Nicat Həşimzadə - “Hörümçək adam” inşasından “36,6” şeirinə
01.10.18

Son günlər əsasən bu iki mövzu müzakirə olunur:
1)    “Hörümçək adam olsaydım, nə edərdim” inşası
2)    “36,6” şeirinə etirazlar

“36,6” şeirinə lağ edirik. Gəlin səmimi olaq və açıq danışaq. Sizin məsələyə münasibətinizdən belə çıxır ki, orta məktəblərdə Babəkdən danışanda Səhl Sumbatdan danışmasınlar, İldırım Bayaziddən danışanda Əmir Teymurdan danışmasınlar, Amerika tarixindən danışanda Rusiya tarixindən danışmasınlar. “Məlikməmməd” nağılını keçəndə bütün mənfi qəhrəmanları çıxarsınlar, ancaq müsbət qəhrəmanlar haqqında danışsınlar. Əgər məktəb dərsliyində hər şey sadəcə tərbiyə üçün lazımdırsa o zaman biz bütün dərslikləri cırıb atmalı, yenidən yazmalıyıq. Kitab təkcə "necə ol" demək deyil, kitab həm də "necə olma" deməkdir. 21-ci əsrdə yaşayırıq. Facebook var, Youtube var, minlərlə informasiya saytları var, milyonlarla pdf kitablar var, ancaq biz hələ də hər şeyi məktəbdən, müəllimdən gözləyirik. Şəxsən o şeir mənim xoşuma gəldi. Dərsliklərdə uşaq beynini olduğu kimi təsvir etmək lazımdır ki, uşaq o kitabda özünü görsün, o kitabla dost olmaq istəsin. Yoxsa hər yerə “Sultan Səncərlə Qarı” hekayəsini copy paste edib yapışdırmaqla uşaqda kitab sevgisi yaratmaq olmaz.

Uşaq orta məktəbdə direktorun üzünü görə bilmir. Direktor müavininin qəbuluna düşmək üçün valideyni bir ay öncədən növbəyə yazılır. Artıq uşaq yaşlarından həqiqətlərlə tanış olan uşağa “Sultan Səncər və Qarı” nı necə danışasan? Ayıb deyilmi? Biz niyə hələ də anlamırıq ki, artıq nağıl, şeir dövrü deyil. Texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir zamanda uşaqlara nağıl danışmaq gülməli deyilmi? Uşaq oxuduğu məktəbdə direktorun üzünü görə bilmir, amma ona danışılan bu nağılda qarının hökmdarla görüşə bilməsinə inanmaq məcburiyyətindədir. Yəqin ki, nəzər çatdırmaq istədiyim ziddiyətin necə böyük olduğunun fərqinə vara bildiniz.

Hörümçək adam olsaydım" inşasında anormal olan nədir ki? 7-8 yaşlı uşağa "Füzuli yaradıcılığında sufi-irfanı məqamların bədii-estetik təhlili" mövzusunu verməliydilər? Ya bəlkə yenə də "yay tətilimi necə keçirdim" mövzusu verilməliydi? İbtidai sinif şagirdlərinə elə baxdıqları cizgi filmlərinin mövzusu ilə bağlı inşalar versələr daha yaxşı olar. Məsələn, uşaqlar "Tom və Jerry" haqqında fikirlərini yazsınlar, "Maşa və Ayı" haqqında öz fikirlərini yazsınlar, yoxsa dərsliklərdəki bayağı, süni, pafos dolu ibrətamiz hekayələrin təhlili ilə bağlı inşa yazdırmasınlar, onsuz da o inşaları uşaqlar özləri yazmır. İnşa kitablarından köçürürlər, ya da valideyn yazdırır. Məsələn, uşaqlara "telefonların həyatımıza təsiri" mövzusunda inşa vermək olar, çox maraqlı fikirlər yazarlar. Mənə elə gəlir ki, lağ etmək, gülmək əvəzinə, həm uşaqları, həm də gənc müəllimləri anlamağa çalışmalıyıq. Gənc müəllimlərin yoxluğundan və ya azlığından şikayət edən də bizik, onların uşaqları öyrətmə metodlarına gülən də bizik.       

İnsanların özlərini təsdiq etməkdə ciddi problemlər yaşadığı qapalı cəmiyyətlərdə insanlar hər şeyi lağ hədəfinə çevirməyi, gülməyi, məsxərəyə qoymağı sevirlər. Gənc müəllimlərimizin qədrini bilək, onları həvəsdən salmayaq, əksinə onlara stimul verək, onların iradəsinə, savadına inanaq.                           

Yenililklər
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
23.10.18
“Rotunda Jazz Club”da Azərbaycan musiqisi axşamı keçirilib
23.10.18
Şair İbrahim Tahir Musayevin “Şahnamə” poemasından etdiyi tərcümələr çap edilib
23.10.18
Türk Dil Qurumunun rəhbəri Nəsimi adına Dilçilik İnstitutunda olub
23.10.18
“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
22.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır III
22.10.18
Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
22.10.18
Gənc yazar Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək
22.10.18
Kiyumərs İslami - Ruhum Antropomorfizm Qurda Yüksəlir
19.10.18
Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: “75 və 75”
19.10.18
Milli Kitabxanada ölkəmizə gətirilmiş türk dilində on beş min kitabın təqdimatı olub
18.10.18
Yaşar Bünyad - Hələ ki təyyarələr uçur
18.10.18
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı
18.10.18
“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı olub
17.10.18
Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18
"Man Booker" ədəbiyyat mükafatının qalibi britaniyalı yazıçı olub
17.10.18
Sona Axundova-Qarayevaya həsr edilmiş “Xatirə kitabı”nın təqdimatı olub
17.10.18
Türkcə “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” təqdim olunub
16.10.18
Anardan etiraz: "Təhminə və Zaur” serialının mənə aidiyyatı yoxdur
16.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
16.10.18
Nağıldan gerçəyə: “Ağ gəmi” və ya əbədiyaşar Aytmatov
16.10.18
Millət vəkilinin kitabında biabırçı səhvlər - "Məni Fərhaddan fələk də ayıra bilməz, mama" - FOTOFAKT
16.10.18
Hədiyyə Şəfaqətin şeir kitabı Güney Azərbaycanda yayımlanacaq
15.10.18
Yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib
15.10.18
Azərbaycanlı dilçi alim Türkiyədə bir ilkə imza atdı
15.10.18
Uilyam Folknerin "Avqust İşığı" əsəri nəşr edilib
15.10.18
Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
15.10.18
Tənqid.net-in 12-ci sayı çapdan çıxdı
15.10.18
Nicat Həşimzadə - Ədəbiyyat nədir? 
15.10.18
Yazıçılar Birliyində yeni qurum yaradıldı
12.10.18
Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir
12.10.18
Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək
12.10.18
Şahanə Müşfiqdən yeni kitab
12.10.18
“Kitabsevərlər”dən köhnə layihə, yeni kitab: “Kitab al, kitab qazandır”
11.10.18
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zaman içində” layihəsinin təqdimatı olub
11.10.18
Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş olub
10.10.18
Tanınmış tatar şairi Robert Minnullin
10.10.18
Gənc yazarın yeni kitabı işıq üzü gördü
10.10.18
Əli Şamil - Milliyyətcə alban olan Azərbaycan ədibi Nafiə Xanım
10.10.18
Fərid Hüseyn Sapanca Şeir Gecələrində iştirak edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.