Ədəbiyyat qəzeti, büdcə pulu və təriflər
10.09.18

Səxavət Sahil

I yazı

A.Vəfalıdan sonra Ədəbiyyat qəzetinin yaxşı nəşr olunmasını hamı bilir. Qəzetin normal çap olunnmasında qeyri-adi heç nə yoxdur. İndiki halda qəzet A.Vəfalının dönəmidəki qəzetlə müqaisə edilir. Yəni indiki səviyyə heç də qənaətbəxş deyil. Bunu iddia edənlər çox şeyi unudub, A.Vəfalının qəzetini həvəslə misal gətirirlər. A.Vəfalıdan sonra qəzetdə yazıçı E.Hüseynbəyli baş redaktor təyin olundu və Xalq yazıçısı Anar onu şəxsən özü gəlib kollektivə təqdim etdi. Qəzetdə yeniliklər başladı, gənc yazarlar işə dəvət edildi, dizayn, forma və üslub dəyişdi. Bu ideal olmasa da işin başlanğcı kimi müsbət idi. Lakin E.Hüseynbəyli işindən ayrıldı. Nəyə görə ayrıldı bunu dəqiq demək çətin olsa da, bir şeyi dəqiq demək mükünüdr: Allah mərdimazarın kabinetini dağıtsın, evini yıxsın. Sonra A.Turan baş redaktor əvəzi, daha sonra isə baş redaktor təyin olundu. Qəzetdə başlanan yenilənmə davam etdi. A.Turan gənclərlə işləməsə də, onlarla əməkdaşlığa üstünlük verdi. Lakin bu əməkdaşlıq ucuz qonorarla olduğundan yazıların keyfiyyətinə ciddi təsir etdi. Bir səhifəlik yazı üçün 10-12 manat alan müəllif nə yazmalıdır ki? (Bu başqa bir yazının mövzusu olacaq)
Dövlət tərəfindən kifayət qədər maddi vəsaitlə təmin olunan Ədəbiyyat qəzeti indi nə işlə məşğuldur?
Əvvəlcə deyim ki, indiki zamanda hazır pul olan halda qəzet və ya jurnal nəşr etmək o qədər də çətin deyil. Sadəcə bir az əziyyət çəkib, maraqlı mətn axtarmalısan, müxtəlif müəlliflərə araşdırma, tənqid, təhlil, resenziya və digər formada yazılar sifariş verməlisən. Kabinetdə oturub, gələn yazıları saf-çürük edib, şəxsi ambisiyalara uyğun mətnləri dərc etmək heç də redaktorluq deyil. Və dövlət də pulu buna görə vermir.
32 səhifəlik qəzet buraxamaq qəhrəmanlıq sayıla bilməz. Bu gün Azərbaycanda 32 səhifəni tutacaq ədəbi yenilik təbii ki, yoxdur. Üstəlik sosial şəbəkənin at oynatdığı bir vaxtda. Heç bir yazı sifariş verməyən qəzet sadəcə səhifə doldurmaqla məşğuldur. Bu da şəxsi məqsəd, qonorar bölgüsü, gözə kül üfürmək və s. ilə bağlıdır. Digər tərəfdən burda elə müəlliflər var ki, onların pula ehtiyacı yoxdur...
Hamı deyir Ədəbiyyat qəzeti əvvəlkinə baxanda yaxşı çıxır. Buna kim nə deyir ki, yaxşı çıxır, çıxsın. Xub. Əhsən. Amma...
Gələk bu “Amma”ya. Kimin vəzifəsi nədirsə onu da edir. Bəs bizim Ədəbiyyat qəzeti öz öhdəsinə düşən vəzifəni yerinə yetirirmi? Gəlin aydınlıq gətirək. Yazıları səhifəyə qoyub çapa göndərmək qəzet çıxarmaq deyil. Buna görə heç kimə minnət eləmək də lazım deyil. Lakin hansı yazılardı bunlar? Ədəbiyyat qəzetinin əsas işi ədəbi gündəmi tutmaq, gündəmi yaratmaq, ədəbi sükutu pozmaq, ədəbi ictimaiyyətin rəyinə uyğun yazılar çap etməkdir və s. Bəs Ədəbiyyat qəzeti nə iş görür? 32 səhifəlik qəzetdə bir cümləlik ƏDƏBI TƏNQİD yoxdur. Başdan-başa TƏRİF olan bu qəzet nəyə görə yaxşı olduğuna əmindir. Tənqidsiz ədəbiyyat mümkündürmü? Bunlar nə düşünür, tərif dolu ədəbiyyatla nə demək istəyirlər? Yazıçı haqqında tərifin hər növü bu qəzetin səhifələrinə əks olunur. Dost tərifi artıq tost həddinə çatıb. AYB sədri Anar da buna diqqət çəkib: "Qəzet (Ədəbiyyat qəzeti) səhifələrində postmodernizmdən tutmuş, dostmodernizmə, tostmodernizmə qədər hər növ maraqlı yazılarla tanış olmaq mümkündür" (525-ci qəzet, iyun, 2017).
Bunlar tənqiddən niyə qorxur? Normal, ciddi, məntiqə əsaslanan tənqid niyə bu qədər qorxulu olub? Obyektiv olacaqsa tənqidə zaval yoxdur. Tənqid yazılan mətindən hansı yazıçı imtina edib? Hansı yazıçı əsərinə yazılan tənqiddən sonra gedib onun yenidən redaktə edib? Lakin, tənqid yazıçının gələcəkdə yaranan əsərlərinin keyfiyyətinə təsir edir.
Sovetlərin gəlhagəl vaxtında belə bu qəzetin səhifələrində yazıçılar tənqid olunub. Buna görə də heç kim qəzeti günahlandırmayıb. Əksinə bu tənqidlər ədəbi gündəmi hərəkətə gətirib, onun istiqamətini düzgün yönləndirib.
Əsl tənqidçilər yazılan mətnlərin dəyərini, yerini müəyyən edir. Onlar yazarların yaradıcılığına qiymət verir, ümumiləşdirmələr edir, müasir ədəbi prosesin dərk edilməsində oxucuya yaxından kömək edir, onları düzgün istiqamətə yönəldir. Müasir ədəbi prosesin şah damarı tənqiddir. Ədəbiyyat qəzeti bizi bu damardan məhrum edir. Tənqid olmadan bu gün ədəbiyyatda hamı özünü böyük sənətkar sayır. Görün vəziyyət hansı həddə çatıb ki, ədəbiyyatla birbaşa məşğul olan, ədəbi gündəmi yaratmaq gücündə olan və buna görə dövlətdən yetərincə pul alan Ədəbiyyat qəzeti ədəbi tənqid yazısı SİFARIŞ VERMİR və ya VERƏ BİLMİR. Şəxsən mən bunula bağlı hazırkı baş redaktora irad və etirazımı bildirmişəm. Cavabı bu olub ki, yazan yoxdur. Necə yəni yazan yoxdur? Baş redaktor ədəbi orqanda ədəbi tənqid yazısı sifariş verə bilmirsə bəs niyə orda oturub? Tərifçilərin tərif yazısını alıb çap edə bilir, tənqidi məqalə yazdıra bilmir?! Hətta dedim ki, yazdıra bilmirsənsə mən yazaram. Dedim filankəsin romanından tənqid yazım, çap elə. Cavab əvəzinə irfani görkəm alıb, suficəsinə susdu. Mən layihələr təklif etmişəm, roman, əsər müzkirəsinin aparmağın vacibliyini demişəm. Lakin baş redaktor bütün bunlara əhəmiyyət vermir, lahiyələrin hamısı, Anar demişkən, dostmodernizm və ya tostmodernizm janrında olur.
Əgər tənqid yoxdursa, romanlarada, hekayələrdə, şeirlərdə heç bir tənqidi nüans yoxdursa bizim ədəbiyyatımız bozlaşmaya və bozbaşlaşmaya məhkumdur.  Budurmu 32 səhifə ilə fəxr etmək? Budurmu yaxşı qəzet çıxarmaq? Budurmu büdcədən pul alıb səhifə doldurmaq? A.Vəfalının vaxtında qəzetdə heç bu qədər tərif çap olunmurdu. Bu gün ədəbiyyatımızın bozlaşmaya getməsində tərifçi tənqidçilərlə yanaşı Ədəbiyyat qəzetinin də dırnaqarası xidməti var. Artıq nəticə indidən hiss olunur. Baş redaktor hər dəfə boz ədəbiyyat dediyi yazarları çap etmədiyini az qala qəhrəmanlıq və mübarizə nümunəsi kimi misal gətirir. Lakin əvəzində tərif dolu məqalə çap edir. Boz ədəbiyyatdan qurtulub tərifləməyə keçib. Tərifdənsə zəif yazıçını çap etmək daha yaxşı olardı.
Qəzetdə yazıların forması da bilinmir. Məqalələr ya tənqid (tərif) ya da esse kimi təqdim olunur. Lakin hansı yazının təhlil, resenziya, ədəbi tənqid (kritika), münasibət, köşə və s formada olmasını bilmək üçün baş sındırmalısan. Bunun da səbəbi hər bir yazını tərifə hesablanmasıdır, heç kimin xətrinə dəyməməkdir. Ədəbiyyatı yalnız tərifdə görmək, qəzetə bu cür yanaşmaq təhlükəli həddə çatmaq deməkdir. Bu həm də o deməkdir ki, yazılan və yazılmayan bütün əsərlər yüksək səviyyədədir, onlara tənqid gözü ilə baxmağa ehtiyac yoxdur. Obyektiv yanaşma olmayan mətn, haqqında adicə tənqid yazılmayan mətn bir müddət sonra unudulmağa layiqdir.

Ardı var

Yenililklər
19.02.19
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.19
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.19
Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...
18.02.19
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib
18.02.19
Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19
Aygün Sadiq - Qələmi təslim etdik duyğuların əlinə
18.02.19
Nemət Mətin - Kitablarımı yandırın!
16.02.19
Asif Rüstəmlinın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı
16.02.19
Xalq yazıçısı ilə bağlı Əbülfəz Qarayevə müraciət olundu
15.02.19
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb
15.02.19
Bəşəriyyət üçün AVTOPORTRET
14.02.19
Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.19
Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
14.02.19
“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
14.02.19
Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
14.02.19
Mərahim Nəsib - Sən çıxsan qapıdan həsrətin gələr
13.02.19
 Türk sənətçisi Ozan Arif vəfat edib
13.02.19
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19
Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19
Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19
200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi
12.02.19
Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19
“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19
Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19
Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
11.02.19
Kamran İmanov: "Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"
11.02.19
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib
11.02.19
Mübariz Örən - Minotavrın ölümü
11.02.19
Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
08.02.19
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib
08.02.19
İlqar Fəhmiyə AzTv-də vəzifə verildi
07.02.19
AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib
07.02.19
Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
06.02.19
Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19
Bazərin Anara yaltaqlığı - Dram-dialoq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.