Əsəd Cahangirin tərifi və tənqidi
18.09.18

Səxavət Sahil

Orta əsrlərdə Avropada ədəbiyyat və incəsənət özünün susqunluq dövrünü yaşayırdı. Kilsə sonsuz hakimiyyətə malik olduğundan azad düşüncəli ədəbiyyatın, sənətin yaranmasının qarşısını alırdı. İnkvizasiyanın tüğyan elədiyi vaxtda cəsarətli olmaq tonqalda yanmağa bərabər idi. Kilsə hegemonluğundan istifadə edərək ədəbiyyatın istiqamətini özü yönəldirdi. O dövrdə şairlər yalnız kilsənin icazə verdiyi mövzularda yazmalı idi. Allahı, İsanı və kilsəni mədh edən şeirlər bu dövrdə ədəbiyyatın əsas mövzusu idi. Tək-tük istisnaları nəzərə almasaq ciddi ədəbiyyat nümunələrinə rast gəlmək mümkün deyildi. Hər şeyin boz rəngdə olduğu bu dövr Avropa ədəbiyyatının, eləcə də Avropa cəmiyyətinin qaranlıq dövrü adlanır.

Bu gün Azərbaycan tənqidində də məhz boz dövrdür. Bəli bomboz bir dövr. Hər şey bir rəngdə, yəni ədəbi tərif rəngindədir. Cəmiyyətin ədəbi rəyi demək olar ki, yoxdur. Büdcədən maliyyələşən ədəbi orqanlar da ədəbi rəy yaratmaq, onu formalaşdırmaq, cap olunan əsərlərə obyektiv qiymət vermək əvəzinə, dostmodernizm tipində, janrı müəyyən olunmayan tərif məqalələrinə üstünlük verir. Azərbaycan jurnalı və Ədəbiyyat qəzeti öz işinin öhtəsindən gəlmir. Belə olduğu halda ədəbiyyat birrəngli formalaşır, imkanı, vəzifəsi və titulu olan şəxslər ədəbiyyatın görünən tərəfi olur. Bu cür şəxslərin tez-tez görünməsində isə yuxarıda adları çəkilən ədəbi orqanların rəhbərlərinin və bu şəxslərdən hansısa bir formada yarınan tənqidçilərin dırnaqarası əməyi var.

Ədəbiyyatın bozlşamsında, həm də bozbaşlaşmasında dırnaqarası danılmaz xidməti olan və hər kəsin etiraf etdiyi istedada malik şəxslərdən biri də tənqidçi Əsəd Cahangirdir.

Yazıçı Aslan Quliyev bu ilin 20 avqustunda facebook sosial şəbəkəsində Əsəd Cahangir haqqında düşüncələrini yazmışdı: “Əsəd Cahangir maddi cəhətdən kimlərdənsə asılı olmasa, sözünü ürəyincə deyə biləcək qədər müstəqil olsa, onu əsərləri haqda yazılar yazmağa, sonra bu yazıları kitab kimi çap elətdirməyə məcbur eləməsələr, onun timsalında Azərbaycan özünün möhtəşəm bir tənqidçisini qazanar!”

Aslan müəllim sözlərində ağrılı olsa da, həqiqət var. Lakin burda başqa bir həqiqət var ki, o da tənqidçinin, imkanı, vəzifəsi və titulu olan şəxslərə meyili olmasıdır. Maddi imkan onu kimdənsə yazmağa məcbur etsə də, imkanı olmayan yazarlardan da yazmaqla öz tənqidində ilahi ədaləti bərpa etmiş olardı. Lakin biz bunu görə bilmirik. Tənqidçi özü deyir ki, mən hamıdan yazmağa məcbur deyiləm, hər çıxan əsərə münasibət bildirmək öhdəçiliyim də yoxdur, diqqətimi çəkməyən əsər haqqında yazmıramsa, bu da mənim münasibətimdir... Düzdür, razıyam, hamıdan yazmalı deyil. Lakin, imkanı, vəzifəsi və titulu olan şəxslərin əsəri ortaya çıxanda, Əsəd Cahangir meydana çıxır, öz səxavətli tərifini yazmaqla münasibətini bildirir. Onda belə çıxır ki, Əsəd Çahangirin diqqətini cəlb etmək üçün hökmən imkanın, vəzifən və titulun olamlıdır.

Məqalələrində, müsahibələrində sorğularında isə onun daimi, dəyişməyən müəllifləri var – Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud. Adları çəkilən yazarlar təbii ki yazıçıdır, lakin tənqidçinin hansısa məqsədlər güddüyündən bu adları yaddaşına həkk eləməsi də məlumdur. Son vaxtlar Anarla münasibəti soyuyandan sonra Anarın adını siyahıdan çıxarır. Bildiyim qədər Kamal Abdulla isə tənqidçinin təriflərinə əhəmiyyət vermir...  Bəzən bu adları çəkəndən sonra əlavə olaraq Həmid Heriçsini və iki ehtiyat variant olan yazarlardan birinin adını çəkir. Mənzərə aydındır! Düzdür tənqidçi bir-iki gənc yazarın adını çəkməklə özünü demokratik göstərmək istəyir. Lakin bu adların da kimə görə çəkildiyini ayıq oxucu dərhal başa düşür.

Avropanın qaranlıq dövründə, Allahdan, İsadan, kilsədən yazmağa icazə verildiyi kimi, indi də Əsəd Cahangir ədəbiyyat allahlarından tərif yazmaqla məşğuldur.

Tənqidçinin birmənalı qaraladığı bir qrup gənc də var. AYO-çular da tənqidçinin hədəfə aldığı yazarlardı. Əsəd Çahangir imkan düşən kimi illər öncə onlar haqqında dediyini təkrarlayaraq öz yerini AYB-də şirin satmaqla məşğudur. AYO-çulardan indi ciddi əsr yazan, imzasını təstiq edən yazarlar olsa da Əsəd Cahangirin içindəki inkivizasiya bu yazarları “yandırmaqda” davam edir.

Hesab edirəm ki, hörmətli tənqidçi artıq obyektiv tənqidçilik hissini itirdiyindən bu gündən sonra onun hansısa əsərə obyektiv yanaşması şübhə altına düşür. Çətin ki, Əsəd Cahangir ədələt hissini bərpa edə bilsin. Tənqidçi bu fikirlərə irad etsə, adları ədəbiyyat aləminə məlum olmayan şəxslərin qalın-qalın kitablarına səhifələrlə yazdığı ön sözləri, onların müəlliflərini Şekspirlə, Dante ilə, Kafka ilə, Coysla, Dostoyevski ilə, Tolstoyla müqaisə etdiyini yada salsın. Yaxşı ki, o kitabları Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud oxumur. Oxusaydı Əsəd Cahangir bunları peyğəmbərlərlə müqaisə etməyə məcbur qalacaqdı. 

Yenililklər
19.12.18
Elçinin “Baş” romanı İtaliyada işıq üzü görüb
19.12.18
AMEA-da görkəmli alim Əmin Abidin 120 illik yubileyi qeyd olunub
19.12.18
Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Prezidentin Sərəncamı
18.12.18
Cəmşid Cəmşidovun tərcüməsində Erazmusun "Axmaqlığın tərifi" əsəri çap olundu
17.12.18
Qalib Şəfahət - Qızıl inək
17.12.18
Jil Delözdə Fəlsəfə və Kino Münasibəti
17.12.18
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in bağlanış tədbiri keçirilib
17.12.18
İsi Məlikzadənin “Quyu” povesti Türkiyədə nəşr edildi
14.12.18
Corc Martin "Taxt-tac oyunları"na davam edəcəyinə söz verib
14.12.18
Ölməz korifeyimiz Rəşid Behbudovun doğum günüdür
14.12.18
İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda müzakirə aparılıb
14.12.18
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib
13.12.18
Burda Yeni ildə bir-birinə kitab bağışlayırlar
13.12.18
Şair Vüqar Əhməd Ədəbiyyat İnstitutuna şöbə müdiri təyin edildi
13.12.18
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çap olunub
13.12.18
“Saza baxsın tariximi yazanlar” adlı yeni kitab işıq üzü görüb
12.12.18
Ərdəbildə Milli Hökumətinin süqutundan sonra törədilən qətliamın ekspozisiyası hazırlanıb
12.12.18
Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb
12.12.18
Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı
12.12.18
Azərbaycanın gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib
11.12.18
AMEA-da professor plagiata görə işdən qovuldu
11.12.18
Türkiyədə Hüseyn Cavidin “İblis” əsərinin səhnələşdirilməsi ilə bağlı işlər davam edir
11.12.18
Elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir - Prezidentin sərəncamı
11.12.18
Tahir Salahovla söhbət - Xalq yazıçısı Anar yazır
10.12.18
Azərbaycanın kitabxana tarixində ilk dəfə interaktiv plakat hazırlanıb
10.12.18
Varşavada Azərbaycanşünaslıq Mərkəzi fəaliyyətə başlayıb
10.12.18
2019-cu il MDB-də Kitab İli elan olunub
07.12.18
Kutay Aslantürklə Nafiə xanım haqqında söhbət - Birinci yazı
07.12.18
Sərdar Amindən yeni roman
07.12.18
Hacettepe Universitetinin professoru Mikayıl Müşfiq haqqında məruzə edib
07.12.18
Dillər Universiteti Konfutsi İnstitutlarının XIII Ümumdünya Konfransında iştirak edib
06.12.18
"Qanun"dan yeni kitab: Tanrı İllüziyası
06.12.18
Cavid Ağa - Azәrbaycanda Türkologiyanın Çin mәnbәlәri ilә problemi
06.12.18
Dilçilik İnstitutunda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
06.12.18
“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildi çapdan çıxıb
06.12.18
Rusiya Rəssamlıq Akademiyasında Tahir Salahovun yubileyi qeyd edilib
05.12.18
Vüsal Bağırlı - Anamın səsi 
05.12.18
Moldovada ilk proza festivalı
05.12.18
Minskdə “Mənim Azərbaycanım” adlı sərgi açılıb
04.12.18
Xanəmir Telmanoğlu - Bir az günəşindən kəs şəms şəms...
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.