Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Məmmədli beynəlxalq konfransda iştirak edib
26.09.18

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, DGTYB- nin məşvərət şurasının üzvü, dosent  Pərvanə Məmmədli 19-21 sentyabr  tarixlərində Qazaxstanın paytaxtı Astanada, Qazaxstan Milli İncəsənət  Universitetinin  keçirdiyi beynəlxalq elmi konfransda iştirak edib.

Beynəlxalq konfrans tanınmış  qazax  yazıçısı və kinodramaturqu, Qazaxstanın dövlət mükafatı laureatı, beynəlxalq Frans Kafka mükafatı lauteatı, professor Akim Tarazinin 85 illiyinə həsr olunub. Konfrans Akim Tarazinin uzun illər çalışdığı Qazaxstan Milli İncəsənət Universitetində keçirilib. Konfransda  xarici  ölkələrdən, o cümlədənTürkiyə, İspaniya, Azərbaycan, Özbəkistan, Rusiyadan və digər ölkələrdən alim və yazıçılar iştirak edib. Üç gün davam edən beynəlxalq  elmi  konfransda yubilyarın elmi-bədii yaradıcılığı haqqında məruzələrlə yanaşı, müəllifin çoxsahəli yaradıcılığına həsr olunan Nazirə Rəhmanqızının “Akim Tarazi kinodramaturq kimi; Ssenaridən filmə  qədər”, Ularbek Nurqalımoğlının “Yazıçı  qəlbi. Akim Tarazinin əsərində mili psixologiya” kitablarının təqdimatı da keçirilib. Eyni  zamandqa Akim Tarazinin ssenari müəllifi  və  rejissoru olduğu filmlər “ Mustafa Şokay”, “Karaş aşırımında atəş” və s. filmlərin nümayişi  olunub. 

Elmi konfransda türkiyəli araşdırıcı Cəmilə Hınaçı, özbəkistanlı Mehmon İslamkulov  və  həmyerlimiz  Pərvanə Məmmədlinin məruzə və çıxışları böyük maraqla qarşılanıb. Pərvanə Məmmədlinin təşəbbüsü ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi ilə bağlı universitet  tələbələri  üçün  keçirdiyi “Master-klas” tələbələrdə böyük maraq oyadıb, ölkəmizi  daha  yaxından tanıdılmasına kömək edib.

Beynəlxalq elmi konfransın sonunda Pərvanə Məmmədliyə Qazaxstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin və Qazaxstan Milli İncəsənət  Universitetinin  özəl serfikatı təqdim edilib.

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.