Ədəbiyyat İnstitutunun elmi şurasının ilin yekunları ilə bağlı iclası keçirilib

18.12.17

"Oncildlik ədəbiyyat tarixinin birinci cildi ilin sonunadək çapa veriləcək" - bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının ilin yekunları ilə bağlı keçirilən iclasında bildirilib.

İclasdan öncə il ərzində çapdan çıxan kitabların nümayiş olunduğu sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan xalqının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik anmaqla başlanıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxışında 2017-ci ilin elmi müəssisə üçün uğurlu keçdiyini, bir sıra önəmli nəticələrin olduğunu bildirib. Akademik çoxcildlik ədəbiyyat tarixləri sahəsində görülən işlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yeddicildlik ədəbiyyat tarixinin 5-ci cildi, oncildlik ədəbiyyat tarixinin isə 1-ci cildi ilə bağlı işlər yekunlaşmaq üzrədir və ilin sonuna qədər çapa veriləcək.
Eyni zamanda, elmi kadr hazırlığı baxımından da il uğurlu olub. On nəfər institut əməkdaşı elmlər doktorluğu işini bitirib, bəziləri artıq müdafiə edib, digərləri isə müdafiə növbəsini gözləyir. Bu, institut tarixində mühüm hadisədir.
İsa Həbibbəyli 2017-ci ili Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu üçün istər elmi nailiyyətlərin əldə edilməsi, istərsə də elmi-təşkilati islahatların həyata keçirilməsi baxımından əlamətdar bir dövr olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, il ərzində Ədəbiyyat İnstitutu əməkdaşlarının müəllifliyi, tərtibçiliyi və tərcüməsində 49 kitab və monoqrafiya, 18 tərtib, 7 konfrans materialı, 9 bədii, 4 tərcümə olmaqla ümumilikdə 100-ə yaxın kitab işıq üzü görüb.
İl ərzində institut əməkdaşlarının müxtəlif elmi jurnal və məcmuələrdə, eləcə də dövri mətbuatda 1180 məqaləsi dərc olunub.

Akademik İsa Həbibbəylinin ideya müəllifi və baş elmi məsləhətçisi olduğu institutun literature.az rəsmi internet səhifəsinin yeni versiyası müasir dizaynda, üç dildə təqdim edilib.

Daha sonra institutun elmi katibi, dosent Aygün Bağırlı ilin əsas göstəricilərinin ifadə olunduğu geniş elmi hesabatı şura üzvlərinə təqdim edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin fərman və sərəncamlarının icrası ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı işlər görülüb.
“Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq institutda aprel ayının 7-də “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda elmi sessiya keçirilib.
Azərbaycan Prezidentinin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı Sərəncamına uyğun tədbirlər planı əsasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda cari ilin mart ayının 13-də “Azərbaycan ədəbiyyatında İslam həmrəyliyi və tolerantlıq” mövzusunda konfrans keçirilib.
Ümumilikdə il ərzində institutda üçü beynəlxalq olmaqla 22 konfrans və tədbir keçirilib.

Elmi şurada 2017-ci ildəki fəaliyyətinə görə “İlin alimi” mükafatının qaliblərinin adları açıqlanıb.
2017-ci ildəki fəaliyyətinə görə institutdan filologiya elmləri doktoru Fəridə Əzizova, filologiya elmləri doktoru
Vüqar Əhməd, fəlsəfə elmləri doktoru Rahid Xəlilov və filologiya elmləri doktoru Nizami Məmmədov
“İlin alimi” mükafatı üzrə qalib elan olunublar.

Eyni zamanda, ölkə üzrə Bakı Slavyan Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Rüstəm Kamala ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinə görə “İlin alimi” diplomunun verilməsi qərara alınıb.

Xarici ölkələrdən isə Azərbaycan ədəbiyyatının tədqiqi və təbliğində xidmətlərinə görə Türkiyə İzmir Ege Universitetinin professoru Ali Yavuz Akpinar bu mükafata layiq görülüb.

Sonda AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli çıxış edərək Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 2017-ci ildəki fəaliyyətinin kifayət qədər uğurlu olduğunu və növbəti ildə institut əməkdaşlarının daha böyük uğurlar qazanacağını bildirib. /zim.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.