Kiyumərs İslami - Şəhər yeri; maddi-mədəni varlığımız
27.04.18

Maddi mədəniyyətinin yaradıcısı olan insan öz yaşayışını təmin etmək üçün çox zaman elə maddi inkişafı onun özündən asılı olur. Yəni insan yeyib-içmədən, evə-ocağa sahib olmadan hər hansı ictimayi faydalı işlə məşğul ola bilməz. Bu baxımdan maddi mədəniyyətinin öyrənilməsi xalqın istehsal fəaliyyətinin öyrənilməsi deməkdir.
Azərbaycan bəşər tarixinin ayrı-aryı mərhələlərində yaşayış məskənlərinin və adət-ənənələrinin çeşidli tip və formaları mövcud olmuşdur. Zamanımıza qədər gəlib çatmış yaşayış tərzlərinin tip və formalarının gəlib çatması hər bir xalqın keçmişi, tarixi və ən önəmlisi olan bir millətin ilkin yaşı və yaşayış tarixi üzə çıxır. Arxeoloji nəticəsinə istinad edərək azərbaycan ərazisində paleolit (ilk daş dövrü) insanların təbii və sünni yaşayış məskənlərindən başlayaraq, müasir kənd, qəsəbə və şəhərlərə kimi müxtəlif məskünlaşma yerləri ortaya çıxıb və inkişaf etmişdir. Yəni qədim dövrdən azərbaycan ərazisində hələ paleolit dövründən məskünlaşma var idi.
Əski daş dövrü (2 milyon 700 il bundan öncə) azərbaycanda e.ə 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələyə bölünür; paleolit (ilk daş dövrü), mezolit (orta daş dövrü) və neolit (yeni daş dövrü). 700 min il bundan öncə insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək və başqa alətlərini düzəltməyə başladılar. 300-400 minil öncə azərbaycanda məskünlaşmış ilkin insanların təkamülündə yeni mərhələ başlayır. Azıx mağarasında aşkar olmuş ilkin insan çənə sümüyü buna ən yaxşı sübutdur.
Mezolit dövrü isə azərbaycanda e.ə 8-11 minillikləri ihatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlıq ilkin formaları yaranır. Bu dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsimləri və arxeolji tapıntılar əsasında tədqiq edilir. Neolit dövrü isə azərbaycanda e.ə 7-ci minilliyə təsadüf edərək Qobustanın Həsənli təpəsində (Sulduz) arxeoloji materialları ilə araşdırılmışdır ki, bütün bunlar bir yerdə bir xalqın maddi və mənəvi dəyərləri sayılır.
Bu maddi və mənəvi irslərdən biri arxeoloji tədqiqatlar nəticəsində aşkarlanmış əski yaşayış məkanlar, kurqanlar və daşbabalardır. Atalarımızdan yadigar qalan və bugünü gəlib çatan yaşayış məkanları, əşyalar və daşbabalar, torpağimizin və xalqımızın dəyərli xəzinəsi olan, bugünün siyasəti nəticəsində gizli saxlanılıb və lazımı qədər qorunmayan Güney Azərbaycanın Meşkin şəhərində yerləşən tarixi »şəhər yeri«dir. Bu tarixi məkan Azərbaycan xalqının maddi və mənəvi varlığıdır ki, bir neçə faizdan başqa dəqiq arxeologi tədqiqatlar irəli sürülmədiyi üçün dəqiq bilgilər və eləcədə dəqiq tarix ili əldə edilməyibdir.
Şəhər yeri Ərdəbil mahalında 30 km güney-doğusunda qədim basırıqlar olan Pirazmiyan (şəhər yeri) adlı yerdə 500-ə yaxın daşbaba tapılmışdır. Boyu 35-230 s.metrə qədər aşkar olunmuşdur. Və buranı qədim tapınaq yeri saymışlar.
Şəhər yeri böyük bir sahəni ihatə edir, burada 3200 il yaşı olan üç tapınaq, 2800 il yaşı olan tikilmiş qala xarabalığı, mağara, üç yüzə yaxın qaya uyuğunda və Quştəpə adlı yer vardır. Keçən əsrin ortalarında arxeologi qazıntılar burada 9 minil öncəyə aid (neolit çağı) yaşayış məskəni aşkar etmişdir. Ancaq daşbaba gələnəyi burada 4-5 minil öncə yaranmışdır və urartu çarı 2-ci arqişti buranı tutana qədər davam etmişdir (F. Ağasıoğlu, s.80; 2013).
Burada mağara mövcudluğu özəl diqqətə malikdir. Yəni əskidə məskən yeri olduğuna ən böyük faktdır. Əskidə insanların ilk yaşayış məskınlərinin yaradılmasında coğrafi mühitin, o cümlədən iqlimin böyük təsiri olmuşdur. Arxeoloq M. Cəfərzadə Azərbaycanda yaşayış məskənlərinin tarixinin qədim olduğunu qeyd edərək yazmışdır: »İbtidaii insanlar Azərbaycan şəraitində çay qıraqlarında, meşələrdə, qaya altında və mağaralarda yaşamışlar. Qaya altı sığınacaqlarda və mağaralarda yaşayan insanlar özlərini istidən, soyuqdan qoruyur və əldə etdikləri odu, topladıqları ərzağı burada muhafizə edirdilər. Bunun üçündə mağara insanların ilk başlanğıc sığınacağı sayılır«.
Türk basırıq gələnəyində yayğın olan daşbabaların ən qədim örnəkləri Həkkari, Meşkin, Astara, Qobustan və Abşeronda tapılmışdır. Şəhər yerindəki mövcud olan daşbabaların oxşar motivləri başqa türk şəhərlərində uzmanlar tərəfindən isbat olunur. Və daha dəqiq desək, bu motivlər daş heykəllərinin tarixini araşdırmağa yol açır.
(Aşağıdaki şəkil prof. Firudin Ağasıoğlunun kitabından alınmışdır);

Türk xalqlarının yaşadığı ərazilərdə çoxlu daş adam heykəlləri vardır. Bu heykəllər kurqan-basırıq olan yerlərdə özünü göstərir. Savaş daşı (çaa daş), daşbaba, daşnənə, balbal, bəngüdaş, bədiz və sairə adlarla tanınan belə daş heykəllərin Azərbaycanda e.ə 3-2 minillərə aid qədim nümunəsi Qobustanda, Abşeronda (Dübəndi), Astarada (Asxanakəran) və Meşkində (şəhər yeri) tapılmışdır (Ağasıoğlu, s.116, 2014).
Həmin alimin yazdığlna görə, Bu heykəllərin rəmzi anlamı barədə elmdə çeşidli yozmalar yaranmışdır bəzi alimlər bu daşbabaların ölmüş soy-boy başçıların heykəli, bəzi alimlər ölən adamın öldürdüyü düşmənlərin heykəli, bəziləri basırıq törənində iştirak edənin heykəli olması, bəziləridə saqa daş heykəllərində onların ulu babası »Tarqitay«ın təsvir olunduğu fikrini irəli sürmüşlər. Bütün heykəllərin yalnız bir rəmzə bağlamaq doğru deyil, çünkü dikili daşların içində qadın heykəlləridə vardır. Yəni burada çeşidli adət və səbəblərin olması mümkündür.
Bəxtiyar Tuncayın Skif öncəsi yarım tipli kurqanlar qonusunda daşbaba ənənəsi diqqətə malikdir:
"Yarımtip torpaq örtügünün üzəri daş örtüklə üzlənməş kurqanlara aid edilir. Bu kurqanların torpaq örtügünü örtən daş örtüklər bəzən bir, bəzənsə iki qatlı olur və bir növ zireh rolunu oynayır. Bu baxımdan Ketmen Tubə kurqanları deyilənlərə ən gözəl örnəkdir. Bu kurqanların örtügünün üzlənməsində daşdan başqa, şist və kəsmədən istifadə olunur. Ki daha çox quzey Qara dəniz kurqanlarında rast gəlinir. Onların təpəsində bəzən kiçik meydanlar yaradılır və bu meydançalarda kəsmə ilə bərkidilir. Belə kurqanların başında, bir qayda olaraq, ya daşbaba (balbal) ya daş dirək, ya da qurbangah yerləşir. Sözü gedən formalı kurqanlar Qazaxıstan ərazisində də geniş yayılıb və onlara əsasən Getsiv vadisində və Qırğızıstanın Aleksandrubeka yaxınlığında rast gəlinir."
Daşbaba yaranma tarixi isə urmu teoriyasına görə, daşbaba gələnəyi 5000 il öncə ön asiyada yarandığını və başqa örnəklər kimi bu gələnəyi buradan doğuya köçən türk boylarının apardığını bəlgələrlə açıqlayır. Yəni bu teoriyaya istinad edərək şəhər yerindəki daşbabaların tarixi e.ə 3-2 min illiyə aiddir.
Şəhər yerindəki daşbabalar üzərindəki türk damğalarıda (həyat ağacı və ana ilahə damğası) özəl diqqət çəkdirir. Bu rəsimlər araşdırıcı Yengi Ögənin araşdırmalarına aiddir:

Bilindigi kimi, şəhər yerində arxeologiya tədqiqatlar irəli sürülmədiginə görə bu məkandan hələ dəqiq bilgilər əldə edilməyibdir. Hər halda gözümüz önündə olan daşbabalar bizim ən əski atalarımızdan xəbər verərək zəngin keçmişimizi, torpağımızın və yurdumuz Azərbaycanın ən qədimdən türklərin yaşayış yeri olduğunu isbat edir. Biz isə onları öyrənib və qorumaqda görəvliyik.


Qaynaq
1. prof. Firudin  Ağasıoğlu, daşbaba. Türkün daş yaddaşı, 2013.
2. Azərbaycan etnografiyası, AMEA. Aexeologiya və etnografiya instutu, 2-ci cild, 2007.
3. prof. Yaşar çoruhlu, kurganlar eski türklerin kutsal mezarları, 2016.
4. prof. Firudin ağasıoğlu, doqquz bitik. 1-ci cild, 2014.

 

Yenililklər
20.11.18
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Məhəmməd Əsəd bəyin məzarını ziyarət edib
20.11.18
Vahid Qazi - Berqman, Tarkovski və Qotland adası
20.11.18
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı çap olunub
20.11.18
“Qara Qarayevin kino musiqisi” kitabının təqdimatı keçirilib
19.11.18
Şair Rövşən Xasayoğlunun yeni kitabı çap olunub
19.11.18
Məsud Mahmudovun “Türk dillərinin milli korpusları” monoqrafiyası çap olunub
19.11.18
“Cəhənnəm sakinləri” Şamaxıda oynanılacaq
19.11.18
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb
19.11.18
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
19.11.18
Etibar Kərimli - Antik ədəbiyyat tarixi" adlı dərsliyin müəllifi kimdir?
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.