Nicat Həşimzadə - Ədəbiyyat nədir? 
15.10.18

Mən niyə yazıram. Necə oldu ki, yazmağa başladım. Ədəbiyyata necə gəldim və ya ümumiyyətlə gələ bildimmi? Yazdıqlarım faydalı oldumu? Bu suallar insanı narahat edir, düşündürür. Çağdaş Azərbaycan ədəbiyyatı çöküş yaşayır. Çünki sistemli iş görülmür. Hər kəs öz fərdi maraqlarını, eqosunu yüksəldir, sistem halında çalışmaq istəmir.

Sənətdə tanışlıq, qohumluq anlayışı yoxdur. Təəssüflər olsun ki, Azərbaycanda sənəti qohumluq, tanışlıq məsələlərinə aludə ediblər. Keçən həftə dostum Vüqar Qasımzadə ilə maraqlı mövzulardan danışdıq. Gənclər çalışırlar ki, cəmiyyətin inkişafı naminə faydalı iş görsünlər. Ancaq təəssüflər olsun ki, qeyri-ciddi xəbərlərə daha çox maraq olduğunu görüb fəaliyyətlərini dayandırırlar. İnamlı olmaq, fasilə verməmək, iradənə, əzminə sarılıb çalışmaq lazımdır. Sənət adına xidmət göstərən adamlar ani uğursuzluqlardan şikayətlənib fəaliyyətlərini dayandırsaydılar, dünya mədəniyyəti adına çox böyük itkilər olardı. Bir zamanlar elə düşünürdüm ki, sənət dünyanı xilas etmək bacarığına sahibdir. Müşahidələrim nəticəsində belə qənaətə gəldim ki, sənət bəşəriyyəti, bütün insanları yox, sadəcə müəyyən fərdləri xilas edə bilər. Sənətin mahiyyətini anlamaq üçün gərək daxilində bir işıq olsun.

Təbiət ədalətlidir. Əgər sənə o işığı bəxş etməyibsə, bunun əsaslı səbəbləri var. Bu haqda düşünəndə yunan mifologiyasından bəzi hadisələr yadıma düşür. Zevs istəyirdi ki, insanlar çətinliyə, soyuğa alışsınlar, dözməyi, tab gətirməyi, mübarizə aparmağı öyrənsinlər. Prometeysə odu oğurlayıb insanlara bəxş edir. Bu səbəbə görə Zevs Prometeyi cəzalandırır. Həm də Prometey tanrıların sirrini bilirdi. Bu mənada yəqin razılaşarsınız ki, Zevs öz mövqeyində haqlıdır. İnsanlar zərurət hiss etməsəydilər yaratmazdılar, hər şeyi hazır istəyərdilər. İstehsal, iqtisadi mübadilə, tələb-təklif kimi məsələlər olmazdı. İnsan təbiətən tənbəl varlıqdır. Qida ehtiyacı onu çalışmağa məcbur edir. Ölkəmizdə bir çox istedadlı gənclər hər şeyi ən tez zamanda əldə etmək istəyirlər. Tələsmək lazım deyil. Səbir uğurun yarısıdır.

İspan şair Xuan Ramon Ximenes “kim üçün yazırsınız” sualına belə cavab verib: “Ucsuz - bucaqsız azlığa”.

Sənət ona görə möhtəşəmdir ki, onu hər kəs başa düşə bilmir. Sənət işıqlı adamlar üçündür. Mənə görə insanlar üç qrupa bölünür.

1) Sənəti yaradanlar;
2) Sənəti anlayıb onu yaşadanlar;
3) Nə yaradan, nə də yaşadanlar;

Üçüncü qrup insanlar çox təhlükəli insanlardır. Onlarla münasibətində gərək daha diqqətli olasan. Hətta xeyirxah məqsəd naminə dediyin sözü yanlış başa düşərlər.

Ədəbiyyat bəşəriyyəti yox, fərdləri xilas edir.
(Uilyam Folkner)

İnsan çox qəribə məxluqdur. O, hər şeyin maksimumunu istədiyi üçün bircə dəfə yıxılan kimi istəyindən, inancından imtina edir. Mədəni insanlarının sayını artırmaq üçün çalışmalıyıq. Ucsuz-bucaqsız azlığın səadəti naminə bunu etməliyik.

Sözün düzü, ədəbiyyat nədir sualına nə qədər dolğun cavab verib-vermədiyimi bilmirəm. Bu məsələ haqqında düşüncələrimi yazdım. Yazmaq mənə zövq verir. Yazarkən xüsusi bir aləmdə olduğumu hiss edirəm. Bu halı təsvir etmək çətindir. Bəzən sözlər aciz qalır. Elə məsələlər var ki, onları ifadə etmək, təsvir etmək yox, sadəcə hiss etmək lazımdır. Onları yazaraq, təsvir edərək ifadə etmək olmaz. Can Yücel “şeir nədir” sualına belə cavab vermişdi: "Bir gənc qız Pablo Pikassonu sevirmiş. Ancaq nitq qüsurlu olduğu üçün etiraf edə bilmirmiş. Baxın, mənə görə şeir budur".

Məncə də ədəbiyyat budur. Elə şeylər var ki, onları demək olmur, sadəcə yazmaq olur. Ədəbiyyat sözlərlə rəsm çəkməkdir. Elə şeylər var ki, onları səslə heç özünə belə etiraf edə bilmirsən, bu anda edəcəyin yeganə şey gündəliyinə kiçik qeydlər etməkdir. Ədəbiyyat oxucu ilə yazıçının sirli söhbətidir və yazıçı inanır ki, onu hətta bir milyon insan oxusa belə sirrini aşkar etməyəcəklər, aşkar etsələr belə bunu bəyan etməyəklər. Məncə ədəbiyyat özünü ifadə vasitəsi deyil, əksinə özünü ifadə etməmə vasitəsidir. Bəzən insan özündən, bəzəndə ətrafından, çirkin söhbətlərdən, mənəviyyatsız hadisələrdən uzaqlaşmaq üçün ədəbiyyata sığınır. Onun məqsədi özünü ifadə deyil, özünü xilas etmək, özünü qorumaqdır. Bu səbəbə görə də mən “ədəbiyyat nədir” sualına belə cavab verirəm: Ədəbiyyat insanın özünü ifadə vasitəsi olmaqdan daha çox, özünü xilas etmə vasitəsidir. Yenə də gəlirik, Folknerin “ədəbiyyat hamını yox, fərdləri xilas edir” fikrinə.

P.S.: Yazıda Qismətin tərcümələrindən və esselərindən istifadə edilib.

/Etatist.com/

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.