İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert təşkil olunub
29.01.18

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblı tərəfindən geniş konsert proqramı təşkil olunub. “Mənim Azərbaycanım” adlı konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib.

Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rusiya Federasiyasının Xalq Artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.

Konsertin aparıcısı Azərbaycan Respublikasının dövlətçilik tarixi, keçdiyi ağır, üzüntülü lakin şərəfli və şanlı həyat yolu, müasir dövrdə dövlətimizin əldə etdiyi böyük nailiyyətlər barədə geniş məlumat verib.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencanın çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə mövcud olan ictimai-siyasi proseslər və Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, nəhayət XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Qeyd edilib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlər boyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq. Diqqətə çatdırılıb ki, müasir dövrdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Ölkələrimiz və xalqlarımız tarixin bütün dövrlərində olduğu kimi indi də həmişə bir-birinin yanındadır.

Konsertdə Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bir-birindən maraqlı anlar yaşanıb. “Gənclik”, “Qaytağı”, “Bahar”, “Toy” və digər maraqlı rəqslər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Fasilədə Azərbaycan Respublikasının müasir inkişafını, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların böyük nəticələrini, əsrarəngiz təbiət gözəlliyini və tarixi abidələri əks etdirən sənədli film nümayiş olunub.

Bədii rəhbər Dikalu Muzakayev əminliklə bildirib ki, 30 il əvvəl Türkiyəyə səfər edən Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblı bir daha heç zaman səfərinə bu qədər uzun fasilə verməyəcək.

Konsert salonunda tamaşaçılar arasında Azərbaycanın İstanbuldakı Baş konsulluğunun kollektivi, Türkiyənin tanınmış mədəniyyət xadimləri, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də olublar. /Azərtac/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.