Azərbaycanda ilk STEM liseyi fəaliyyətə başladı
05.02.18

      Hədəf Liseyi, 2018-2019-cu tədris ilində fəaliyyətinə başladığını və müvafiq tədris ili üçün şagird qəbulu elan edir.

    Hədəf Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək arzusuyla “Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsidir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və “toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür.

Hədəf Liseyi, ölkəmizin STEM+A əsaslı təhsil verən ilk özəl liseyidir. STEM Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat (Science, Technology, Engineering, Math, Art) sözlərinin baş hərflərindən yaranan qısaltmadır və bu fənləri inteqrasiya edərək tədris etməyi hədəfləyən disiplinlərarası və tətbiqi yanaşmanı əsas götürən təhsil fəlsəfəsinin adıdır. UNESCO-nun müvafiq hesabatında mühəndisliyin sosial, iqtisadi və humanitar inkişafın mühərriki olduğu bildirilir və hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunur. Qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli stratejik hədəf kimi görür və STEM əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır.
Bizdə bu mütərəqqi təhsil praktikasını ölkəmizdə tədris etmək üçün Azərbaycanın STEM əsaslı təhsil verən ilk təhsil müəssisəsini, Hədəf Liseyini təsis etdik. Liseyimizin şagirdləri fənn dərsləri ilə bərabər, İnteqrasiya Mərkəzimizdə, atelyelərimizdə, fənn kabinetlərimizdə, laboratoriyalarımızda və interaktiv sinif otaqlarımızda müşahidə edərək, əlləri ilə toxunaraq, tətbiq edərək öyrənmə prosesində aktiv iştirak edib müxtəlif cihaz, qurğu və mexanizmləri liseyimizin təmin etdiyi imkanlar sayəsində dizayn edə, hazırlaya, proqramla təmin edə və test edə biləcəklər.

Dünyada alternativ gücə çevrilən texnologiya şirkətləri bəşəriyyətin həyatı üzərində getdikcə artan təsirə sahibdirlər. Texnologiyadan qaynaqlanan iqtisadi güc isə, elm olmadan mümkün olmaz. Müasir dünyanın bu reallıqlarını və inkişaf istiqamətlərini nəzərə alaraq, hədəfimiz XXI əsrin BİLGƏ Azərbaycanlısını yetişdirməkdir.
Şagirdlərimizin hərtərəfli inkişafı hədəfimizi reallaşdırmaq üçün fənn tədrisi və otaqları ilə yanaşı, liseyimizdə müxtəlif dərnəklər, diskussiya klubları, texniki və bədii məşğələlər, idman və sosial fəaliyyətlər də nəzərdə tutulur. Şagirdlərimiz üçün zəngin tədris və sosial mühit təmin etmək bizim başlıca vəzifəmizdir.

    Liseyimiz Təhsil Nazirliyi tərəfindən 2014-cü ildən etibarən Bakı və Sumqayıt şəhərlərinin 38 məktəbində tətbiq edilən Sağlam Təhsil-Sağlam Millət layihəsinə qoşulacaq.

    Sağlam Təhsil-Sağlam Millət layihəsinin özünə məxsus sinif quruluşu və inteqrativ dərs metodikası ilə şagirdlərin fiziki, psixoloji sağlamlığı qorunur, onların sosiallaşması və dərsləri dərk etmə bacarıqları artırılır.

Əziz valideyinlər və şagirdlər, Sizin də məqsədiniz müasir tələblərə cavab verən, yaradıcı düşünən, özünü daima yeniləyən, koqnitiv və motor bacarıqları yüksək, elmi-texniki tərəqqinin aparıcı istiqamətlərində əlavə dəyər yaradacaq mütəxəssislər yetişdirməkdirsə, Sizi bu hədəfinizi Hədəf Liseyində reallaşdırmağa davət edirik.
Hədəf Konsepti ilə öz tədrisini quran lisey Beynəlxalq Azərbaycan brendi olmağı qarşısına hədəf qoymuşdur.
Hədəf Liseyinin qurucu direktoru tanınmış pedaqoq, f.ü.f.d., dosent Şəmil Sadiqdir.

    Qeyd: Qəbul imtahanları və qeydiyyat tarixi, eləcə də sizi maraqlandıran bütün digər suallara cavabları liseyimizin səhifəsinə daxil olmaqla və ya aşağıdakı telefonlar vasitəsiylə əməkdaşlarımızla əlaqə yaradaraq tapa bilərsiniz.

hedefliseyi.edu.az
Tel: +994502722018
+994702722018

Yenililklər
19.02.19
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.19
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.19
Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...
18.02.19
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib
18.02.19
Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19
Aygün Sadiq - Qələmi təslim etdik duyğuların əlinə
18.02.19
Nemət Mətin - Kitablarımı yandırın!
16.02.19
Asif Rüstəmlinın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı
16.02.19
Xalq yazıçısı ilə bağlı Əbülfəz Qarayevə müraciət olundu
15.02.19
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb
15.02.19
Bəşəriyyət üçün AVTOPORTRET
14.02.19
Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.19
Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
14.02.19
“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
14.02.19
Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
14.02.19
Mərahim Nəsib - Sən çıxsan qapıdan həsrətin gələr
13.02.19
 Türk sənətçisi Ozan Arif vəfat edib
13.02.19
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19
Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19
Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19
200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi
12.02.19
Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19
“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19
Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19
Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
11.02.19
Kamran İmanov: "Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"
11.02.19
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib
11.02.19
Mübariz Örən - Minotavrın ölümü
11.02.19
Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
08.02.19
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib
08.02.19
İlqar Fəhmiyə AzTv-də vəzifə verildi
07.02.19
AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib
07.02.19
Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
06.02.19
Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19
Bazərin Anara yaltaqlığı - Dram-dialoq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.