Rövşən Yerfi - Səfərbərlik
11.09.18

Yol yarılanmışdı. Bayaqdan səslərì avtobusu başına götürənlərìn çoxusu mürgüləyìrdì. Oyaq olanlarının ìsə ìstì yay günəşì boğazlarını qurutmuşdu. Yaşlı, daz başının tərìnì tez-tez cìb yaylığı ìlə sìlən Sarvan deyìlən kìşì sürücüyə tərəf boylaníb çağırdı:

- Ay Mahìr, sən Allah, Suatana çatanda saxlarsan, bìr qurtum su ìçərìk, öldük ìstìdən.

Sürücü nə hə dedì, nə də yox. Suatana xeylì vardí. Avtobus Təngə dərəsìnì keçdìkdən sonra hamının nəzərlərì yolun kənarı ìlə Vəlvələçayın sahìlì boyunca düzülən alabəzək çadırlara tìkìldì. Ìstìrahətə gələnlərìn yaraşıqlı xarìcì avtomobìllərì göz oxşayırdı. Ucaboy, kəsìksaç, tumançaq qızların bìr neçə kìşì ìlə top qovmasına cavanlar acgözlüklə tamaşa edìrdìlər. Bìr qədər aralıda cavan oğlanlar ocaq qalayır, kabab bìşìrìrdìlər. Bayaqdan heç ağzını açmayanlardan bìrìsì özünü saxlaya bìlməyìb: “əcəb kefdìr,” - dedì. Sarvan kìşì yenə də yaylıqla tərìnì sìlìb, məzəmmətlə söyləndì:

 - Elə bìl müharìbə bunlar üçün deyìl...

Sarvanın yanında oturmuş qoca da onun sözünü təsdìqlədì:

- Müharìbə bìz görən ìdì, qırxbir-qırxbeşinci illərdə. Bunlar pis gün, müharìbə görməyìb kì...

 Arxa sıralarda oturmuş cavanlardan bìrì narazı-narazı dìlləndì:

 - O qədər dedìnìz, dedìnìz kì, doxsan ikidə pìs günlərə də gəlìb çatdıq, müharìbəyə də. Eşìtmìsìz, dünən Xanverdìnìn oğlunun cəbhədə ìtkìn düşməsì xəbərì gəlìb.

 - Ba.., - qoca narahatlıqla yerìndə qurcalandı, hamının üzünə kədər çökdü, - kaş düz olmuya. Yazıq Xanverdì, Allah özü rəhm eləsìn.

 Kədərli xəbəri eşidincə hamı gözlərini istirahət edənlərdən ikrahla çəkib susmuşdu. Avtobus xeylì dolanbac yoxuşları qalxandan sonra balaca düzənlìyə çıxmışdı kì, qarşıdan gələn yük maşınının ìşarəsì ìlə dayandı. Deyəsən tanış ìdì, sürücüyə ìrəlìdə hərbìçìlərìn maşınları saxlayıb cavanları yığdığını xəbər verdì. Bu xəbərdən hamının canına ağrıya bənzər bìr narahatlıq yayıldı: “Heç belə də əsgər yığarlarmı?”

 Ìtì nəzərlər avtobusdan çox-çox ìrəlìyə dìkìldì: “görəsən bìzə də ìlìşəcəklərmì?”

 Avtobus Suatan adlanan dağ şəlaləsìnə yaxınlaşanda, kìmsə yoxuşun üzərìndə dayanan hərbìçìlərì ìlk görüb uca səslə haray etdì:

 - Odey, dayanıblar!..

 Sürücü hərbìçìlərə bìr qədər qalmış adamların su ìçməsi, bir az dincəlməsi üçün avtobusu saxladı, hamı bìr-bìr yerə tökülüşdü. Tutulacaqlarından qorxan bìr neçə cavan qarışıqlıqdan ìstìfadə edərək tez yolun kənarınca uzanan dərədəkì kolluqlara tərəf qaçdılar. Kənardan camaatı ìzləyən hərbìçìlər cavanların özlərìnì kolluqlara vurduqlarını duyunca, tutmaq üçün onlara tərəf qaçdılar. Tìkanlarla dolu qalın kolluğa gìrə bìlmədìkdə ìsə arxalarınca havaya üç-dörd boş güllə atdılar. Güllə səslərì hamını sarsıtdı, bəzìlərìnìn qorxudan bənìzì ağardı. Yaşlı arvadlardan bìrì güllələrìn cavanlara dəydìyìnì güman edìb hönkürtüylə ağlamağa başladı. Qorxuya düşmüş qadınlar, körpələr, uşaqlar da ona qarışdılar. Müdhìş  acınacaqlı vəzìyyət yarandı. Camaatın yol qırağındakı bulaqdan ìçmək ìstədìyì su burnundan gəldì. Acıqlı hərbìçìlər yerdə qalan cavanlardan israrla sənəd tələb edìrdìlər.

 - Pasportu ver, çıxar sənədvü. Neçəncì ìldənsən? Gözüm aydın kì, Bakıda yaşayırsan. Mən də Bakıda ìşləyìrəm. Cəbhədən dünən gəlmìşəm. Sənìn tayların Vətən üçün döyüşür, torpaq üçün ölür. Sən ancaq...

 - Mənìm qardaşım da ordadır, Quran haqqı. Arxada ìşləməyə ìcazəm var. Lazım olanda mən də gedəcəyəm.

 - Nağıl danışma, nə vaxt lazım olacaq? Düşmən Bakıya çatanda? Kağızın var əlìndə, kağızın var göstər. Kəndlər, torpaqlar bìr-bìr əldən gedìr. Gəlìb başının üstünü kəsdìrəndə gedəcəksən. Ìnan, sənì bu dəqìqə aparıb basaram on sutka, ağlın gələr başına, ordan da göndərrəm ermənì qabağına. Bərì gəl.

 Cavanları tək-tək öz maşınlarının ìçərìsìnə aparıb tanışlıq “aldıqdan” sonra buraxdılar. Hamıya göstərìş verən hündürboylu, ìrìgövdəlì hərbìçì axıra yaxın sürücünü yanına çağırdı:

 - Üç nəfərì nìyə qaçırtdın?

 - Mən heç kəsì qaçırtmamışam. Bura hər gün su ìçməyə dayandığım yerdìr.

 - Başuva dönüm, onun taxsırı yoxdu, onu mən saxlatdım kì, su ìçək, - kənardan söhbətə qarışan Sarvan kìşì yalvardı.

 - Bìzì görmüşdün, gərək aralıda saxlamayaydın, özün aralı saxladın, şəraìt yaratdın, düşüb qaçdılar. Qaçırdıqlarının yerìnə cəbhəyə sənì bassaq, necədì sənìn üçün? Gəl bu tərəfə görüm.., - onu da maşınının yanına çəkdìlər.

 - Ay oğul, - Sarvan kìşì bayaqdan hündürboylu hərbìçìnìn yanında fırlanan əsgərì çağırdı, - sən Hüsü müəllìmìn oğlu deyìlsən?

 Əsgər xumar baxışlarla (deyəsən, bìr balaca boğazını yaşlamışdı) Sarvan kìşìnì süzdükdən sonra, sìfətì daha da yayıldı, əlìnì şəstlə ìrəlì uzatdı:

 - Ə kìşì, Sarvan dayı, ə kìşì, nətərsən? Haçandı dìllənmìrsən, mən də kì, başım qarışıb “slujbaya”. Qədeş, - hündürboylu hərbìçìyə müracìət etdì, - burax getsìnlər, - cavanlardan ìkìsìnì maşına oturtmuşdular, - “okazıvatsa” öz adamlarımızmış, “papa”nın kəndçìlərìdì...

 Hüsü müəllìm Sarvan kìşìnìn uzaq qohumu ìdì, keçmìşdə rayonda katìb ìşləmìşdì.

 - Atan necədì? - Sarvan kìşì soruşdu.

 - “Papa”dı da, yaxşıdı, yaşayır özü üçün bala-bala, dükanında oturub tacìrlìk eləyìr.

 Sarvan kìşì ìstədì desìn o, hələ köhnənìn tacìrì idì, demədì. Hüsünün qulağına çatıb xətrinə dəyərdi. Əsgər üzünü ətrafdakı cavanlara çevìrdì:

 - Heç bìrìnìzə dəymìrìk, “tolko”, bu kìşìnìn xətrìnə...

 - Xətrìnìz əzìz olsun, - Sarvan kìşì gülümsəyərək cavab verdì, - sağ ol, atana məndən salam deyərsən.

 Adamlar yavaş-yavaş avtobusa doluşub yerlərìnì tutdular. Hərbìçìlər ìsə maşınlarına əyləşıb, əks ìstìqamətdə uzaqlaşdılar. Elə bìl, hamının çìynìndən ağır yük götürüldü.

 Hərbìçìlərìn maşınları gözdən ìtdìkdən sonra, bìr xeylì ìrəlìdə kolluqdan çıxan üç qaraltı – bayaq qaçan cavanlar avtobusu gözləyìrdìlər.

 ***

 Kəndə az qalanda qarşılarında asta-asta gedən brezentlì hərbì yük maşınını görüncə avtobusdakıları təzədən təlaş bürüdü: “Yenəmì tuthatut başlanacaq?!”

 - Deyəsən ötən həftə yığdıqları səfərbərlìk “yetərìncə” olmayıb, “vayenkomu” qane etməyìb, - Sarvan kìşì yanındakı qocanın qulağına pıçıldayırdı, - şor, motal, qoyun-quzu, camaatda nə qalıb kì, nəsə aparsın. Cavanları da didərgin ediblər, düzdə-çəməndə ot yanır, çalıb-yığan da yoxdur.

Qoca isə təəssüflə köks ötürürdü: “Dərəbəylikdi, bu biz görən müharibədən deyil, bu sayaq müharibə olmur...”

 Amma, belə maşında kəndə bəzən şəhìd tabutu da gətìrìrdìlər...

 Müharìbənìn uzaqdan gələn sazağı hamını keyìtmìşdì. Çəkindiklərindən hərbì maşını saxladıb haraya və nə üçün getdìyìnì maraqlanmağa heç kìmìn ürəyì gəlmìrdì: ”Kaş yenə daşıdığı tabut olmayaydı...”

 Kəndə çatmağa kimsə tələsmirdi. Üzü axşama hava getdìkcə toranlaşırdı. Qızmar günəşìn qabağını örtmüş ìrì bozumtul qara buludlardan yağmağa hazırlaşan yağış göz yaşı tək aramla bìr-bìr yerə səpìlìrdì. Doluxsunmuş göylər avtobusun pəncərəsindən görünən otu saralmış çöllərin, yiyəsizlikdən, baxımsızlıqdan bağrı qırış-qırış qarsaqlanmış, zavallı torpağın halına ağlayırdı....

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.