Vüsal Bağırlı - Qoqolun ölümü
04.12.17

Bu yaxınlarda rusiyalı rejissor Yeqor Baranovun dahi yazıçının həyatından bəhs edən “Qoqol. Başlanğıc” filminin premeryası baş tutdu. Filmdə yazıçının əsərlərinin süjet xətti və mistik həyat bioqrafiyası birləşdirilib. Ssenaridə Dikanka sakinləri, su pərisi, kazaklar, mujiklər, sirli varlıqlar və digər personajlar, öz yaradıcıları, gənc yazıçı Nikolar Qoqolla üzbəüz gəlir, görüşürlər. Təsəvvürümüzdə həmişə qəribə saç düzümü və bığları ilə asossasiya olunan bu insan dostu, xəfiyyə Quro ilə kənd qızlarının seriya qətllərini araşdırması üçün əyalətə gəlir...
Lakin, burda dayanaq. Hər şeyi danışıb, filmə olan tamaşaçı marağını öldürmək fikrindən uzaqda duraq.

Söhbətimiz filmin süjeti haqqında deyil, dünya ədəbiyyatının klassiki Nikolay Vasilyeviç Qoqolun əzab-əziyyətləri, xəstəliyi və  ölüm sirri haqqında olacaq.

Britaniyada kral Artur milli qəhrəman hesab olunur. Xalq təsəvvürlərinə görə o, ölməyib və vətəni xilas etmək üçün öz qayıtma saatını gözləyir. Rusların bu rəvayətə uyğun qəhrəmanı Qoqoldur.

Qoqol haqqında istənilən söhbət sürüşərək onun son günlərinin müzakirəsinə gəlib çıxır. Gözümüzün qarşısına onun, dini mistika ilə insan əzabını bir-birinə qarışdırmış faciəvi taleyi gəlir.

 Bəs, yazıçı necə və hansı şəraitdə dünyasını dəyişib?

1852-ci ilin 21 fevralında (4 mart) böyük rus yazıçısı Qoqol vəfat etdi. O, bir neçə həftənin içində solaraq, 42 yaşında dünyadan köçdü. Bu dəhşətli və mistik ölümdən 165 il ötür, amma onu  sirri tam olaraq hələ də açılmayıb.

Letargiya yuxusu

Onun dəhşətli ölümü və ya letargiya yuxusunda olarkən basdırılması haqqında şaiələr o qədər maraq doğurur ki, o zamanlarda da, elə indinin özündə də, bəziləri bunun fakt, yaxud yalan olduğunu fərqq edə bilmir. Əslinə bu şaiələrin yaranmasında Qoqolun özünün də günahı var. Çünki, o xəstə olarkən tez-tez bayılır və bədəni qıc olurmuş. Yazıçı diri-diri basdırılacağından ehtiyat edirmiş.

Rus yazıçısı Sergey Aksakov xatırlayırdı: “Qoqol soyuqdan şikayətlənir, daim üşüyürdü. O, uzun “sapoq” qalın yun corablar geyirdi. Qızınmaq üçün otaqda qaçır, ayaqlarını sobanın üstünə qoyurdu. Şübhəsiz ki, bu onun hansısa xəstəlikdən əziyyət çəkdiyini göstərirdi”.

Başqa bir tanışı isə bunları yazırdı: İşə bir bax, o, ayaq üstdə yazır, oturaraq yatır. Uzanmaq istəmir. Qorxur ki, onu öıü zənn edib basdırarlar”.

O, “Vəsiyyətnamə”sində yazırdı: “yaddaşım, sağlam düşüncəm və ağlım başımdaykən öz axırıncı istəyimi bəyan edirəm. Məni yalnız cansız bədənimdə çürümə əlamətləri hiss edildikdən sonra dəfn edəsiniz. Biləsiniz ki, xəstəliyimin şiddətləndiyi dönəmlərdə bəzən tam hərəkətsiz oluram, nəbzim və ürək döyüntülərim hiss edilməyəcək dərəcədə yavaşıyır”

Məlumdur ki, yazıçının ölümündən 79 il keçdikdən sonra onun qəbri Danilov monastırından Novodeviçye qəbiristanlığına köçürülüb. Deyilənə görə, mərhumun bədəni tabutda ölü üçün normal olmayan vəziyyətdə yana çevirilibmiş. Tabutun daxili divarları isə kəsik-kəsik və cızılmış vəziyyətdə olub.

Bu şaiələr bir çoxlarında əminlik yaradıb ki, Nikolay Vasilyeviç torpaq altında  zülmət içərisində əzablı və dəhşətli ölümə düçar olub. Bu fakti müasir tarixçilər təkzib edir. Müəyyən məxfilik tədbirlərinin nəzərə alındığı eksqumasiya (ölümün səbəblərini müəyyən etmək və ya dəfn yerini dəyişməkdən ötrü nəşin qəbirdən çıxarılması) zamanı Qoqolun qəbri ətrafında təxminən 20-dək adam tolaşıbmış.

Bu barədə Perm akademiyasının dosenti, tarixçi Mixail Davıdov yazır: “...yazıçı V.Q. Lidin də eksqumasiya mərasiminə iştirak edirmiş. Məhz o, təsdiq edirdi ki, yaxşı vəziyyətdə qalmış palıd tabutun içərisi cızıq-cızıq edilmiş, skelet isə qeyri-təbii vəziyyətdə, sanki büzüşmüş vəziyyətdə olub. Lidinin bu sözlərindən sonra Rusiyada yazıçının guya sağ olarkən basdırılması haqqında həmin dəhşətli əfsanəyə inam daha da güclənməyə başladı”.

Əslində Qoqol həyatının son aylarını ağır ruhi sarsıntı, dözülməz iztirablar içərisində keçirib. O, yaxın tanışı Yekatrina Xomyakovanın gənc yaşında vəfat etməsindən də çox sarsılmışdı. Bu dövrlərdə yazıçı yaradıcı fəaliyyəti dayandıraraq, vaxtının çoxunu dua edib, oruc tutmaqla keçirir. Sonra, ölüm qorxusu ona o dərəcədə hakim kəsilir ki, hər kəsə, qeybdən ona tezliklə öləcəyini xəbər verən səslər eşitdiyini deyir.

Xəstəliyinin şiddətləndiyi, ağılın başdan çıxdığı və sayıqladığı dönəmlərdə Qoqol geri qaytarılması mümkün olmayan səhv edir.  O, “Ölü canlar” əsərinin ikinci cildini yandırır. Belə hesab olunur ki, romanı məhv etməsini ona yaxın tanışı olan din xadimi Matvey Konstantinovski məsləhət görüb. Bu keşiş Nikolay Vasilyeviçin həyatının son dövrlərində ona böyük təsir edə bilirmiş. Din xadiminin bu cür təsir və təzyiqlərindən onun ruhi və fiziki durumu daha da pisləşir. Qoqol zəifləyir və az yatır, demək olar ki, heç nə yemir.

Onun şəxsi həkimi Tarasenkov bildirirdi ki, yazıçı ömrünün son günlərində olduqca zəifləyib və qocalıbmış. Həkim öz qeydlərində yazırdı: “Qoqolun nəbzi zəif, dili təmiz və qurudur, hərdən burnundan qan gəlir, əlləri qıc olur. Sidiyi tünd və qatıdır”

Artıq fevralın 10-da Qoqol o qədər gücdən düşür ki, evdən çıxa bilmir. 20 fevralda isə qəflətən halı ətrafdakıları tanımayacaq dərəcədə pisləşir. Həkimlərdən ibarət konsilium qərara qəlir ki, onu qidanı azaltmaqla və zəli ilə qan almaq metodu ilə “məcburi müalicə”yə  cəlb etsinlər. Həkimlərin bu həlledici səhvindən sonra Qoqol 21 fevral səhər saat 8-də vəfat edir.
Tarasenkovun yuxarıdakı qeydlərinə və konsiliumun qərarlarına müasir həkimlərin rəyi tam ziddiyyət təşkil edir: “Əslində, qatı tünd sidik, daimi susuzluq, burun qanaması, qıcolma-xroniki civə zəhərlənməsinin simptomlarıdır. Civə isə Qoqolun mədə xəstəliyindən xilas olması üçün həkimlərin ona verdiyi Kalomel preparatının tərkibində olub. Kalomelin əsas xüsusiyyəti ondan ibarətdir ki, əgər o bağırsaq vasitəsilə sorulub orqanizmdən xaric edilərsə tam zərərsiz olur. Amma xəstə pəhriz saxladığına görə mədəsi boş olduğundan civə orqanizmdə yığılaraq kəskin zəhərlənmə verib. Bir tərəfdən də, ruhi sarsıntıların, əsəb gərginliyinin zəiflətdiyi bədən ölümü daha da sürətləndirib.

Ona hamı hörmət edirdi. Hətta, ölümündən sonra belə. Yazıçının tanışı, rəssam Fyodr İordan yazırdı: “ O, başına dəfnə yarpağından çələng qoyulmuş vəziyyətdə uzandırılmışdı. Tabutun ağzını bağlayanda çələng götürüldü və yarpaqlarının satışından xeyli pul əldə edildi. Hər kəs özünə ondan dəyərli xatirə saxlamaq istəyirdi”.

İnsan kütləsi Moskvanın Nikitski küçəsini tam bağlamışdı. Bu zaman, izdiham axını görünməmiş həddə çatır. Məmurlar və polislər gərginlik içindədir. Üsyan? İnqilab? Yox, sadəcə Qoqolun dəfn mərasimi keçirilir.

Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.