Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş
15.02.18

Türkiyənin Türk Ədəbiyyatı Vəqfinin geniş tərkibli nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” – deyərək iki ölkə arasında  dostluğun, qardaşlığın formulunu müəyyənləşdirdiyini xüsusi qeyd edən akademik İsa Həbibbəyli Türkiyənin görkəmli ədəbiyyatşünası Əhməd Kabaklının tədqiqatlarından ətraflı bəhs edib. Qeyd edib ki, Əhməd Kabaklının 5 cildlik Türkiyə ədəbiyyatı tarixi kitabı Türkiyədə ədəbiyyat tarixçiliyinin mükəmməl nümunəsidir: “Əhməd Kabaklı həm ədəbiyyat tarixçiliyi, həm də nəzəriyyə istiqmətində Türkiyədə təməl yaratmış alimdir”.

Akademik İsa Həbibbəyli Türkiyə Ədəbiyyatı Vəqfi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə elmi əməkdaşlığı barədə də danışıb. Türkiyədə Azərbaycan ədəbiyyatının, eləcə də Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruri olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli eyni zamanda ortaq konfransların keçirilməsi, jurnalların nəşri barədə də təkliflərini bildirib.

Türkiyə Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı çıxış edərək Vəqf tərəfindən Türk dünyası ədəbiyyatı nümunələrinin çapına başlandığını və bu seriyadan artıq bir neçə kitabın nəşr olunaraq oxuculara çatdırıldığını bildirib.

Daha sonra çıxış edən professor Ramazan Qorxmaz, İmdat Avşar, Vəqfin idarə müdiri Əhməd Ünlü, Vəqfin İdarə heyətinin üzvü Erol Ürgen, Şener Bulud Azərbaycan-Türkiyə elmi-ədəbi əməkdaşlığın xüsusiyyətlərindən danışıblar.

Qeyd edək ki, iki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliyyətinə akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin “Təşəkkürnamə”si ilə təltif edilib. Təşəkkürnamə Vəqfin rəhbəri Serhat Kabaklı tərəfindən akademik İsa Həbibbəyliyə təqdim edib. 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.