Heydər Əliyev Mərkəzində Aleksey Beqovun fərdi sərgisinin açılışında iştirak edib
19.01.18

Heydər Əliyev Mərkəzində rusiyalı rəssam Aleksey Beqovun “Yer və Səma” adlı fərdi sərgisi açılıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Mərasimdə Aleksey Beqovun yaradıcılığı haqqında məlumat verilib.

Bildirilib ki, rəssam əsərləri vasitəsilə getdiyi yerləri doğma evinə çevirməyi, ürəyinə yatan məkanları qəlbində qoruyub saxlamağı bacarırdı. Onun əsərlərində bəşər övladının şüurlu varlıq kimi mövcudluğu, müxtəlif dövrlərin dahi sənətkarlarını düşündürən həyat və ölüm, sevgi və xəyanət kimi əbədi və dəyişməz mövzular qabarıq şəkildə hiss olunur. Rəssamın özünün də vaxtilə qeyd etdiyi kimi, onun rəsmləri həyatın mənası barədə sualların cavabları haqqında tamaşaçıya az da olsa kömək edir. Onun əsərlərindəki əksər süjetlər həyatdan, uşaqlıqdan götürülüb. Kətanın özü artıq incəsənət əsəridir. Aleksey Beqov deyirdi: “Rəssamlıq həyatım və qismətimdir. Tamamilə ona bağlıyam”.

Görkəmli rəssam Aleksey Beqov dahi sənətkarların obrazlı və klassik modellərindən yararlansa da, bu zaman özünün maddi-mənəvi dünyasını, ona məxsus kosmik mühiti və həyat enerjisini yaradır. Fransa Akademik Cəmiyyəti Aleksey Beqovu Fransanın incəsənət, elm və ədəbiyyat sahəsində ən yüksək mükafatına layiq görüb. Həqiqətən də Aleksey Beqov o rəssamlardandır ki, tamaşaçı ilə mənəvi ünsiyyət mühitini yaratmaq onun üçün xüsusilə vacib idi.

Aleksey Beqov əsərlərində yaşayır

Açılış mərasimində Rusiya Rəssamlar İttifaqının və Beynəlxalq Tənqidçilər, Sənətşünaslar Assosiasiyasının üzvü, rəssamın həyat yoldaşı Tatyana Beqova və rəssamın oğlu İvan Beqov da çıxış ediblər.

Bakıda gördüklərinin onda böyük təəssürat doğurduğunu qeyd edən Tatyana Beqova deyib: “Biz bu cür gözəl, qeyri-adi dərəcədə müasir, zəngin, böyük zövqə malik şəhər görəcəyimizi gözləmirdik. Yəqin ki, ən böyük təəssüratı bizdə Heydər Əliyev Mərkəzinin binası yaratdı. Bu memarlıq incisi bizi bir də xüsusilə ona görə təsirləndirdi ki, Aleksey Beqovun əsərləri məhz burada nümayiş etdirilir. Təxminən dörd ildir ki, o, aramızda yoxdur. Lakin o, əsərlərində yaşayır. Onun obrazları rəmzlərə çevrilib. O, çox həssas idi”.

Tatyana Beqova və oğlu İvan Beqov sərginin təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlıqlarını bildirib, bu sərginin Heydər Əliyev Mərkəzində açılmasının onlar üçün böyük şərəf olduğunu vurğulayıblar.

T.Beqova Leyla Əliyevaya rəssamın rəsm əsərini bağışlayıb.

Leyla Əliyeva bu gözəl gecənin təşkilinə görə təşəkkür edib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgidə müəllifin 50 əl işi nümayiş olunur. Onların arasında “Dənizçinin rəqsi”, “Evə qayıdış”, “Yığılmış ot”, “Biçilmiş tarla”, “Ağ ay”, “İş adamı Petya əmi” və digər əsərlər var.

Rusiya Federasiyasının Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Fransa Akademik Cəmiyyətinin qızıl medalı kavaleri Aleksey Beqov 1951-ci ildə Ukraynada, Kiyev vilayətinin Kozın kəndində anadan olub. Ailəsi Qazaxıstana köçdükdən sonra Almatı Dövlət Pedaqoji İnstitutunun rəssamlıq-qrafika fakültəsində təhsil alıb. Qrafika, heykəltəraşlıq və rəssamlıq gənc Alekseyi eyni dərəcədə cəlb edib və bunlar onun gələcək yaradıcılığında özünü büruzə verən zərif plastika duyğusunu formalaşdırıb.

Aleksey Beqov Almatı Dövlət Pedaqoji İnstitutunun, Qırğızıstanda Prjeval Pedaqoji İnstitutunun rəssamlıq-qrafika fakültələrində dərs deyib.

Rəssam 1983-cü ildə Moskvaya gəlişindən sonra geniş ictimaiyyətdə tanınmağa başlayıb. Aleksey Beqov 1991-ci ildə “Dünya səddi” beynəlxalq aksiyası çərçivəsində 10 metrlik “XX əsrin sonu” rəsmini yaradıb. Əsər Los-Anceles, Vaşinqton, Moskva və Barselonada nümayiş olunub.

1995-ci ildə Aleksey Beqovun Rusiya Dövlət Tretyakov Qalereyasında fərdi sərgisi keçirilib. Müxtəlif illərdə Rusiyada, eləcə də bir sıra ölkələrdə fərdi və birgə sərgilərlə çıxış edib. 1997-ci ildə Parisdə təşkil edilmiş fərdi sərgisi isə ona daha bir uğur gətirib.

1998-ci ildə Paris yaxınlığındakı kiçik Janvil şəhərində məskunlaşan rəssam Jilvuazen qəsrinin ərazisində 1625-ci ildə tikilmiş Müqəddəs Nikolay kilsəsini naxışlarla bəzəyib. Aleksey Beqov bu işlə 1998-2004-cü illər ərzində təkbaşına məşğul olub. Rəssam kilsəni naxışlarla bəzəyib bitirəndən sonra Fransa və Rusiya arasında dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə görə Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif olunub.

Aleksey Beqov 2012-ci ildə müxtəlif, lakin ona mənəvi cəhətdən yaxın olan Kandinski, Matis, Dali, Pikasso, Van Qoq kimi rəssamlara silsilə işlər həsr edib. Bu zaman rəssam maraqlı üsula əl atıb – ustadların məşhur əsərlərini öz kompozisiyasına daxil etməklə onların parafrazını yaradıb.

Aleksey Beqov 2014-cü ildə vəfat edib.

Rəssamın əsərləri Rusiya Dövlət Tretyakov Qalereyası, Nyu-Cersi Müasir İncəsənət Muzeyi, Vaşinqton şəhərinin Vəkillər Assosiasiyası və Birləşmiş Millətlər Təşkilatının, eləcə də dünyanın bir sıra tanınmış şəxslərinin kolleksiyalarında yer alıb.

Aleksey Beqovun Heydər Əliyev Mərkəzində təşkil olunan fərdi sərgisi mayın 1-dək davam edəcək. Onun əsərləri mədəni ictimaiyyətin marağına səbəb olacaq və uzun müddət unudulmayacaq. /Report/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.