Çoxəsrlik ədəbiyyatımıza yeni çalarlar qatan Elçin Hüseynbəyli
02.10.18

Çingiz ABDULLAYEV
Xalq yazıçısı


Xeyli vaxtdır ki, yazıçı və şairlərimizə aşkar qiymət verməkdən çəkinirəm. Azərbaycan Yazıçılar Birliyinin katibi ola-ola hamıya ucdantutma dəyər vermək olmaz.

Tənqid yaradıcı insanı məhv edə, boğazdanyuxarı tərif isə özündənrazılıq hissi yarada bilər. Yəqin elə ona görə də AYB-yə üzv olmaq istəyənlərə Birliyin katiblərinə zəmanət vermək qadağan edilib. Çünki bu, qəbul komissiyasının işinə mənfi təsir göstərə bilər.

Ancaq son zamanlar Azərbaycan ədəbiyyatına yeni nəsil gəlib və onlardan bəziləri özlərini yaxşı tərəfdən göstərə biliblər. 90-cı illərin əvvəllərində, SSRİ-də hər şey alt-üst olandan sonra ölkəmizdə maraqlı nasir və şairlər yetişməyə başladı. Onlardan biri də özünəməxsus yaradıcılığı ilə seçilən, istedadlı nasir Elçin Hüseynbəylidir. Moskva Dövlət Universitetinin əlaçı məzunu olan Elçin Hüseynbəyli keçmiş sovetlərdən nəsə “qopara” bilib, amma onun prozası müstəqillik dövründə formalaşıb. İlk hekayələrindən o, qeyri-adi talanta malik olduğunu sübut etdi. Mən onun “Boz eşşəyin məktubları”nı Natiq Rəsulzadənin eşşək balası haqqında hekayəsilə müqayisə edərdim, çünki həmin hekayəni Azərbaycan ədəbiyyatının şedevri sayıram. Qaçaqaç zamanı sahiblərindən ayrı düşən, yurdda tək qalan hekayənin qəhrəmanı sözlərini belə bitirir: “Nə qədər anqırsam da, səsimə səs verən olmadı, heç olmasa, sən də bir ağız biz tərəfə anqır”. Məgər vətənsizlik yalnız insanlara məxsusdur?

Daha sonra “Gözünə gün düşür” hekayəsi gəlir. Bu hekayədə çarəsiz xəstəliyə tutulmuş bir həkim erməni işğalı altında olan kəndlərinə gedir ki, öz doğma qəbiristanlıqlarında, atasının qəbirinin yanında həyata əlvida desin. Bu təsirli hekayə müharibənin mənasız olduğunu bir daha nümayiş etdirir. Bəs “Balıq-adam” romanı? Bu əsərdə elə bir məqam var ki, hər bir kişiyə məlumdur. Həyat yoldaşından zorla ayrılan əsərin qəhrəmanı deyir: “Hər gecə arvadımı balıq kimi tutur, səhərə yaxın isə buraxırdım”.  Onun bəzi kəlamları sufilərin fəlsəfəsini xatırladır: “Keçmişi olmayanın yaddaşı, yaddaşı olmayanın gələcəyi ola bilməz. Yaddaşsız insan qoxusuz çiçək kimidir...” (“Yovşan qağayılar”).

İstedadla yazılmış hər bir əsər ilahi mahiyyəti əks edir: sufizmin başlıca postulatı kimi. Amma İslam asketizmini sındıraraq. Bir şey də önəmlidir ki, Elçin Hüseynbəyli öz əsərlərini azərbaycanca yazır və bununla da çoxəsrlik ədəbiyyatımıza yeni çalarlar, rənglər qatır. Onun “Don Juan” romanını ədəbiyyat tənqidçiləri nəsrimizdə “tarixi-sintetik” hadisə kimi qiymətləndirirlər.

Elçin Hüseynbəylinin “Qırmızı bantlı...”  çoxqatlı hekayəsi sünnət olunan oğlanla, onun sevdiyi quzunun qurban verilməsi fonunda təsirlidir və Naqib Məhfuzun epik əsərlərinə dartıb aparır: “Ev sizin doğulduğunuz yer deyil, ev o yerdir ki, orada sizin qaçmaq cəhdləriniz bitir...” - deyə dahi misirli nasir hesab edir.

Hər bir mükəmməl nəsr beynəlmiləldir, çünki zamandan və millətdən üstündür. Həm də ona görə ki, həyat, sevgi, qısqanclıq, ölüm, insan münasibətləri və xoşbəxtlik haqqındadır. Bununla belə, hər bir proza milli köklərə dayanmalıdır, əks halda heç kimə maraqlı olmayan, ikinci sort əsərə çevriləcək.

Elçinin nəsrində publisistik məqamlar da gözə çarpır. Görünür, bu, onun yaşadığı, yaratdığı çevik zamanla bağlıdır. Amma Şərq ölçüləriylə o, hələ cavandır.

Və biz inanırıq ki, bundan sonra da o, ədəbiyyatımızda dərin izlər qoyan bir çox əsərlərə imza atacaq.

525.az

Yenililklər
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
23.10.18
“Rotunda Jazz Club”da Azərbaycan musiqisi axşamı keçirilib
23.10.18
Şair İbrahim Tahir Musayevin “Şahnamə” poemasından etdiyi tərcümələr çap edilib
23.10.18
Türk Dil Qurumunun rəhbəri Nəsimi adına Dilçilik İnstitutunda olub
23.10.18
“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb
22.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır III
22.10.18
Oxumuruq, yoxsa oxumağa kitab tapmırıq?
22.10.18
Gənc yazar Uraqan "Hərbdən qeydlər" kitabını təqdim edəcək
22.10.18
Kiyumərs İslami - Ruhum Antropomorfizm Qurda Yüksəlir
19.10.18
Xalq rəssamı Arif Hüseynovun yubiley sərgisi: “75 və 75”
19.10.18
Milli Kitabxanada ölkəmizə gətirilmiş türk dilində on beş min kitabın təqdimatı olub
18.10.18
Yaşar Bünyad - Hələ ki təyyarələr uçur
18.10.18
AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırıldı
18.10.18
“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı olub
17.10.18
Nicat Həşimzadə - Ədəbiyyatın məmurlaşması
17.10.18
"Man Booker" ədəbiyyat mükafatının qalibi britaniyalı yazıçı olub
17.10.18
Sona Axundova-Qarayevaya həsr edilmiş “Xatirə kitabı”nın təqdimatı olub
17.10.18
Türkcə “Azərbaycan ədəbiyyatı antologiyası (gənclər)” təqdim olunub
16.10.18
Anardan etiraz: "Təhminə və Zaur” serialının mənə aidiyyatı yoxdur
16.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
16.10.18
Nağıldan gerçəyə: “Ağ gəmi” və ya əbədiyaşar Aytmatov
16.10.18
Millət vəkilinin kitabında biabırçı səhvlər - "Məni Fərhaddan fələk də ayıra bilməz, mama" - FOTOFAKT
16.10.18
Hədiyyə Şəfaqətin şeir kitabı Güney Azərbaycanda yayımlanacaq
15.10.18
Yazıçı, publisist Yusif Kərimov bu gecə vəfat edib
15.10.18
Azərbaycanlı dilçi alim Türkiyədə bir ilkə imza atdı
15.10.18
Uilyam Folknerin "Avqust İşığı" əsəri nəşr edilib
15.10.18
Bakıda Beynəlxalq Caz Festivalının açılışı olub
15.10.18
Tənqid.net-in 12-ci sayı çapdan çıxdı
15.10.18
Nicat Həşimzadə - Ədəbiyyat nədir? 
15.10.18
Yazıçılar Birliyində yeni qurum yaradıldı
12.10.18
Azərbaycanlı aktrisa Türkiyədə seriala çəkilir
12.10.18
Moskvada vokalçıların M.Maqomayev adına V Beynəlxalq Müsabiqəsi keçiriləcək
12.10.18
Şahanə Müşfiqdən yeni kitab
12.10.18
“Kitabsevərlər”dən köhnə layihə, yeni kitab: “Kitab al, kitab qazandır”
11.10.18
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zaman içində” layihəsinin təqdimatı olub
11.10.18
Sumqayıt Poeziya evində Vahid Əzizlə görüş olub
10.10.18
Tanınmış tatar şairi Robert Minnullin
10.10.18
Gənc yazarın yeni kitabı işıq üzü gördü
10.10.18
Əli Şamil - Milliyyətcə alban olan Azərbaycan ədibi Nafiə Xanım
10.10.18
Fərid Hüseyn Sapanca Şeir Gecələrində iştirak edir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.