Nağıldan gerçəyə: “Ağ gəmi” və ya əbədiyaşar Aytmatov

16.10.18

Mehman HƏSƏNLİ
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru


III İSSIK-KUL İNTELLEKTUAL FORUMU HAQQINDA TƏƏSSÜRATLAR

32 il əvvəl - 1986-cı ildə əsası Çingiz Aytmatovun özü tərəfindən qoyulan İssık-kul İntellektual forumunun sayca üçüncüsü elə yazıçının özünə, onun 90 illik yubileyinə həsr edilmişdi.
 
“Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlanan forum 4-7 oktyabr tarixlərində Qırğızıstanın Bişkek şəhəri və Çolpan-Atada yerləşən İssık-kulda keçirildi. 1986-cı ildə forumda dünyanın müxtəlif ölkələrindən olan 17 iştirakçı qlobal problemləri müzakirə etmiş, çıxış yollarını göstərməyə çalışmışdı. Bu  forumda isə həmin problemlər elə Çingiz Aytmatovun yaradıcılığı bazisində müzakirə edilirdi. Dünyanın 26 ölkəsindən, 160-dan çox nümayəndə Çingiz Aytmatovdan danışdı, onu xatırladı, əsərlərindəki insan konsepsiyasından söhbət açdı.

Çingiz Aytmatovun ən çox sevildiyi və onun da daim vurğunluğunu ifadə etdiyi Azərbaycan forumda yüksək səviyyədə iştirak edirdi. Forumda Azərbaycan nümayəndə heyətinə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli rəhbərlik edirdi. Forum ərəfəsində akademik İsa Həbibbəylinin üç dildə, Çingiz Aytmatovun həyatının, yaradıcılığının və Azərbaycanla əlaqələrinin ana tezislərinin ifadə olunduğu “Çingiz Aytmatov haqqında söz” kitabı nəşr olunmuşdu. “Çingiz Aytmatov haqqında söz” yazıçının 90 illiyinə həsr edilmiş mükəmməl, yüksək akademik yanaşma ilə hazırlanmış elmi nəşrdir. Forum müddətində Çin, Hindistan, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən olan alim və yazıçılar müzakirə əsnasında “Çingiz Aytmatov haqqında söz” kitabı ilə bağlı təəssüratlarını bölüşür və nəşri yüksək qiymətləndirirdilər.

Akademik İsa Həbibbəylinin Qırğızıstan Aytmatovşünasları: akademik Abdıldacan Əkmətəliyev və müxbir üzv Osmanakun İbrahimov ilə görüşləri və söhbətləri müasir ədəbiyyatşünaslıq elminin ən aktual məsələlərinə həsr edilmişdir. Bu əsnada Osmanakun İbrahimovun Moskvada “Molodaya Qvardiya” nəşriyyatında JZL seriyasından çap olunmuş “Çingiz Aytmatov” monoqrafiyasının Azərbaycan dilinə tərcümə edilməsi və nəşri də qarşılıqlı elmi-ədəbi əlaqələrə dair danışıqların zəminində meydana çıxdı.

Forumda Azərbaycandan ölkəmizin Qırğızıstandakı səfiri, tanınmış yazıçı Hidayət Orucov, Çingiz Aytmatov yaradıcılığının gənc tədqiqatçısı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədli iştirak edirdilər.

Üçüncü foruma üç kitabla...

Azərbaycan nümayəndə heyəti foruma əliboş getməmişdi. İlk növbədə qeyd etdiyimiz kimi, akademik İsa Həbibbəylinin müəllifi olduğu “Çingiz Aytmatov haqqında söz” Çingiz Aytmatovun 90 illik yubileyinə nəzəri cəhətdən mükəmməl işlənmiş akademik kitab hədiyyəsi idi. Kitab üç dildə, Çingiz Aytmatovun həyatının əsas anlarını ifadə edən foto albomla birlikdə çap olunub.              

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Xüsusi buraxılışı - Çingiz Aytmatov sayı və İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlı tərəfindən tərcümə olunan Çingiz Aytmatovun “Kassandra damğası” romanı forum müddətində təqdim edildi və olduqca böyük maraqla qarşılandı. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun timsalında Azərbaycan həm məruzələri, həm də təqdim etdiyi nəşrləri forumu zənginləşdirdi.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi kitabların və Çingiz Aytmatova həsr edilmiş məqalənin dərc olunduğu “525-ci qəzet”in ədibin ev muzeyinə təqdim olunması ədəbi-elmi əlaqələrimizin yeni səhifəsinə çevrildi...

Həqiqət bükülər, amma qırılmaz...

Forumun ilk günündə Bişkekdə Çingiz Aytmatovun ev muzeyi ziyarət olundu. Muzeyə yazıçının kiçik oğlu Eldar Aytmatov rəhbərlik edir. Ev muzeyində Azərbaycan izlərini də görmək mümkün idi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1995-ci ildə Qırğızıstana səfəri zamanı çəkdirdikləri birgə şəkil, Toğrul Nərimanbəyovun rəsm əsəri muzeydəki Azərbaycanın varlığını ifadə edirdi. Daha sonra Ata-Beyit memorial kompleksi, Çingiz Aytmatovun məzarı ziyarət olundu. Çingiz Aytmatovun 1991-ci ildə repressiya qurbanlarının cəsədlərinin tapıldığı yerə (köhnə daş karxanasına) Ata-Beyit adını vermiş və öz vəsiyyəti ilə orada dəfn edilmişdi. Bu memorial kompleks bu gün “Gün var əsrə bərabər”dəki Ana-Beyit məzarlığının rolunu uğurla oynayır və onlara milli kimliklərini öyrədən əsas mərkəzdir.

Forumun açılışı 5 oktyabrda, Bişkekdəki 1 nömrəli Prezident iqamətgahında oldu. Qırğızıstanın Prezidenti Sooronbek Jeenbekov açılış nitqi söylədi. Prezident çıxışında dünyadakı qlobal problemlərdən və Çingiz Aytmatovun bədii əsərləri vasitəsilə göstərdiyi çıxış yollarından danışdı. Açılış iclasında ən ali qonaqlar, o cümlədən, akademik İsa Həbibbəyli “Böyük ədəbiyyatın əbədi mogikanı” adlı məruzəsi ilə çıxış etdi. Akademik İsa Həbibbəyli çıxışında Çingiz Aytmatovun dünyada Nobelüstü ədəbiyyat standartı yaratdığını bildirdi. O, yazıçının Azərbaycanla olan bağlarına da toxundu. Bildirdi ki, Çingiz Aytmatovun Azərbaycanla bağlarının əsasını Azərbaycan xalqının Ulu öndəri, görkəmli dövlət xadimi Heydər Əliyev qoymuşdu. Çingiz Aytmatov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi müasir dünyanın lider etalonu adlandırmışdır. Ən yüksək siyasi münasibətin nəticəsində Çingiz Aytmatovla Azərbaycan ədiblərinin yüksək qarşılıqlı münasibətləri yaranmışdı.

Daha sonra plenar icaslar keçirildi. Forumda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri burada çıxışlar etdilər. Çıxışların bir qismi elmi xarakterli, digərləri isə ümumiyyətlə dünyanı sülhə, mədəniyyətə çağırış motivli idi. Dünyanın müxtəlif ölkələrindən gəlmiş və yazıçının dostlarının xatirələri də maraqla dinlənilirdi.  

“Ağ gəmi”: nağıl, yoxsa gerçəklik?

Səhəri gün forum iştirakçıları Bişkekdən Çolpan-Ata şəhərinə - İssık-kulun sahilinə doğru yola düşdü. 4 saatlıq yol başı qarlı, əzəmətli Tyan-Şan (Tanrı dağları) dağlarının yanı ilə ötüb keçirdi. Yolboyu uzanan, bir-birini əvəz edən bu nəhəng dağ silsiləsi çılpaqlığı və çoxrəngliliyi ilə daha çox Kiçik Qafqazı xatırladırdı. Yol uzanır, dağlar isə Aytmatovun əsərindəki “Alabaş” kimi bizi izləyirdi. 4 saatlıq yoldan sonra İssık-kula çatdıq. Payızın nəfis ətri, başı qarlı Tanrı dağlarının möhtəşəmliyi, İssık-kulun şəffaf  və əsrarəngiz mənzərəsi və Prezident iqamətgahı parkındakı payızın əlamətlərini göstərən sarı, qırmızı yarpaqlı ağaclar, yerdə xəzan..... Bir sözlə, payızı bütün ruhu ilə ən gözəl belə yaşamaq olardı. Çingiz Aytmatov özü də bir sıra əsərlərini məhz burada, İssık-kulun sahilində qələmə almışdır. Qəribədir, təbiətin özü də Aytmatovun əsərlərindəki məkanları, obrazları xatırladırdı.

İssık-kulun ən gözəl yerində Ruh Orda - Ruh Mərkəzi yaradılıb. Mərkəz sadəliyi və təbii gözəlliyi ilə insanı heyran edirdi. Manas, Çingiz Aytmatov və ümumilikdə qırğız ruhu bütün mahiyyəti ilə bu mərkəzdə öz mükəmməl ifadəsini tapıb. Qarşılaşdığımız hər səhnə gözəlliyi ilə zövq oxşayırdı.

Axşam Ruh Mərkəzində qurulan qapalı teatr səhnəsində Çingiz Aytmatovun əsərləri əsasında qurulmuş tamaşa nümayiş olundu. Quruluş olduqca mükəmməl idi. “Qızıl alma”, “Cəmilə”, “Ana tarla”, “Gün var əsrə bərabər” romanındakı Manqurt və nəhayət “Ağ gəmi”...

Çingiz Aytmatovun “Ağ gəmi” povestindəki qəhrəman Adsız uşağın nağılının adı “Ağ gəmi” idi. Əsərin sonunda gerçək həyatdakı nağılının - “Ana maral”ın puça çıxdığını görən uşaq öz “Ağ gəmi”sinə, yəni fiziki ölümünə doğru gedir. Çingiz Aytmatov taleyi bəlli olmadığı üçün ad belə qoymadığı qəhrəmanını sonda dünyasını dəyişdirməklə insanlara öz çağırışını edir. Son səhnəyə qədər hər şey Aytmatovun yazdığı plan üzrə gedirdi. Amma rejissor sonda kiçik qəhrəmanını öz gəmisinə, arzusuna qovuşdurur. Bu, mükəmməl düşünülmüş və Aytmatovun özü səviyyəsində tapıntı idi.

Yazıçının nağılı gözümüzün önündə gerçəyə çevrildi. Tamaşanın sonunda səhnənin arxa pərdələri açıldı və canlı İssık gölündə gerçək ağ gəmi göründü və uşaq öz gəmisinə doğru qaçmağa başladı. Olduqca mükəmməl düşünülmüş rejissor işi idi. Sanki bir mesaj ötürüldü: Nə qədər dünya var,  Çingiz Aytmatov yaşayacaq, onun ideyaları hər zaman bəşəriyyətin xilası üçün mayak rolunu oynayacaqdır.

Növbəti gün seksiyalarda iclaslar başladı. Ayrı-ayrı ölkələrin nümayəndə heyətləri məruzə və çıxışlar etdilər. Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Çingiz Aytmatovun 1970-ci illər nəsrində xaos xəbərdarlığı və sülhə çağırış konsepsiyası”, professor Fuad Məmmədli isə “Çingiz Aytmatov və zamanın çağırışlarına kulturoloji cavab” adlı məruzələrlə çıxış etdilər. Azərbaycan nümayəndə heyətinin çıxışları forum iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Qırğızıstanın televiziya kanalları, qəzetləri Azərbaycan təmsilçilərinin çıxışlarını, müsahibələrini geniş miqyasda təqdim etdilər.

Forumun bağlanış mərasimi İssık-kulda - Prezident iqamətgahında keçirildi. Azərbaycan nümayəndə heyətinin rəhbəri akademik İsa Həbibbəyli bağlanış mərasimində fikirlərini söylədi. Akademik çıxışında forumun yüksək səviyyədə təşkil etdiyinə görə təşkilatçılara minnətdarlığını bildirdi. Çingiz Aytmatovun bəşəri miqyaslı yaradıcılığından danışaraq onu dünya ədəbiyyatının əbədi mogikanı olduğunu diqqətə çatdırdı. Sonda Forumun deklarasiyası müzakirə edilərək qəbul edildi.

“Çingiz Aytmatov və müasir dövrün  çağırışları” adlı III Beynəlxalq İssık-kul forumu Çingiz Aytmatov fenomeninin əbədiyaşarlığını, onun əsərlərindəki mətləblərin bəşəriliyini bir daha göstərmiş oldu. Dünya durduqca Çingiz Aytmatovun “Ağ gəmi”si üzəcək və bu gəmi insanları ardınca sülhə, ədalətə doğru çağıracaq. /525.az/

Yenililklər
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
25.10.18
Sabir Rüstəmxanlının “Astar” adlı yeni kitabı çıxdı
25.10.18
Bulgaristan’da Müslüman-Türk Katliamları ve Asimilasyon Hareketleri
25.10.18
Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
24.10.18
“Metafizika” jurnalının 3-cü sayı nəşr olunub
24.10.18
Ənvər Məmmədxanlının romanı Türkiyədə nəşr olunub
24.10.18
Hüseyn Cavid - Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin
24.10.18
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.