Vüsal Bağırlı - Tolstoy “Anna Karenina”nı necə yazdı?
20.12.17

Bir dəfə, Uilyam Folknerdən 3 ən yaxşı ədəbiyyat nümunəsinin adını çəkmək xahiş olunur.Yazıçı fikirləşmədən deyir: “Anna Karenina”, “Anna Karenina” yenə də “Anna Karenina”

Lev Tolstoy əsəri 1873-cü ildə yazmağa başladı. Rusiyanın oxucu təbəqəsi “Rus vestniki”də dərc olunan romanın yeni fəsillərini səbirsizliklə gözləyirdi. Amma kitab üzərində iş olduqca ağır gedirdi və yalnız 1877-ci əvvəllərində yazıçı işi tamamlaya bildi.
İndi biz roman haqqında maraqlı faktları yada salaq.

Zəhlə tökən acı turp


Romanı qələmə alarkən, yazıçı bəzən əsərin yazılma prosesinə həvəslə girişsə də, bəzən olduqca yorucu işə etiraz edib deyinirdi: “ Çox bezmişəm”, “Aman Tanrı, kimsə bunu əvəzimə bitirsəydi ” və ya “Mənim Annam acı turp kimi, zəhləmi hey tökür”.

“Puşkinin bir cildini vərəqlədim..”


Heç demə, Tolstoy “Anna Karenina”nı Puşkin prozalarından ilhamlanaraq yazmağa başlayıbmış. Bunu müəllifin qeydləri və Sofya Tolstoyanın gündəlik yazıları da sübut edir.
Yazıçı ədəbiyyat tənqidçisi N.Straxova ünvanladığı məktubda deyirdi: “..mən işdən sonra Puşkinin cildlərindən birini vərəqləməyə başladım. Ondan ayrıla bilmirdim, sanki, birinci dəfədir oxuyurdum. Orada bir yer var, “Qonaqlar malikanəyə yığılmışdı”-  bax o hissəni oxuyarkən, düşüncəmdə özümdən asılı olmayaraq süjet xətti, obrazlar, yeni romanın cizgiləri yaranmağa başladı.
Əgər Tanrı izn versə,  yazımı ikicə həftəyə bitirəcəm” .
Amma, əsər iki həftəyə ərsəyə gəlmədi, heç iki aya da-Tolstoy “Anna Karenina” ilə hələ üç il də işləyəsi oldu.

Qəhrəmanı ilə sərt rəftar edən yazar

Tolstoyu həmişə qınayırdılar ki, o, Anna ilə olduqca sərt və rəhimsizcəsinə rəftar edib. Yazıçı onlara bu cür cavab verirdi: “Mənim qəhrəmanlarım öz istəyimlə deyil, real həyatın qaydaları ilə yaşamalıdır”
Kareninanın özünə qəsd etdiyi dəmir yolu stansiyası Obdiralovka da, elə-belə, təsadüfi seçilməmişdi. Həmin dövrdə bu yol Rusiyanın əsas sənaye magistralı sayılırdı və üzərində yük qatarları hərəkət edirdi.

Annanın prototipi kim idi?

Yazıçı, Kareninanın xarici görünüşünü, üz cizgilərini Aleksandr Puşkinin qızı  Mariya Qartunqa bənzətmişdi. Öz dövrünün qadınları arasında cazibədarlığı və hazırcavablılığı ilə seçilən dahi şairin qızı, Tolstoyu öz qeyri-adiliyi ilə hipnoz edə bilibmiş.
Karenin obrazının daha bir prototipi, 1872-ci ildə Yasnaya Polyana ətrafında nakam məhəbbətə görə özünü qatarın altına atan Anna Piroqova adlı qadın da olmuşdur.

Yazıçının öz prototipi kim idi?

Əsərin ən mürəkkəb xarakterli qəhrəmanlarından sayılan Konstantin Levin avtobioqrafik xarakterli obrazdır və yazıçının özünü əks etdirir. Deyilənlərə görə, obraz üzərində işləyərkən, Tolstoy bütün diqqətini yazı-pozu işinə cəlb etmək üçün gündəliklərini yazmağı belə dayandırıbmış.

İndi isə keçək Vronskiyə...


Vronskinin prototipi “Hərb və sülh” romanında da haqqında bəhs edilən, vətən müharibəsi qəhrəmanı Rayevskinin nəvəsi Nikolay Nikolayeviç hesab edilir. Bu obraz həm də, Aleksey Tolstoya - hansı ki, Sofiya Baxmetova ərini onun naminə tərk etməsi cəmiyyətdə böyük səs-küy qoparmışdı- çox bənzəyir.

Yenililklər
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
09.04.18
Eyvaz Zeynalovdan yeni kitablar
09.04.18
"Ulduz" jurnalının mart sayı işıq üzü görüb
06.04.18
Anar: “Yazıçılar Birliyinin sədri olmağımla bağlı təklifi ilk dəfə Əkrəm Əylisli səsləndirdi”
06.04.18
Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək
06.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (2)
04.04.18
Tatar şairi Rəmis Aymətin kitabı Azərbaycan dilində
09.03.18
Bakıda Azərbaycan və Türkiyə ədəbiyyatından seçmə poeziya nümunələri səslənəcək
09.03.18
Səlim Babullaoğlunun Polşada iki dildə şeirlər toplusu nəşr olunub
07.03.18
Eyvaz Əlləzoğlu adına mükafat təsis olundu
07.03.18
Prezident Həsən Turabovun 80 illik yubileyi haqqında Sərəncam imzalayıb
07.03.18
Yazıçı Şərif Ağayarın "Ağ göl” adlı yeni romanı işıq üzü görüb
05.03.18
“Eurovision 2018” müsabiqəsində səslənəcək mahnımız sosial şəbəkələrdə təqdim olunub
05.03.18
Vüsal Bağırlı - Bir məktəb əhvalatı
05.03.18
Azərbaycan mühacirət tarixinə həsr edilmiş iki kitab
02.03.18
Ulduz” jurnalının fevral sayı
02.03.18
Musiqili Teatrda mart ayının ilk həftəsində maraqlı tamaşalar nümayiş olunacaq
02.03.18
Bakıda Moldova ədəbiyyatı günləri başlayıb
28.02.18
Rövşən Yerfi - Pulyğma məntəqəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.