Əli Şamil - Qaşqay elinə səfər - I yazı

06.09.18


[email protected]
Qaşqayları mənə tanıdan insan

Qaşqaylar haqqında ilk dəfə Məmmədəli Müsəddiqdən eşitmişdim. O, M.F.Axundov adına Respublika Kitabxanasının üçüncü mərtəbəsindəki "Azərbaycan kitabı" şöbəsinin müdiri idi. Köhnə qəzet-jurnalları, kitabları oxumaq lazım gələndə oraya getməli olurdum. Hərdən Azərbaycan Milli Hükuməti ilə bağlı suallarıma həvəslə, bəzən də kövrələrək cavab verirdi. 1922-ci ildə Gərmərüd mahalının Yengicə kəndində doğulduğunu, Azərbaycan Milli Hökuməti məhv edildikdən sonra, 1947-ci ildə ürəyini ailəsinin, körpə qızınının yanında qoyub min bir zülümlə bədənini Sovet Azərbaycanına qaça bilmişdi.

Cənnət bildiyi kommunist ölkədə də az əziyyət çəkməmişdi. Min bir zülümlə Mirzə Mehdi Şükuhi haqqında araşdırmalar aparsa da, istədiyini yazmağa imkan verməmişlər. Əmrə boyun əymiş, ideologiyanın tələblərinə uyğun dissertasiya yazaraq filologiya elmləri namizədi adını almışdı. Ara-sıra İrandan yaşan türklərin ədəbiyyatın haqqında məqalələri dövrü nəşriyyatda çap olunurdu. Mən də onları maraqla oxuyanlardan idim.

Qaşqaylar haqqında ilk bilgini də Məmmədəli Müsəddiqin məqalələrindən almışdım. Sonralar daha geniş, faktlarla zəngin xeyli kitab, məqalə oxusam da, Məmmədəli Müsəddiqi heç vaxt unuda bilmədim.

1978-ci ilin sonlarında Sovet Qoşunlarının bölmələri Naxçıvana toplanmışdı. Səbirsizliklə gözləyirdim ki, onlar bu gün-sabah İrana keçəcəklər. Muxtar Respublikada sadə insanların da, rəhbər vəzifədə işləyənlərin də həmin günlərdə söz-söhbətləri Təbriz, Mərənd haqqında idi. Yaşlı nəsil 1941-1946-cı illər haqqında eşitdiklərini, gördüklərini danışırdılar. Gənclər də böyük həvəslə dinləyirdilər.

Bakıya gələndə Məmmədəli müəllimə sevinclə yaxın günlərdə sərhədlər açılacağını, Təbrizə gedəcəyimizi dedim. Diqqətlə üzümə baxıb dərindən köks ötürdü. "...Yenə milləti qırğına verəcəklər" - dedi. Heyrət etdim ki, Məmmədəli müəllim niyə həsrətində olduğu, kövrələ-kövrələ danışdığı Təbrizə getməyə sevinmir? Nədən qohumlarını, əzizlərini görməyə can atmır?

1978-ci ildə nə Sovet Ordusu İrana keçdi, nə də sərhədlər açıldı. Sadəcə şah ölkədən qaçdı, hakimiyyətə yeni qüvvələr gəldi. Onlar da islami qaydalarda ölkəni idarə edəcəklərini vəd etsələr də, sözlərini tutmadılar. Milli düşüncəlilərə, demokratik fikirlilərə sərt divan tutdular.  

Təbriz Universitetində görüşdüyüm qaşqay gəncləri

Məmmədəli Müsəddiqlə tanışlığımızdan ötən 20 il ərzində onun sərhədlərin açılacağına inamsız yanaşdığını görmüşdüm. Mən isə həmişə elə bilirdim yaxın 3-5 ildə İrana gediş-gəlişdə bir yumşalma olacaq. Finlər Leninqrada, Kareliyaya gedib gəldikləri kimi, biz də Təbrizə, Ərdəbilə, Urmiyaya, Mərəndə gedib gələcəyik. İstəklərimlə reallıq üst-üstə düşmürdü. Naxçıvanda sərhəd boyu çəkilmiş tikanlı məftillərin sökülməsi məsələsi ortaya atılanda onu qızğınlıqla müdafiə edənlərdən biri də mən oldum. Bəzən ölümlə üz-üzə gəlsək də, istədiyimizə nail olduq və həmin günü Dünya Azərbaycanlılarının Həmrəylik Günü adlandırdıq.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya Sovet əsgəri birlikləri yeridiləndə Naxçıvanda bir tarixi hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikanın Ali Soveti növbədənkənar və fövqəladə sessiya keçirdi. Rəhbər vəzifədə olan deputatların əksəriyyəti sessiyada iştirak etməsə də, kəndli-fəhlə deputatların sayı çox olduğundan yetərsəs alındı.

Yaranmış ictimai-siyasi vəziyyət geniş və qızğn müzakirə edildi. Qərara alındı ki, Sovet rəhbərliyi insanların hüquq və təhlükəsizliyini qorumadığına, erməni silahlı dəstələrinin hücumunun qarşısını almadığına, Sovet hərbiçiləri onlara yardım etdiyinə görə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası ləğv edilir və Sovetlər Birliyinin tərkibindən çıxır. 1921-ci ildə Moskvada və Qarsda bağlanmış müqavilənin şərtlərinə əsasən, müqavilə iştirakçılarına və dünya ictimaiyyətinə bu haqda bilgi verir.

Qəbul edilmiş qərarı qonşu ölkələrin rəhbərliyinə, dünyanın inkişaf etmiş dövlətlərinə, ictimai təşkilatlara çatdırmaq üçün iki qrup yaradıldı. Qruplardan birinin tərkibinə də mən daxil edildim. 1990-cı il yanvarın 20-də səhərə yaxın çox çətinliklə və qanunsuz Arazı keçərək İran Culfasına, oradan da Təbrizə getdik. Hakimiyyət orqanlarının nümayəndələri gətirdiyimiz sənədi laqeyid qarşıladı və bizim xalqla, ictimai təşkilatlarla, xarici ölkələrin konsulluqları ilə görüşməmizi əngəlləməyə çalışdı.

Cidanı çuvalda gizdətmək olmaz. Təbrizin küçələrindəki elanlarda 25 yanvar 1990-cı ildə Cümə məscidində Bakı şəhidlərinə yas tutulacağını oxuduq. Nümayəndə heyətimizin inadlı təkidindən sonra bizi də oraya apardılar. Təbrizlilərlə görüşdük. Deyilənə görə, məscidə və çevrəsində 30 mindən çox adam toplaşmışdı. Onlar ağlayır, təkbir gətirir və coşğunluqla Sovetlər Birliyinə nifrətlərini bildirirdilər. Toplantıda biz görüşə bildiyimiz adamlara "Təbriz İnterneyşin" hotelində qaldığımızı söylədik. Adamların toplu halda hotelə gələcəyindən duyuq düşən xüsusi xidmət orqanlarının əməkdaşları görüşə əngəl olmaq üçün bizi hotelə deyil, Təbriz Universitetinə apardılar. Orada da istəyimizə əməl etmədilər. Bizi ədəbiyyat, tarix fakültəsinin deyil, Tibb Fakültəsinin bir qrup tələbəsi ilə görüşdürdülər.

Normal görüşməyimizi, söhbət etməyimizi istəmirdilər. Vaxt öldürürdülər ki, biz hotelə gec qayıdaq. Dəhlizdə iki qaşqay gənci ilə söhbət etməyə çalışırdım. Onlar məni dinləmək belə istəmədən ittihamlar yağdırırdılar. Bizi İranı dağıtmaqda, bölməkdə suçlayırdılar. Narahatlıqları da ondan ibarət idi ki, biz Güney Azərbaycanı Qüzey Azərbaycanla birləşdirib yeni dövlət qursaq, qaşqayların taleyi neçə olacaq?

Mən onların ani fasilə verməyindən istifadə edərək: "Bakıda, Azərbaycanda Sovet hərbiçilərinin sizin soydaşlarınızı öldürdüyündən, ermən silahlılarının Azərbaycandakı müsəlman kəndlərinə hücum etdiklərindən xəbəriniz varmı? Bu gün Azərbaycan dağılmaqda olan nəhəng Sovet İmperiyasının xarabalığından az zərərlə çıxmaq istəyir! Biz İrandan kömək istəməyə gəlmişik. Sizə hansı axmaq deyir ki, biz Güneydəki Azərbaycanı işğal edib Quzeydəki Azərbaycana qatacağıq?" - deyə bildim.

Onlar mənə cavab verməsə də, məzlumcasına çiynimin üstündən arxaya baxdıqlarını gördüm. Geri döndüm. Arxamdakı tələbələrin arasında 35-40 yaşlarında, qara saqqallı birisinin gənclərin hərəkətini izlədiyi aydın hiss edilirdi. Məsələ məlum idi. Çətin ki, bu yaşda, bu geyimdə tələbə olaydı. Mən ona qəzəblə baxırdım. Dindirmək istəyəndə o, surətlə tələbələrin arasından keçib pilləkənə doğru getdi. Geri dönüb tələbələrlə söhbəti davam etdirmək istədim. Gördüm ki, onları da bir saqqallı qarşısına qatıb oradan uzaqlaşdırır.

1979-cu ildə İranda baş verən islam inqilabından on bir il sonra xalqın gücü sayəsində Sovetlərin toxunulmaz elan etdiyi, xof yaradan sərhəd qurğuları söküldü. Şaxta iliyə işlədiyi bir vaxtda gənclər Arazı bu taydan o taya, o taydan bu taya üzdülər. Hökumət çıxılmaz vəziyyətdə qalıb 1990-cı ilin martın 20-də, Novruz bayramı günlərində sərhəd bölgəsində sadələşdirilmiş gediş-gəlişə icazə verdi. Sərhəd boyunda yaşayanlar 25 kilometr məsafədə qohumlarını, tanışlarını görə, orada gəzə bilərdi.

Lakin qanun qəbul edildiyi ilk gündə tozulmağa başladı. Gediş-gəlişə icazə verilsə də, pul dəyişmə məntəqələri açılmadı. Bu açıq-aşkar gediş-gəlişi əngəlləmək üçün edilmişdi. Pulsuz adam haraya gedər və nə iş görə bilərdi ki?! Yaradılmış əngəllərə baxmayaraq, Arazı o taya keçənlər uzun həsrətdən sonra tapa bildikləri qohumlarının və yeni tanış olub, dostlaşdıqları insanların köməyi ilə qanunsuz da olsa Təbrizə, Ərdəbilə, Urmiyaya, Məşədə və b. şəhərlərə gedirdilər. Bu taya keçənlər də eyni üsulla Bakıya, Gəncəyə, Şəkiyə, hətta Moskvaya kimi gedirdilər. Sovetlər çökməyə başladığından sərhədçilər əvvəlki kimi at oynada bilmirdilər.

Təbrizdən Bakıya gətirdiyim qaşqay Məhəmmədəli

Hər dəfə Təbrizə, Urmiyaya, Sulduza, Tehrana gedəndə millətsevər gənclərə tövsiyə edirdim ki, Qaşqaylarla, Şahsevənlərlə, Xələclərlə, İnanlılarla və Savədə, Xorasanda yaşayan türklərlə ə1aqə yartsınlar. 1996-ci ildə yenə də sərhəd böyunda 25 kilometrlik məsafədə gəzməyə icazə verən müvəqqəti pasportla Təbrizə getmişdim. Dostlar məni 17-18 yaşları olan bir Qaşqay gənci ilə tanış etdi. Onunla xeyli söhbət etdik. Məhdud dünyagörüşlü, savadsız olsa da, məcarəpərəstin birisiydi. Onun məcarəpərəstliyi işimə yaradı.

Təklif etdim ki, Bakıya gedək. Bakının harada olduğunu bilmirdi. Tanışları onu istiqamətləndirdilər. Razılaşdıq. Mən sərhəddə gələndə onu qaçaqçılara verdim, özüm isə qayda-qanula gömrüyü keçdim. Sərhədlər nə İran tərəfdən, nə də bizim tərəfdən möhkəm qorunmurdu. Buna görə də qaçaqçılar onu bu tayda mənə təhvil verdilər. Adının Məhəmmədəli, atsının adının Kuyimərz olduğunu, İsfahan yaxınlığındakı Şəhrizad qəsəbəsində doğulduğunu söyləyən bu gənc bir həftəyə yaxın bizim evdə qaldı. Onu şəhəri gəzdiməklə yanaşı, AMEA Dilçilik İnstitunun dialektologiya şöbəsinə də apardım. Məqsədim o idi ki, Məhəmmədəlini danışdırıb dialekt materialı toplasınlar. Lakin istəyim baş tutmadı.

Məhəmmədəli ilə aramızda yaş fərqi 27-dən çoxdu. Gördüm söhbətlərim, mənimlə gəzmək onun üçün darıxdırcıdır. Bakı Dövlət Universitetində oxuyan Güney Azərbaycanlı gənclərdən xahiş etdim ki, ona yataqxanada yer versinlər və yanlarında gəzdirsinlər. Sağ olsunlar, sözümü yerə salmadılar. Beləcə Qaşqay Məhəmmədəli bir aya yaxın Bakıda yaşadı, gəzdi-dolandı, universitetdə dərslərə, konsertlərə, toplantılara getdi. Sonra onu gəldiyim yolla da geri qaytardım.

Sonra xəbər tutdum ki, Məhəmmədəli evlərinə dönəndə Bakıya getdiyini söyləsə də, yazığa inanan olmayıb. Bir də deyirmiş ki, oradakılar (yəni Azərbaycan Respublikasında yaşayanlar-Ə.Ş.) lap savadsızdırlar: "Danışgahda (Univerisitetdə) da, televizyada da bizim evdə, küçədə danışdığımız kimi danışırlar. Biz heç olmasa birtəhər də olsa farsca danışa bilirik. Onlar heç danışa bilmir".

Pərvin Bəhməni ilə ilk görüş

2000-ci ildə Tehrana gedəndə Hüseyin Məmmədxanlı-Güneyli mənə bildirdi ki, Pərvin Bəhməni ilə tanış olublar. Pərvin xanım Qaşqa türklərindəndir. Bir ara Milanda yaşayıb, orada konservatoriyada oxuyub. Geri döndükdən sonra İran İslam İnqilabı baş verib. İnqilab rəhbərləri də ölkədə musiqini qadağan edib. Pərvin xanım da musiqiçilikdən əl götürüb xalça alverilə ailəsini dolandırmağa məcbur olub.

Hüseyin Məmmətxani Güneylinin xəbəri mənə qol-qanad verdi. Elə həmin gün o, Şəbüstərdən (Güney mahalı) olan, Tehran çevrəsindəki qəsəbələrdə yaşayaraq şirniyat satmaqla ailəsini dolandıran Aşıq Əhəd, mən və xanımım Pərvin Bəhməninin iş yerinə getdik. Zirzəmidə xalça-palazın yanında Qaşqayların çox istifadə etdikləri bir neçə musiqi alətləri vardı.

Bizim gözlənilməz gəlişimiz Pərvin xanımı çox sevindirdi. Bir neçə saat Qaşqayların aşıqlarından, musiqiçilərindən söhbət etdik. Pərvin xanım dedi ki, Qaşqaylarda hökümətin qorxsundan indi aşıqlıq edən yoxdu. Keçmişdə aşıqlıq edənlər indi qəbiristanlıqda fatihə oxumaqla ailələrini dolandırırlar. Bu xəbər məni üzdü. Vəziyyətdən çıxış yoları axtardıq. Çox ölçüb-biçdik.

Sonralar eşitdim ki, Aşıq Əhəd nəinki Şiraza gedib, qəbiristanlıqda fatihəxanlıq edən aşıqlarla görüşüb, hətta sazını onlardan birinə bağışlayıb, bir kasıbın da toyunda çalıb-oxuyublar.

Bir-iki ildən sonra Tehrana gedəndə gördüm ki, Pərvin xanımın zirzəmidə Qaşqay musiqiçilərindən ibarət Hava adlı gözəl bir ansambl yaradıb. Pərvin xanımın oğlu Damun Şeşbuluki (familya Qaşqayların şeşəbəyi tayfasının adının təhrif olunmuş formasıdır), Arəş Əzizi, Deraxşən Şölə, Momtahan Nazəni, Qurban Nəcəfi və başqaları bu kollektivə qoşulub.

Məhəmməd Xatəminin prezidentliyi dönəmində rejimdə nisbi yumşalma baş verdi. Ölkədə musiqiçilərə, şair və yazıçılara basqı bir az azaldı. Bundan bacarıqla istifadə edə Pərvin Bəhməni yaratdığı ansamblla Tehranda, Şirazda keçirilən etnoqrafiq toplantılarda çıxış etdi.  

Giresunda Pərvin Bəhməniyə həsr olunmuş aşıqlar şöləni

Pərviz Bəhməninin rəhbərlik etdiyi Hava ansamblını Azərbaycana gətirdə bilməsəm də, Türkiyəyə getmələrinə yol aça bildim. Bəzi toplantılarda bir yerdə olsaq da, bəzilərinə mən qatıla bilmədi. Amma hər dəfə haraya getdikləri, necə qarşılandıqları, konsertlərinin necə keçdiyi, necə yola salındıqları haqqında mənim xəbərim olurdu. Hər dəfə də Hava ansamblının konsertləri alqışlarla qarşılandığını eşidəndə sevindim.

İş elə gətirdi ki, Pərvin xanım ağır xəstəliyə tutuldu. Ölüm-qalım savaşı verdi. Azərbaycan və İran türkləri mövzusunda neçə-neçə dəyərli araşdırmanın yazarı, Prof. Dr. Ali Kafkasyalıya bu haqda bilgi verdim. O, Pərviz Bəhməniyə mənəvi dayaq olmaq, onda ruh yüksəkliyi yaratmaq üçün plan cıcdı. 2016-cı ilin may ayının 2-4-də Giresin Universitetində "Beşinci Türk Dünyası Aşıqlar Şölənini və Pərvin Bəhməni Kaşkai Halk Bilimi Simpozyum" təşkil etdi. Pərvin xanım da rəhbərlik etdiyi Hava ansamblı ilə orada gözəl konsert verdi. Bu toplantıda bir neçə Qaşqay musiqiçisi ilə, Ərsalan Mirzeyi, İbrahim xan Kohendli Purun və başqaları ilə tanış oldum.

Prof. Dr. Ali Kafkasyalının istəkləri baş tutdu. Pərvin xanım xəstəlikdən tam qurtula bilməsə də, əhval-ruhiyyəsi getdikcə yaxşılaşdı.

Pərvin xanımın oğlu Domun bəylə əlaqələrimiz sıxlaşdı. O, Azərbaycan musiqisi ilə bağlı lentləri hazırlayaraq İran televiziyalarında, Universitetlərdə göstərdi. Bakıya tez-tez gəlməyə başladı. Söhbətlərdən, görüşlərdən yeni layihələr meydana gəldi. O tayın məşhur musiqiçilərindən Fərəməz Gərmuridinin musiqi kollektivinin bir neçə diskini hazırladı. Bu uğuru onu yeni layihələrə həvəsləndirdi. "Çahargah" muğamı əsasında sənədli film çəkdi. Fərəməz Gərmuridinin rəhbərlik etdiyi müsiqi kollektivini Şəkidəki Xan sarayına, Şirvanşahlar sarayına və b. tarixi yerlər gətirdi. Onların ifasını lentə aldı. Beləcə "Göyərçin qanadları" adlı sənədli film hazırlandı. Sənədli film İranın bir çox yerlərində və Bakıdakı Muğam Mərkəzində, Azərbaycanın tanınmış musiqiçiləri qarşısında nümayiş etdirildi. Filmdə musiqi də vardı, rəqs də, Azərbaycanın görməli yerləri də. Əslində, film həm də geniş bir reklam rolunu oynadı.

Əlaqələrimizin getdikcə sıxlaşmasının nəticəsi idi ki, qaşqaylar məni tez-tez yaşadıqları bölgələrə dəvət edirdilər. Oraya getməyə çox can atsam da, hər dəfə bir işim çıxdığından onların dəvət etdiyi vaxtla mənim vaxtım üst-üstə düşmürdü.
525-ci qəzet

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.