyaca məşhur “Bəyəl əzadarları” romanı Azərbaycanda nəşr edildi
01.07.20
Kinoşünas Azərbaycanda çəkilən serialları tənqid edib
30.06.20
Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20
Simran Qədimin yeni kitabı çap olunub
30.06.20
Əhməd bəy Ağaoğlu “Difai” təşkilatının qurucusu kimi
27.06.20
Pərviz Cəbrayıl - “Azğın”- onun seçilmiş əsərlərin mündəricatı
27.06.20
Bilal Alarlı - Kiçik hekayənin böyük hikməti
26.06.20
Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20
Mark Terensi Varronun “Latın dili haqqında" kitabı Azərbaycan dilində
26.06.20
Fərid Muradzadə - Güclü kişi 
26.06.20
Simran Qədim - Təhlükə: COVID-19
26.06.20
Məmmədov Eşqin - Payız məni darıxdırır, ilahi!
26.06.20
Cavanşir Yusifli - Bir şeirin dedikləri (Həmid Herisçi )
26.06.20
Tarix İnstitutunda “Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti” kitabı çap edilib
26.06.20
Dahilərin, yaradıcı insanların problemi: Bipolar xəstəlik
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.