![]() 09.10.18
Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.
Müsabiqə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşəcək. Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatacaq. Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə oktyabrın 14-dən 28-dək təşkil ediləcək. /Azərtac/ |