“Mədəniyyət.AZ” jurnalının yeni sayı çap olunub

22.12.17

“Mədəniyyət.AZ” jurnalının yeni - bu ilin sonuncu sayı işıq üzü görüb. Dərgi həmişəki kimi, elm, musiqi, kino, teatr, rəngkarlıq, turizm və digər sahələrdən xəbər verən maraqlı yazılarla zəngindir.
Bu, artıq yola saldığımız 2017-ci ilin son nəşri olduğuna görə 2018 - yeni təqvim ili və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə rəsmi şəxslərin və tanınmış ziyalıların təbrikləri, xoş sözləri, arzuları ilə açılır...
Ardından, beynəlxalq təşkilatların Azərbaycanın milli dəyərlərinin həm də bəşəriyyətin dəyərləri olduğu haqda qəbul etdiyi qərarlar, 2018-ci ilin bütün türk dünyasının məşhur şəxsiyyətlərinin ili elan olunması barədə məlumat verilir...
Daha sonra ədəbiyyatımızın “Haqq pərvanəsi" Xəlil Rza Ulutürk şəxsiyyəti və poeziyasının sorağına çıxır, görkəmli şairin mübarizə dolu həyat yoluna nəzər salırıq...
Hörmətli oxucular eyni zamanda, musiqimizin 80-ci baharını sağlıqla yola salan maestro Rauf Abdullayev ucalığına boylana, Fikrət Verdiyev kimi həyatını xalq musiqimizin inkişafına həsr edən peşəkarlarımızın fəaliyyətinə, ordan da dönüb bölgələrimizin folklor incilərinə nəzər yetirə biləcəklər...
“Bu kino ki var...” rubrikası milli və dünya kinosunun builki uğurlarına güzgü tutur...
Teatr bölümündə “Boy” tamaşası ilə mifoloji səyahətə çıxıb "YUĞ”un yaradıcılıq axtarışlarının izinə düşmək mümkündür...
“Rəngkarlıq”da korifey heykəltəraş Tokay Məmmədovun yaratdığı şedevrlər haqqında heyranlıqla oxuyuruq...
Musiqi Mədəniyyəti Muzeyinin yarım əsrlik yubileyi ilə əlaqədar müsahibədə musiqi mədəniyyətimizin keşiyində duran fədakar insanların müqəddəs işlərindən danışılır...
“Nisgilimiz QARABAĞ” rubrikasında "Qarabağ dərdimizə məlhəm “Qarabağ”la qarşılaşırıq...
Növbəti səhifələrdə ölkəmizin turizm imkanları bir daha incələnir, turist həyatının maraqları və zövqlü tərəflərindən söhbət açırıq...
Xüsusi “ELM” ribrikamızda Azərbaycan elmində axtarışlara başlayan, davam edən və bu zəngin dünyanın inkişafına xidmət göstərən alimlərimizin – tədqiqatçılarımızın, araşdırmaçılarımızın məqalələri işıq üzü görür...

Yenililklər
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
09.04.18
Eyvaz Zeynalovdan yeni kitablar
09.04.18
"Ulduz" jurnalının mart sayı işıq üzü görüb
06.04.18
Anar: “Yazıçılar Birliyinin sədri olmağımla bağlı təklifi ilk dəfə Əkrəm Əylisli səsləndirdi”
06.04.18
Bakıda tanınmış Fransa caz musiqiçisinin iştirakı ilə muğam konserti keçiriləcək
06.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (2)
04.04.18
Tatar şairi Rəmis Aymətin kitabı Azərbaycan dilində
09.03.18
Bakıda Azərbaycan və Türkiyə ədəbiyyatından seçmə poeziya nümunələri səslənəcək
09.03.18
Səlim Babullaoğlunun Polşada iki dildə şeirlər toplusu nəşr olunub
07.03.18
Eyvaz Əlləzoğlu adına mükafat təsis olundu
07.03.18
Prezident Həsən Turabovun 80 illik yubileyi haqqında Sərəncam imzalayıb
07.03.18
Yazıçı Şərif Ağayarın "Ağ göl” adlı yeni romanı işıq üzü görüb
05.03.18
“Eurovision 2018” müsabiqəsində səslənəcək mahnımız sosial şəbəkələrdə təqdim olunub
05.03.18
Vüsal Bağırlı - Bir məktəb əhvalatı
05.03.18
Azərbaycan mühacirət tarixinə həsr edilmiş iki kitab
02.03.18
Ulduz” jurnalının fevral sayı
02.03.18
Musiqili Teatrda mart ayının ilk həftəsində maraqlı tamaşalar nümayiş olunacaq
02.03.18
Bakıda Moldova ədəbiyyatı günləri başlayıb
28.02.18
Rövşən Yerfi - Pulyğma məntəqəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.