Azad Qaradərəli - Yiyəsiz Azərbaycan ədəbiyyatı
24.09.18

(Yazıçı Mövlud Süleymanlının bir sözünün ucundan tutub ucuzluğa getdik)

    Açığı “Renessans həsrəti”nin 2-ci hissəsi çapa gedəndən sonra düşünürdüm ki, daha esse-filan yazmayım. Oturub bədii yazılarımı qələmə alım, yarımçıqları sahmana salım və sair. Hanı? Qoymurlar ki...
    Mən yaradıcı gənclərlə çox bağlıyam. Urvatlı bildiyim yazılarını “Yazı”da çap etmişəm.  Bir çoxunun yaradıcılığı haqqında çox yazmışam. Yaxşı cəhətlərini qabartmışam, zəif bildiyim yerləri yüngülvari silkələmişəm ki, tozu tökülsün. Hətta lap ciddi tənqid etdiklərim də olub. Amma onların heç birindən könül sıxıntısı görməmişəm. İnanıblar mənə, necə ki, mən də onlara inanmışam. Zatən inanmasam, yazmaram.
    Demək, bu günlərdə ağsaqqal yazıçı Mövlud Süleymanlının bir müsahibəsini oxudum, könlüm bulandı. Yazıçının söhbəti tamam səmimilikdən uzaq, yazdıqlarını Quran ayəsi kimi təqdim edərcəsinə təkəbbürlü və ən pisi də gəncləri, onların ən istedadlısı Şərif Ağayarı aşağılamaq dərəcəsində köntöy...
      Müsahibədən:"Şərif nə istəsə deyə bilər. Açığını deyim, əsərlərini oxumamışam, amma qabiliyyətli adamdır. Belə bir məsəl var, yiyəsiz mal qapı tanımaz. Bax o yiyəsizdi, öz içində də yiyəsizdir. Nə istəsən eləyə bilər."
        Bu nə təfəkkürdür? Bu nə düşüncədir? Adam özündən az qala iki dəfə gənc və istedadlı bir qələm sahibi haqqında belə fikir səsləndirərmi?
       Məsələ bununla bitsəydi, nə vardı ki? Yazıçı sonra görün nə deyir: “Bu yaxınlarda oğlum Elbəy Süleymanlının romanını oxuyub heyrətə gəlmişəm.”
    Mən Elbəyi tanıyıram. Yaxşı oğlandır. İstedadlı da ola bilər. Amma bəlkə də Şəriflə yaşıd olan bu gəncin hələ bir yazısını oxumamışıq! Mövlud müəllimsə...
    Məgər Şərif də Mövlud Süleymanlının, Anarın, Elçinin övladı deyilmi? Axı biz belə görmüşük!? Hara gedirik, ay allah?! Bu ailəçilik, qəbilə, tayfa  əxlaqı axırımıza çıxacaq vallah!
     Açığını deyim ki, Mövlud Süleymanlıya istedadlı bir yazıçı kimi həmişə hörmətim olub. Lakin o bizim zamanımızda gənclərə qarşı amansız idi. Sabir Əhmədlinin telefon zəngindən sonra məcbur qalıb mənim bir hekayəmi  işlədiyi “Ulduz”da verdi. Sonralar onun mənim də işlədiyim Azərbaycan radiosunda rəhbər vəzifədə çalışarkən insanlara qarşı, xüsusən gənclərə qarşı tutduğu mövqe xoşagələn deyildi. Gözü götürməyən adamı dərhal qaralayar, verilişlərini efirdən çıxartmağa cəhd edərdi. Ona görə də əməkdaşlar arasında ona qarşı münasibət birmənalı deyildi.
     Onun yazıçı Əlabbasla savaşı da yaxın ədəbiyyat tariximizin biyabırçı nöqtələrindəndir. Hamı bilir ki, Mövlud müəllim işlədiyi “Azərbaycan” dərgisində gənc nasirlərin çapına əməlli-başlı mane olurdu. Əlabbasın “Köhnə kişi” əsərinin də əlyazmasının o vaxt it-bat olmasında onun “rolu” danılmazdır. İndi müsahibədə deyir ki,  Əlabbasın o əsəri yaxşı idi, mən bəyəndim, amma Əkrəm Əylisli çap etmədi. Əkrəm müəllimin gənclərin hamisi olduğunu axı kim bilmir?! Burda da səmimi deyil Mövlüd Süleymanlı.
     Mən o vaxt bu məsələyə münasibət bildirməkdən yayınmışdım əslində. Jurnalistin sualından qaçan kimi olmuş, mövzunun üstündən adlamışdım. Amma çox nahaq. Gərək o zaman bu məsələyə sərt reaksiya verəydim. (Artıq radioda işləməsəm də, iki yazıçının mübahisəsinə qoşulmaq istəməmişdim.)
     Sonda. Mövlud Süleymanlının sözündə həqiqət var: biz yiyəsizik. Ona görə ki, Bəxtiyar Vahabzadənin oğlu səfir, Anarın oğlu səfir, başqa bir şairin oğlu icra başçısı, birininki prokuror işləyir... Biz isə iş belə tapmırıq. Biz yiyəsizik. Yiyəsiz azərbaycan ədəbiyyatının yiyəsiz yazıçıları...
    Amma Mövlud müəllim bilməmiş olmaz: o saraylarda yetişən yazıçılar heç vaxt müəyyənləşdirməyib əsil ədəbiyyatı. Həqiqi ədəbiyyatı elə yiyəsizlər yaradıb...

       1. S.A (Söz ardı)
     “Renessans həsrəti” silsilədindən bir yazım var. Müəllim tələbədən soruşur ki, renessans nədir? Tələbə cavab verir ki, 45-də Berlində  bayrağı taxırlar e bizimkilər,  resstaxdı-nədi onu deyirsiniz? Müəllim yana-yana deyir: hə bala, bizimkilər Reyxstağa bayraq sancmışdı, sizinkilər o bayrağın ağacını çıxardıb renessansa taxdılar...
        2.S.A
       Görünür, mən “Renessans həsrəti”nin 3-cü kitabını da yazmalı olacağam. Bizə dinclik yox.

Avanqard.net

Yenililklər
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
23.10.18
“Rotunda Jazz Club”da Azərbaycan musiqisi axşamı keçirilib
23.10.18
Şair İbrahim Tahir Musayevin “Şahnamə” poemasından etdiyi tərcümələr çap edilib
23.10.18
Türk Dil Qurumunun rəhbəri Nəsimi adına Dilçilik İnstitutunda olub
23.10.18
“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
22.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır III
22.10.18
Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
22.10.18
Gənc yazar Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək
22.10.18
Kiyumərs İslami - Ruhum Antropomorfizm Qurda Yüksəlir
19.10.18
Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: “75 və 75”
19.10.18
Milli Kitabxanada ölkəmizə gətirilmiş türk dilində on beş min kitabın təqdimatı olub
18.10.18
Yaşar Bünyad - Hələ ki təyyarələr uçur
18.10.18
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı
18.10.18
“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı olub
17.10.18
Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18
"Man Booker" ədəbiyyat mükafatının qalibi britaniyalı yazıçı olub
17.10.18
Sona Axundova-Qarayevaya həsr edilmiş “Xatirə kitabı”nın təqdimatı olub
17.10.18
Türkcə “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” təqdim olunub
16.10.18
Anardan etiraz: "Təhminə və Zaur” serialının mənə aidiyyatı yoxdur
16.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
16.10.18
Nağıldan gerçəyə: “Ağ gəmi” və ya əbədiyaşar Aytmatov
16.10.18
Millət vəkilinin kitabında biabırçı səhvlər - "Məni Fərhaddan fələk də ayıra bilməz, mama" - FOTOFAKT
16.10.18
Hədiyyə Şəfaqətin şeir kitabı Güney Azərbaycanda yayımlanacaq
15.10.18
Yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib
15.10.18
Azərbaycanlı dilçi alim Türkiyədə bir ilkə imza atdı
15.10.18
Uilyam Folknerin "Avqust İşığı" əsəri nəşr edilib
15.10.18
Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
15.10.18
Tənqid.net-in 12-ci sayı çapdan çıxdı
15.10.18
Nicat Həşimzadə - Ədəbiyyat nədir? 
15.10.18
Yazıçılar Birliyində yeni qurum yaradıldı
12.10.18
Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir
12.10.18
Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək
12.10.18
Şahanə Müşfiqdən yeni kitab
12.10.18
“Kitabsevərlər”dən köhnə layihə, yeni kitab: “Kitab al, kitab qazandır”
11.10.18
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zaman içində” layihəsinin təqdimatı olub
11.10.18
Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş olub
10.10.18
Tanınmış tatar şairi Robert Minnullin
10.10.18
Gənc yazarın yeni kitabı işıq üzü gördü
10.10.18
Əli Şamil - Milliyyətcə alban olan Azərbaycan ədibi Nafiə Xanım
10.10.18
Fərid Hüseyn Sapanca Şeir Gecələrində iştirak edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.