Şair baş redaktoruna mədhiyyə yazdı - Qəlbimlə öpürəm uğurlarını
17.09.18

"Ədəbiyyat qəzeti"nin əməkdaşı, şair Sərvaz Hüseynoğlu qəzetin baş redaktoru Azər Turanın ad günü münasibəti ilə MƏDHİYYƏ yazıb. Mədhiyyə "Qəlbimlə öpürəm uğurlarını" adlanır. Mədhiyyədə Anar, Elçin, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Nizami Cəfərov, Kamal Abdulla, Musa Yaqub, Mövlud Süleymanlı, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ramiz Rövşən, Vaqif Bayatlı kimi tanınmış isimlərdən sui istifadə edilib. Avanqard.net Artkaspi.az-a istinadən həmin tərif dolu şeiri təqdim edir.


Səni Anar, Elçin, Nəriman bilər,
Səni bilməyənlər kimi bilir ki?!
 
Havayı ötməyib ömrün illəri,
Yolu yol eyləyib, yola düşənsən.
Yazıb Əli bəydən Əlibəyləşən,
Caviddən yazdıqca Cavidləşənsən.
 
İllər sınayıbdı etibarını,
Özgə süxurlara axının yoxdu.
Qəlbimlə öpürəm uğurlarını,
Qəlbimdən ruhuna yaxınım yoxdu.
 
Bax ey, gör necə də yaraşır sənə
Atandan yadigar, əmanət qürur…
Ən pünhan,
ən gizli istəklərinin
kökündə Peyğəmbər əxlaqı durur.
 
Kimin var,
kimin var Turan Cavidli
Zəlimxan Yaqublu xatirələrdən
özgə bu dünyada axı kimin var?
Bəxtiyar,
Şəhriyar,
Cavid ünvanlı
Sənin özgə Tanrın, özgə Dinin var.
 
Sən Ordan gəlirsən,
O ucalıqdan…
Ordan gəlməyənlər içində təksən.
Yalqızsan, tənhasan, gəlməsən, Azər,
Ağzımı xeyirə açıram, yenə
Sən orda birinci gəlməsən, Azər.
 
Sənin ürəyinin lap alt qatında,
Sənin gözlərinin dərinliyində,
Hardasa, tək bircə özünə məxsus
Bir cıdır meydanı,
Boş bir səhra var.
Sənin o meydana,
O boş səhraya
İl ili qovduqca marağın artıb,
O səmtə meyilli olub gözlərin,
"Cilov”un həmişə o səmtə dartıb.
 
Təkbətək çıxırsan özün-özünlə,
Orda qovan da sən, qovulan da sən.
Orda sinəsinə çiçək taxılan,
Çiçəyi burnunda ovulan da sən.
 
Harda sıxılırsan, sıxırlar səni,
Özünü özündən yıxırlar səni…
Harda ki, dəli cin beyninə vurur –
Gəlib gözlərinin qabağındaca
O cıdır meydanı, o səhra durur.
 
Arxalı dağları yıxıb getməyin,
Hirsini ovcuna sıxıb getməyin,
Baş alıb, dünyadan çıxıb getməyin
Sənə su içimi gəlir o dəmlər.
Ora yollar getməz, getməz,
Göz işləməz,
Könül yetməz…
 


















İllərdi bir təlaş sarıb içimi,
Sivrilib əlindən qaça bilmirəm.
Səni nəğmələrin tənhalığıyla,
Dünyanın, şeirin yalqızlığıyla
Tək qoymaq qorxum var, aça bilmirəm.
 
Papiros tüstülü masa başında
Bu cavan ömründə, cavan yaşında
Cavidlə,
Faiqlə,
Səlim Turanla
Tək qala bilməyin qorxudur məni.
 
Qorxuram ən pünhan duyğularının
Qaysağı çat verə gözüm önündə.
Ağara saçların bir an içində,
Əriyib gedəsən xatirələrdə.
 
Səni tək qoymaqdan qorxuram, dostum,
Həmən, xatirələr çin-çin oyanır.
Həmən, gözlərinin dərinliyində
Bir Məcnun göynəyir, bir Kərəm yanır.
 
Hər gün düşüncəndə, xəyallarında
Hadi məzarını gəzir görürəm.
Ən əziz kəslərin talesizliyi
Ruhunu daş kimi əzir görürəm.
 
Qorxuram hansısa müxənnət sözü
Səni məhvərindən qopara bilər.
Bu könül dünyamdan,
duyğularımdan
Divlər gəlib səni apara bilər.
 
Haqlı
və inadkar davakarlığın
Qorxuram hardasa bitirə səni.
Küçə qeybətləri dura qəsdinə,
Cavidlər, Hadilər itirə səni…
 
Səni Anar, Elçin, Nəriman bilər,
Səni bilməyənlər kimi bilir ki?
 
Nizami Cəfərov, Kamal Abdulla,
Bir də Musa Yaqub duyar halını…
Bu söz meydanının qeylü-qalını
İçində əridib,
İçində çəkən
Mövlud Süleymanlı, Məmməd İsmayıl,
Çingiz Əlioğlu,
Ramiz Rövşən
Və Vaqif Bayatlı xoşdu səninlə…
Qısır ilhamından küssün, incisin
Kimin ki, arası boşdu səninlə.
 
Müşfiqdən, Rəsuldan uzaq olanlar
Çətin ki, səni də sinirə bilsin.
Sağ deyil hayqıra Xəlil Rza ki:
– Məni bilməyənlər səni nə bilsin?!
 
Əlli beş…
Bəlli beş…
Yaşın o yaşdı –
Zirvədən-zirvəyə daşıyır köçün.
Könlün gedənlərin dalınca dolur,
Gözlərin yol çəkir gələnlər üçün…

Yenililklər
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
23.10.18
“Rotunda Jazz Club”da Azərbaycan musiqisi axşamı keçirilib
23.10.18
Şair İbrahim Tahir Musayevin “Şahnamə” poemasından etdiyi tərcümələr çap edilib
23.10.18
Türk Dil Qurumunun rəhbəri Nəsimi adına Dilçilik İnstitutunda olub
23.10.18
“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
22.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır III
22.10.18
Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
22.10.18
Gənc yazar Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək
22.10.18
Kiyumərs İslami - Ruhum Antropomorfizm Qurda Yüksəlir
19.10.18
Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: “75 və 75”
19.10.18
Milli Kitabxanada ölkəmizə gətirilmiş türk dilində on beş min kitabın təqdimatı olub
18.10.18
Yaşar Bünyad - Hələ ki təyyarələr uçur
18.10.18
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı
18.10.18
“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı olub
17.10.18
Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18
"Man Booker" ədəbiyyat mükafatının qalibi britaniyalı yazıçı olub
17.10.18
Sona Axundova-Qarayevaya həsr edilmiş “Xatirə kitabı”nın təqdimatı olub
17.10.18
Türkcə “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” təqdim olunub
16.10.18
Anardan etiraz: "Təhminə və Zaur” serialının mənə aidiyyatı yoxdur
16.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
16.10.18
Nağıldan gerçəyə: “Ağ gəmi” və ya əbədiyaşar Aytmatov
16.10.18
Millət vəkilinin kitabında biabırçı səhvlər - "Məni Fərhaddan fələk də ayıra bilməz, mama" - FOTOFAKT
16.10.18
Hədiyyə Şəfaqətin şeir kitabı Güney Azərbaycanda yayımlanacaq
15.10.18
Yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib
15.10.18
Azərbaycanlı dilçi alim Türkiyədə bir ilkə imza atdı
15.10.18
Uilyam Folknerin "Avqust İşığı" əsəri nəşr edilib
15.10.18
Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
15.10.18
Tənqid.net-in 12-ci sayı çapdan çıxdı
15.10.18
Nicat Həşimzadə - Ədəbiyyat nədir? 
15.10.18
Yazıçılar Birliyində yeni qurum yaradıldı
12.10.18
Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir
12.10.18
Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək
12.10.18
Şahanə Müşfiqdən yeni kitab
12.10.18
“Kitabsevərlər”dən köhnə layihə, yeni kitab: “Kitab al, kitab qazandır”
11.10.18
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zaman içində” layihəsinin təqdimatı olub
11.10.18
Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş olub
10.10.18
Tanınmış tatar şairi Robert Minnullin
10.10.18
Gənc yazarın yeni kitabı işıq üzü gördü
10.10.18
Əli Şamil - Milliyyətcə alban olan Azərbaycan ədibi Nafiə Xanım
10.10.18
Fərid Hüseyn Sapanca Şeir Gecələrində iştirak edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.