Kiyumərs İslami - Qoşaçay; türklərin uyqarlıq ocağı
11.09.18

Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır. Iki milyon yaşı olan bu əzəli, əbədi və qutsal torpaqda ulu əcdadlarımız çox qədim dövrdən sığınacaq tapıb, məskən salıb, yuva qurub, ocaq çatıb, qayım-qada olub, dövran sürüb, zaman-zaman yaşayıb və gəlişmişdir. Xalqımız ana vətənin əsil sahibi, əvəzsiz varisi, qoruyub-saxlayanı, qurub-yaradanı olub, dünyanın ən qədim və mədəni etnoslarının biri kimi tanınıb, sayılıb və seçilib.
Azərbaycanın mədəniyyət ocaqlarından sayılan biri və tarix boyu yağı-düşmanlar tərəfindən qanına boyanıbda bir avuc torpaq belə düşmana verməyən qoşaçay şəhəridir. Qoşaçay şəhəri güney azərbaycanın batı vilayıtinin güney ovalığlnda yerləşir. Bu şəhər adından da aydın olduğu kimi iki cığatı və tatau çayları arasında yerləşir və coğrafi mövqeyinə görə, doğu azərbaycan vilayətinə və zəncana bir ilgi körpüsü kimi önəmli yerə malikdir. Qoşaçayın 200-dən çox tarixi və turisti cazəbələrə malikdir və tarix boyu bir çox dövlətlərin başkəndi olmuşdur. Örnək olaraq manna, midiya dövlətlərin başkəndi və eləcədə elxanlılar dönəminidə qış payitəxti olaraq özəl önəmli dərəcəyə malik olmuşdur.
 Məlum olduğu kimi bu şəhərdə başqa iran coğrafisindən də örnək olaraq kirmanlı və zərənd tayfaları yaşamaqdadırlar. Və bir sıra qərəzli fars tarix yazarları onları fars kökənli qələmə alıb və onların  qacarlar yəni ağa məhəmməd xan dövründə bura zorla köç etdirildiklərini və türklər arasında əridiklərini yazırlar. Ancaq yetirməliyik ki, o çağda kürdlər, azərbaycan türklərin soyqırım etmək məqsədiylə qoşaçay və başqa batı azərbaycan şəhərlərinə hücum etmişdilər. Və qacar dövləti onların qarşısını almaq üçün bu köçləri düzənləməşdilər. köçlər həməşə zorla olmayıbdır yəni bir çox tayfalar könüllü olaraq kürd cinayətlərinin qarşısını almaq üçün gəlib yerləşmişdilər. Bugündə baxsaq iranın kirman vilayatində yaşayan elə həmən zərəndlər türk soyludurlar və bütünlüklə türkcə qonuşurlar. Yəni onlar burda əriməyiblər və türk kökənli olduqları məlumdur. Həmən kürdlər 1916-ci ildə şıx übeydullah nəhri sərkərdəliyi ilə qoşaçayda minlərcə insanı qətlə yetirmişlər. Və bu olay qoşaçayın qanlı yaddaşlarından biri dir.
Məlum olunduğu kimi güney azərbaycanın bir çox tarixi abidələri çirkin siyasətlər nəticəsində qorunub saxlanmadığı üçün məhv olub aradan getmişdir. Sağ qalan tarixi yerlər isə araşdırılıb üzə çıxarılmır. Bu tarixi əsərlər qoşaçayda da az deyildir. Bu tarixi məkanlardan örnək olaraq daş təpəni ad aparmaq olur. Daş təpə qoşaçaydan 21 k.m quzey-batısında yerləşir. Oradaki qala bütünlüklə aradan getmişdir. Hətta oradan tapılan kətibə isə indi almanda saxlanılır ki, arxeoloqların verdiyi məlumata görə aşkarlanan kətibə urartuların şahı 1-ci arqiştiyə aid edilir ki, mannalar yenildikdən sonra oranı ələ keçirmişdir. Eləcədə oradan tapılan əşyaları eneolit çağına aid edilərək bu məkanda yaşayış tarixi çox əskilərə qayıtması söylənilir.
Qoşaçay başqa turisti məkanlarada malikdir. Örnək olaraq; cığatı və tatau çayı sahilləri, leylan çay,acurlu çayı, cəbikli mağarası (tarixi-turisti), ozan şəlaləsi, tağ məçidi və sairə.
Qoşaçay adının anlamı
əski türk mifik dünya görüşündə olan kultlar və inanclarla bağlı yaşadıqları və məskən saldıqları məkanlara və coğrafi özəlliklərinə baxaraq uyğun olan ata inancları və orada baş vermiş bir sıra olaylarla bağlı ad seçirmişlər. Və bugünə qədər gəlib yeni nəsillərə matmışdır. Bu məkanların biri qoşamay şəhəri dir. Şəhərin adı təmiz türkcəmizdə olan iki sözcükdən yəni “qoşa” və “çay”dan ibarətdir. Aydın olduğu kimi və bir sıra tədqiqatlara əsasən, toponimiyada “qoşa” say anlamın daşıyaraq, “iki” deməkdir. Onun işlənməsi coğrafiya səcciyəsinin  təsdiqinə xidmət edir. “qoşa” sözü bu bölgədən başqa digər yer adlarda isə gözə çarpmaqdadır; zəncanın qeydar şəhərinə bağlı olan “qoşa təpə”, tovuz rayonunda “çataq ya qoşa köy”, muğanda “qoşa qışlaq” və sairəni ad aparmaq olar. Və bu gün “qoşa qarımaq” ifadəsidə bu örnəklərə daxildir. Yəni bir sözlə bu şəhər iki cığatı və tatau çayları arasında yerləşdiyi üçün “qoşa çay” və “iki su arası” adlanmaqdadır.
Mifik görüşə gəldikdə “su” sözü yalnız qoşaçayda deyil, eləcədə başqa şəhər və toponimlərdə su varlığlı ilə ilgili olanlara rast gəlirik; urmu, muğan, çaypara, biləsuvar, germi, qara su, sular, bulaq, bulub, çay, çayır, çimən və başqa söz və ifadələrimizdə rast gəlinir. Göründüyü kimi qoşaçayda su sözü çay varyandında işləkdir. Mifik yer-sub inancı ilə sıx ilgidədir. əski türklərdə və bugünə qədər su sözü bu, mu, cu, çu, çuy şəkillərində rast gəlinir. Bugün qırğızıstanda və qazağıstanın güneyində “çuy” adlı çay adı vardır və onun ətraf bölgəsi çuy vadisi adlanır. Eləcə qoşaçayın “çuğanlı” köyü isə su və çayla yad edilir. Hətta dilimizdə işlək olan çimən, cup, cuy, və farslarda işlədilən cuybar və cuy isə bizim dilimizdən alınmadır. Dilimizdə ifadə edilən “cum-culuq su olmaq”da su kökünə aiddir. Yəni əski türklərdə su yaradılış və hayat başlanğıcı olaraq qutsal sayılıb və ağ ana (ana ilahə) ilə birgə olduğuna inanc vardır.

Yenililklər
19.02.19
Əlişir Nəvainin “Külliyyatı”nın rəngli elektron nüsxəsi Fransadan Özbəkistana gətirilib
19.02.19
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb
19.02.19
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
18.02.19
Rasim Qaraca - Ra günəş deməkdir, Rasim...
18.02.19
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı Hindistanda beynəlxalq seminarda iştirak edib
18.02.19
Ələddin Məlikov - Alvin Plantinqa; XX əsrin analitik epistemoloqu
18.02.19
Aygün Sadiq - Qələmi təslim etdik duyğuların əlinə
18.02.19
Nemət Mətin - Kitablarımı yandırın!
16.02.19
Asif Rüstəmlinın “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı
16.02.19
Xalq yazıçısı ilə bağlı Əbülfəz Qarayevə müraciət olundu
15.02.19
Cəfər Cabbarlının bu vaxtadək naməlum qalan romanı nəşr olunacaq
15.02.19
Strasburq kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsi yaradılıb
15.02.19
Bəşəriyyət üçün AVTOPORTRET
14.02.19
Selincerin oğlu:“Söhbət 50 il çap olunmadan yazan birindən gedir, odur ki, çoxlu material yığılıb”
14.02.19

Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

14.02.19
Beyləqanda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub
14.02.19
“Azərbaycan dilinin Zəngilan şivələri sözlüyü” nəşr olunub
14.02.19
Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
14.02.19
Mərahim Nəsib - Sən çıxsan qapıdan həsrətin gələr
13.02.19
 Türk sənətçisi Ozan Arif vəfat edib
13.02.19
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyi dörd sənədli film hazırlayıb
13.02.19
Günel Əhmədova - Sərhədləri aşan vətən eşqi
13.02.19
Vüsal Bağırlı - Qanadlı xilaskarlar...
13.02.19
200-dən çox incəsənət nümayəndəsi ADO üçün müraciət etdi
12.02.19
Nemət Mətin - Roman yazmaq sənəti
12.02.19
“Ustad” dərgisinin 25-ci sayı işıq üzü görüb
12.02.19
Nəvai yaradıcılığında Nəsimi obrazı
12.02.19
Sevil Mehdiyeva - Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi
11.02.19
Kamran İmanov: "Azərbaycanda kitab sahəsində piratçılıq 61 faizdən 25 faizə enib"
11.02.19
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib
11.02.19
Mübariz Örən - Minotavrın ölümü
11.02.19
Şayəstə Yaqubova - Firuz Mustafa “At günü” əsərində qoyulan problemlər
08.02.19
Elçin Hüseynbəylinin "Gözünə gün düşür" kitabı təqdim olundu
08.02.19
İngilis yazıçısı Rozamunda Pilçer vəfat edib
08.02.19
İlqar Fəhmiyə AzTv-də vəzifə verildi
07.02.19
AMEA Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiq edib
07.02.19
Ayaz Salayevdən çağırış: ADO-un yaşamasını istəyirəm
07.02.19
Cəfər Cabbarlının yubileyi Ankarada qeyd olunacaq
06.02.19
Qala kəndi ilə bağlı müsabiqə elan edildi
06.02.19
Bazərin Anara yaltaqlığı - Dram-dialoq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.