Şəhriyar - milli birlik və həmrəylik şairi kimi
16.01.18

Ana dilli şeirimizin zənginləşməsində Azərbaycan ədəbiyyatının görkəmli söz ustadlarından biri, öz yaradıcılığı ilə Heydərbaba dağı kimi vüqarla dayanan Şəhriyar  yaradıcılığının müstəsna xidmətləri var.

Həyatı keşməkeşlərlə dolu olan böyük sənətkarın zəngin irsi Azərbaycan şeirinin inkişafına xidmətlərlə bərabər, milli dəyərlərimizə, xüsusilə ana dilimizə, ümumən Azərbaycançılığa  qoyulan ən sanballı mənəvi abidədir.

Şairin özünün dediyi kimi:

Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.
Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.
El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.
Elimin farsca da dərdini söylər diliyəm mən.
Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən.
Əbədiyyət gülüyəm mən!

Bu baxımdan Məhəmmədhüseyn Şəhriyar sadə Azərbaycan dilində yazdığı əsərlərilə mənsub olduğu xalqının dərdlərinin "haqq səsi", "dərdini söylər dili" kimi çıxış etmişdir. Onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın min illərlə tarixini özündə yaşadan, el birliyi və həmrəylik bağları olan adət-ənənələr xüsusilə yer alır. Bu baxımdan onun yaradıcılığı bütün bu xəlqi keyfiyyətlərin stolüstü kitabı kimi çıxış edir. Ancaq bunu da qeyd etmək lazımdır ki, şairin milli ruhlu şeirlərinin tarixi anası Kövkəb xanımla söhbətindən sonra başlayır və güclənir. Mənbələrə görə, şairin anası Kövkəb xanım ona irad olaraq bildirmişdir ki, "bala, sən necə şöhrətli bir şairsən ki, mən sənin dilini başa düşə bilmirəm?" Şair özü də deyirmiş ki, "Rəhmətlik anam Tehrana gəldiyi vaxtdan onun sehirli nüfuzunun təsiri ilə yaddaşında qoruyub saxladığı keçmiş xatirələrini mənə danışmaqla şirin nağıllar mənim yavaş-yavaş ölü ruhuma can verdi".
 
Şair bu tərbiyəvi söhbətdən sonra bütün qəlbi və ruhu ilə yazdığı ölməz "Heydərbabaya salam", o cümlədən, "Səhəndiyyə", "Türkün dili" və başqa əsərlərilə  sanki ana-vətən qarşısındakı "günahlarını" yumağa çalışmış, bu əsərlərlə özünün vətəndaşlıq duyğuları və vəzifələrinə nəzər salmış, özünün əzəmətli vətəndaşlıq simasını əks etdirmişdir.  Ancaq bunu da etiraf etmək lazımdır ki, şairin "Türkün dili" şeirində də yazdığı, "türkün dilitək sevgili, istəkli dil olmaz", - deyə etiraf etdiyi şirin, ahəngdar, qədim şeir-sənət dili kimi şöhrət qazanan Azərbaycan dili onun əsərlərinə nailiyyət və şöhrət qazandırdığı kimi, şairin dərin və intəhasız istedadı da ana dilində poeziyamızın ən kamil nümunələrinin yaranmasına şərt olmuşdur. Bu baxımdan şairin böyük istedad və yüksək təblə yazdığı "Heydərbabaya salam" poeması xüsusilə diqqətəlayiqdir. Bu əsərdə Şəhriyarın uşaqlıqdan aralarında böyüdüyü adi insanların, sadə xalqın həyat tərzinin, adət-ənənələrinin, dilinin, söz-savlarının bütün incəlik, dəqiqlik və təfərrüatı ilə təqdimi böyük maraq kəsb edir. Bəlkə də bu səbəbdəndir ki, şairin tədqiqatçılarından olan Elman Quliyevin də yazdığı kimi, "Heydərbabaya salam" poeması hər bir azərbaycanlı üçün ana laylası qədər əziz və müqəddəsdir. Ustad Şəhriyar Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmişdir". Akademik Bəkir Nəbiyev haqlı olaraq deyirdi ki: "Heydərbabaya salam" poeması şairin göz açıb gördüyü doğma ellər, Cənubi Azərbaycan haqqında, milli həyatımız, məişətimiz, psixologiyamız haqqında vüsətli bir şairanə ensiklopediyadır".

Şəhriyarın "Heydərbabaya salam" əsəri o taylı-bu taylı həyat sürməyə məhkum edilmiş xalqımızın bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynamışdır. Çünki adət-ənənələr, ana dili ayrı-ayrı sərhədlər daxilində yaşayan bir millətin, xalqın vahidlik, milli birlik pasportu, kimliyidir. Akademik İsa Həbibbəyli çox gözəl deyirdi ki, Şəhriyarın "yazdığı əsərlər azərbaycanlı ruhunun poetik ifadəsidir". Şairin "Heydər bababaya salam" poemasında xalqa müraciətlə deyilən aşağıdakı misralar da birlik və həmrəyliyə çağırış şüarları kimi səslənir:

Heydərbaba, göylər bütün dumandı.
Günlərimiz bir-birindən yamandı.
Bir-birizdən ayrılmayın, amandı!
Yaxşılığı əlmizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.

Mübariz şair: "Heydərbaba, mərd oğullar doğginən, namərdlərin burunların ovginən", - deyə xalqını ayrılıq və həsrəti ortadan götürmək üçün mübarizəyə də səsləmişdir.

Ustad Məhəmmədhüseyn Şəhriyar bəşəri olduğu qədər də milli şairdir. İstər fars, istərsə də ana dilində yazdığı şeirlərində elinin dərdlərini söylər dil olan şair milli məsələləri ümumiləşdirməyə və təqdim etməyə nail olmuşdur. "Məmməd Rahim həzrətlərinə cavab", "El bülbülü", "Süleyman Rüstəmə", "Qardaşım Süleyman Rüstəmə", "Döyünmə, söyünmə", "Oyun olduq", "Azərbaycan", "Əsir Azərbaycanıma xitab", "Türkün dili" və başqa şeirlərində şair mənsub olduğu xalqının dərdlərini, onun istiqlalı, xoşbəxtliyi və birliyi ideallarını əks etdirmişdir. Şair "Əsir Azərbaycanıma xitab" əsərində xalqını istiqlal mübarizəsinə və birliyə çağırır:

Fədakarlıq günüdür, qalx, anam Azərbaycan!
...Ey min-min bəlalara sinə gərib, mərd duran,
Ey düşmənlər önündə qaya kimi sərt duran...
Ahın dağlara düşsün, göz yaşın dumanlara,
Ey məhəbbət, ey ülfət məskəni məğrur Vətən!

Şairin "Azərbaycan" şeiri isə ümumən bu mövzuda yazılmış əsərlər içərisində ən yaxşı nümunələrdən birini təşkil edir. Şeir şairin vətəndaşlıq duyğularını mükəmməl əks etdirən ən sanballı nümunələrdən biridir. "Elimin farsca da dərdini söylər diliyəm mən", - deyən şair burada xalqının arzuları uğrunda daha çox mübariz, qətiyyətli, hətta üsyankar və kəsərli sözlərlə çıxış edir. Şair böyük cəsarətlə xalqını öyür, onun qəhrəmanlığı, mübarizliyi, fədakarlığı və sədaqətini qabarıq təqdim edir, bunun müqabilində düçar olduğu dərdlərə görə istilaçıları tənqid və qınaq edir. "Azərbaycan" şeirində mübarizə ruhu da qüvvətlidir. Müəllifin misralardakı mübarizəyə səslənişi onun istiqlal üçün darıxan və qüvvətlə döyünən qəlbinin səsidir.

Övladların nə vaxtadək tərki vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!

- misrası bütün Azərbaycana və azərbaycanlılara səsləniş kimi qiymətləndirilməlidir. Şairin "El bülbülü" şeirində də cəsarətlə dediyi: "O tay, bu tay, fərqi yoxdu, vətəndi" misrası şairin cəsarətli vətəndaşlıq duyğularının ifadəsi, Azərbaycanın siyasi və mənəvi birliyi haqqındakı düşüncələrinin örnəyidir.

Beləliklə, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı milli və bəşəri səciyyəli, xalqının mənəviyyat mənbəyi, bəşəriyyətin ideallar lövhəsidir. Şəhriyar təkcə Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biri, mənsub olduğu xalqının söylər dilidir.

Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
/525.az/

Yenililklər
05.05.18
Şəmil Sadiq - Qəzetbaz
04.05.18
Bu il ədəbiyyat üzrə Nobel mükafatı verilməyəcək
04.05.18
Qanundan yeni kitab - Artur Şopenhauer
03.05.18
Bakı Mühəndislik Universitetində Kamal Abdulla ilə görüş keçirildi
30.04.18
Serbiyada Kamal Abdullanın “Deyəsən, Platon xəstələnib” kitabının təqdimatı keçirilib
30.04.18
Qazax şairi Mağcan Cumabayın şeirlər kitabının təqdimatı olub
27.04.18
Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18
“İmperiyanın son yazarı” kitabı Çingiz Aytmatovun 90 illiyinə həsr olunub
27.04.18
Yazıçı Firuz Mustafanın “Rəqs” hekayəsi Daşkənddə çap olunub
26.04.18
Elçin Hüseynbəyli - Qayçı
26.04.18
Yavuz Akpınara Ədəbiyyat İnstitutunun "İlin alimi" mükafatı təqdim edildi
26.04.18
Fərid Hüseyn Kazanda Ana Dili Bayramında iştirak edir
24.04.18
Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18
Azərbaycan IV Tbilisi Beynəlxalq Müəllif Mahnıları Festivalında təmsil olunacaq
24.04.18
Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar
23.04.18
Beynəlxalq Kitab Günüdə “Don Kixot” əsərindən bir hissə Azərbaycan dilində səsləndirilib
23.04.18
“Cümhuriyyət-100” hekayə müsabiqəsi - Qısa siyahı
23.04.18
Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində
20.04.18
Zahirəddin Məhəmməd Babur XVI əsr özbək ədəbiyyatı
20.04.18
Elif Şafakdan yeni kitab
20.04.18
İMAGİNE tolerantlıq festivalı keçiriləcək
19.04.18
Səlim Babullaoğlu oxucularla görüşəcək
18.04.18
Səxavət Sahil - Servantes yoxsa Tolstoy?
18.04.18
"Azərbaycan aşıq sənəti" kitabının təqdimatı olub
18.04.18
Elçin İmanov - Nitsşenin böyük psixoloq adlandırdığı Dostoyevski
17.04.18
Vasif Əlihüseyn - Hər sabah yolları süpürən anam
17.04.18
Simran Qədimin "Hesab vaxtı" romanı çap olunub
17.04.18
“İkimizin hekayəsi” kitabının imza günü keçirildi
16.04.18
"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub
16.04.18
Əli Babazadə - Nihilist və maymaq göyərçinlər
16.04.18
Orfoqrafiya qaydalarına ciddi və elmi şəkildə yanaşaq, qərəzdən uzaq olaq
16.04.18
Anar - Türkmən xalqının milli şairi
16.04.18
“Nar bağı” filmi beynəlxalq festivalda
16.04.18
Ədəbiyyat İnstitutu Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə əməkdaşlığa başlayır
12.04.18
Antonio Tabukki - Fernandu Pesoanın son üç günü (3)
12.04.18
Günel İmranın "Ömər” adlı yeni romanı çap olunub
12.04.18
Nə düşünürsən, ölmüş İsam mənim? - Migel de Unamuno
10.04.18
“Səməd Vurğunun ev-muzeyi” adlı albom işıq üzü gördü
10.04.18
Bütün zamanların ən yaxşı kitabları seçildi - SİYAHI
10.04.18
Qurban Yaquboğlunun "Mən yoxam" kitabı təqdim olundu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.