Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının II hissəsi Özbəkistanda çap edilib
27.12.17

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının ikinci hissəsi olan “İqbalnamə” əsəri Daşkənddəki “Extremum Press” nəşriyyatında özbək dilində çap edilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi ilə çap olunan əsəri özbək dilinə Xalq Şairi Camal Kamal tərcümə edib. Camal Kamal kitabdakı giriş məqaləsində qeyd edir ki, “İqbalnamə” Nizami yaradıcılığının dürdanəsidir.

Kitabın “Ön söz”ünün müəllifi Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, rəyçilər professor Naim Karimov və Boqicon Toxliyevdir.

Şuxrat Siracəddinov “Ön söz”də Azərbaycan-özbək ədəbi əlaqələrindən, Nizami Gəncəvi yaradıcılığının nəinki özbək, bütün Şərq ədəbiyyatına təsirindən bəhs edir. O vurğulayır ki, “İsgəndərnamə” əsərinin yüksək ideya və bədii dəyərlərindən bəhrələnən Əmir Xosrov Dəhləvi “Ayineyi-İsgəndəri”, Əbdürrəhman Cami “Xirədnameyi-İsgəndəri”, Əlişir Nəvai “Səddi-İsgəndəri” əsərlərini yazıb və bu mövzuda digər əsərlər də yaradılıb.

Artıq Camal Kamalın tərcüməsində “Sirlər xəzinəsi”, “Leyli və Məcnun” əsərləri özbək dilində çap olunub. Hazırda Camal Kamal “İsgəndərnamə”nin birinci hissəsi olan “Şərəfnamə” əsəri üzərində işləyir. Gələn ilin sonunadək böyük şairin “Xosrov və Şirin” və “Yeddi gözəl” əsərlərinin də özbəkcəyə tərcüməsi nəzərdə tutulur.

Mədəniyyət Mərkəzinin çap etdirdiyi kitablar, o cümlədən “Xəmsə”yə daxil olan əsərlər Özbəkistanın və Azərbaycanın aparıcı kitabxanalarına, elm, təhsil, tədqiqat müəssisələrinə göndərilib və bu iş gələcəkdə də davam etdiriləcək.

Xatırladırıq ki, Nizami irsinin Özbəkistanda tanıdılması və geniş təbliği məqsədilə 2015-ci ildən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Camal Kamal arasında Nizami Gəncəvinin “Xəmsə”sinin özbək dilinə tərcümə olunması ilə bağlı müqavilə imzalanıb və bu layihəyə start verilib. /Azətac/

Yenililklər
23.01.18
Moskvada Qara Qarayevin 100 illik yubileyi qeyd olunacaq
23.01.18
Qırğızıstanda “Dünya Aytmatovu oxuyur” fləşmobu işə salınıb
23.01.18
“Azərbaycan xalçaları” jurnalının növbəti nömrəsi çap edilib
22.01.18
Şükran Yarğı - Kainata ağaç dikip çiçek ekip seherlerde
22.01.18
Mayıl B. Əsgərov - Dilçilərə hücum edən dillilərə məsləhət
22.01.18
“Bu kitab qeyri-maddi mədəni irs siyahısına daxil edilsin” - TƏKLİF
22.01.18
Elza İbrahimovanın 80 illik yubileyi keçiriləcək
22.01.18
Mirzəcəlilşünaslığa dəyərli töhfə
22.01.18
Gülnar Səma - Şəfa Vəlinin “Poçtalyona məktub”u
19.01.18
İsa Həbibəyli: Orfoqrafiya qaydalarının birmənalı qarşılanmaması bizim komissiyanı qətiyyən narahat etmir
19.01.18
“Orfoqrafiya qaydalarının müzakirəsi adı altında Dilçilik İnstitutuna hücum etməyə lüzum yoxdur”
19.01.18
Rəşad Məcid: “Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın”
19.01.18
Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisinin açılışında iştirak edib
19.01.18
"Qarabağ əsrlərin salnaməsi" kitabının təqdimat mərasimi keçirilib
19.01.18
“Yapı Kredi Yayınları” 5000-ci kitabını Nazim Hikmətə həsr edib
18.01.18
Çarlz Bukovskinin “Hollivud” romanı çap olunub
18.01.18
“İçərişəhər” qoruğu ədəbiyyat müsabiqəsi elan etdi
18.01.18
Yazıçı Nahid Hacızadə vəfat edib
18.01.18
Xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib
17.01.18
Nizami Cəfərov - Böyük ədəbiyyat müəllimi
17.01.18
Anarın Türkiyədə yeni kitabı nəşr edilib.
16.01.18
Xuraman Hüseynzadə - Qatır Qulam
16.01.18
Şəhriyar - milli birlik və həmrəylik şairi kimi
16.01.18
Kaşqari mükafatı Serhat Kabaklıya verildi
16.01.18
“Qobustan” sənət toplusunun 2017-ci il üçün son nömrəsi çapdan çıxıb
15.01.18
Tramp öz haqqında yazılan "Od və qəzəb" kitabının müəllifini "psixi xəstə" adlandırıb
15.01.18
“Çölçü” filmi daha bir beynəlxalq mükafata layiq görülüb
08.01.18
Dünya şöhrətli elmi-fantastik əsər təqdim ediləcək
01.01.18
Şərif Ağayarın hekayəsi - Qoluyox
29.12.17
Kitabevim.az-da 2017-ci ildə ən çox satılan kitablar
29.12.17
Gənc Tamaşaçılar Teatrının yanvar repertuarı maraqlı tamaşalarla zəngindir
29.12.17
Flora Qasımova və Rauf Babayev “Şöhrət” ordeni ilə təltif edilib
28.12.17
Rsm Qrc - Prosto. Rok-poeziya
28.12.17
Yaradıcı peşələrin sahibləri ən çox hansı çətinliklərlə qarşılaşırlar?
28.12.17
Qanun Nəşrlər Evində 2017-ci ildə nəşr olunan 100 kitab
27.12.17
“Ozan” elm və sənət toplusu nəşrə başladı
27.12.17
Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının II hissəsi Özbəkistanda çap edilib
27.12.17
Üçcildlik “Azərbaycan teatr ensiklopediyası”nın təqdimatı olub
26.12.17
Nəriman Əbdülrəhmanlıya “Şərəf” medalı verildi
26.12.17
Səxavət Sahil - Postmodern sənətin estetikası
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.