Sona Axundova-Qarayevaya həsr edilmiş “Xatirə kitabı”nın təqdimatı olub
17.10.18

Qara Qarayevin ev-muzeyində Azərbaycanın ötən əsrdə ilk ali təhsilli qadınlarından biri Sona Axundova-Qarayevanın anadan olmasının 120 illiyinə həsr olunmuş “Xatirə kitabı”nın təqdimatı keçirilib.

Təqdimatda çıxış edən nəşrin tərtibçisi və redaktoru Səlim Babullaoğlu kitabın yaranması ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, 1974-cü ildə nəşr olunan “Azərbaycanın aşıq və şair qadınları” kitabına “Ön söz”ü Xalq şairi Nigar Rəfibəyli yazıb. Xalq yazıçısı Əzizə Cəfərzadənin tərtib etdiyi həmin kitabın 141-ci səhifəsində “Vətən” adlı bir şeir çap edilib. Bu şeirin müəllifi Sona Axundova-Qarayevadır.

Olmaram razı əgər cəhldə qalsa vətənim,

Vətənim qalsa əgər cəhldə, yansın bu tənim.

Bu şeir bir daha Sona xanımın ötən əsrdə ölkənin maariflənməsi üçün nə qədər böyük ürək yanğısı ilə yanaşdığını göstərir. Bu gün bu gözəl ana, istedadlı şairənin anadan olmasının 120-ci ildönümü tamam olur.

Sona xanımın həyatı haqqında məlumat verən S.Babullaoğlu deyib ki, atası İsgəndər bəy Axundov Şamaxı şəhərində anadan olub. Krakov-Yagellon Universitetinin 1890-cı il məzunlarındandı, tanınmış vəkil, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin parlamentini təşkil edən “İttihad” fraksiyasının üzvü olub.

Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyublar. Bu məktəbi bitirib təhsilini “Müqəddəs Nina” məktəbinin Bakı bölməsində davam etdirib. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alıb.

Diqqətə çatdırılıb ki, kitabda yazılar 3 dildə - Azərbaycan, ingilis və rus dillərində təqdim edilib. Bu da elm və mədəniyyət tariximizin bir parçası olan insanları, ailələri, bütövlükdə elə vətənimizi təbliğ etmək məqsədi daşıyır.

Təqdimatda çıxış edən Xalq yazıçısı Anar vurğulayıb ki, tədbirin Qara Qarayevin ev-muzeyində keçirilməsinin özü bir simvolik xarakter daşıyır. Çünki, Sona xanım bu evdə vətən üçün layiqli övladlar böyüdüb. Sona xanım şərəfli bir qadın ömrü yaşayıb. Dövrünün tanınmış müəllimlərindən olan Şəfiqə Əfəndiyevadan dərs alan Sona xanım sonradan müəlliminin əməllərinin davamçısı kimi vətəni cəhalətdən qurtarmaq üçün mübarizə aparan insanlardan olub. Sona xanım Azərbaycan elmi və mədəniyyətinin fəxr olan iki övlad yetişdirib - Mürsəl və Qara Qarayevlər.

Xalq yazıçısı Azərbaycan yazıçılarının Qara Qarayev haqqında məqalələrindən ibarət kitabı bəstəkarın ev-muzeyinə hədiyyə edib.

Xalq artisti, rejissor Oqtay Mirqasımov çıxış edərək xalası Sona xanımla bağlı xatirələrini bölüşüb. Bildirib ki, bu evdə uşaqlığı ilə bağlı xatirələri saysız-hesabsızdır: “Sona xalam çox gözəl yeməklər bişirərdi. O qədər maraqlı və şirin, orijinal yumorla bizi dindirərdi ki, onunla söhbətdən zövq alardıq. Onu həmişə kübar xanım kimi xatırlayıram. Bəzən insanlara elə gəlir ki, bizim ziyalı təbəqəmiz bu gün yetişir. Lakin ötən əsrdə bizim qüdrətli ziyalı təbəqəmiz olub ki, onların bir-birinə münasibəti bu gün nümunədir”.

Kitabın üz qabığındakı rəsmin müəllifi Xalq rəssamı Arif Hüseynov deyib ki, bu şəkli yaradarkən “Gənc Sona xanımın portreti” əsərindən istifadə edib. O, portretin orijinal nüsxəsini ev-muzeyinə verib.

Təqdimatda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Sona xanımın yaşadığı evdə onun xatirəsini yad etməyə gələn hər kəsə təşəkkür edib. Bildirdi ki, bugünkü tədbirdə xaricdən qonaqlar da iştirak edir. Mədəniyyət insanları birləşdirir. Bu gün İsveçdən gələn nümayəndə heyətinin tərkibində Qara Qarayevin qardaşı oğlu Cahangirin tələbəsi də var. İnsanlar mədəniyyətin müxtəlif sahələri ilə ölkələrini təmsil edir, körpü yaradırlar.

Sona xanım haqqında xatirələrini bölüşən Əbülfəs Qarayev deyib: “Nənə hər bir şəxsin həyatında ən əziz insandır. Mənə elə gəlir ki, həm atamın, həm də Qara əmimin tərbiyəsində nənəm Sona xanımın çox böyük rolu olub. Çünki o özü şairə idi, Azərbaycanda ali təhsil almış ilk qadınlardan biri idi. Tağıyevin açdığı qızlar məktəbini bitirmişdi. Bütün varlığında əbədi bir nur qərar tutmuşdu. Ədəbiyyatı, musiqini çox sevirdi. Yaradıcı şəxsiyyət idi. O, hər zaman uşaqların xoşbəxtliyi üçün çalışırdı. Zaman ötür, yalnız onun nurlu siması bizimlə yaşayır”.

Təqdimat mərasimi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin konsert proqramı ilə davam edib. /Azərtac/

Yenililklər
05.11.18
İlahiyyat İnstitutunda “Hərəyə bir kitab” adlı sosial aksiyaya start verilib
05.11.18
Nəriman Nərimanovun “Bahadır və Sona” fransız dilində
05.11.18
Cəmşid Cəmşidovun tərcüməsində Antonio Tabukkinin əsəri çap olundu
05.11.18
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb
03.11.18
“YAZI” ədəbiyyat dərgisi çapdan çıxdı
02.11.18
Professor Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub
02.11.18
Vaqif Səmədoğlunun Polşada nəşr olunan kitabının təqdimatı keçirilib
02.11.18
Prezident Azərbaycan dili ilə bağlı Fərman verdi
01.11.18
Con Steynbekin gənc yazıçıya məktubu
01.11.18
“XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadi” kitabı nəşr edilib
01.11.18
Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
31.10.18
Şostakoviçin xatirələri 1 - Milli incəsənət
31.10.18
Noyabrda Musiqili Teatrda maraqlı səhnə əsərləri təqdim olunacaq
31.10.18
“Ustad”ın 22-ci sayı işıq üzü gördü
31.10.18
Antonio Ferrara - Çay – Futbol Meydançasıdır IV
30.10.18
Nicat Azər - Lopa qar
30.10.18
Azərbaycanlı yazıçının kitabları Rusiyada nəşr olunub
30.10.18
“Metafizika” jurnalı beynəlxalq impakt faktorlu indeksdə qeydiyyata alınıb
30.10.18
Aygun Sadiq - Ətrafı dərk etmək: Zehnimiz informasiyanı hansı tərzdə depolayır?
30.10.18
Stiven Kinq yeni kitabının anonsunu verib
29.10.18
Əli Kərimin qonaqlığı və  Mərkəzi Komitənin məzəmməti
29.10.18
“Azərbaycan” jurnalının növbəti sayı işıq üzü görüb
29.10.18
Nicat Həşimzadə - İmperiyaların yaranışı, çöküşü və vətəndaş mövqeyi
29.10.18
Müasir gerçəkliklərimiz şair gözü ilə
29.10.18
“Şahanənin nağılı” təqdim edildi
26.10.18
Nicat Həşimzadə - Ölümsüzlük axtarışı – Gilqameş və biz
26.10.18
Əli Şamil - Bakıda repressiya qurbanı olan özbək türkoloqu
26.10.18
Azad Qaradərəlinin “Renesans həsrəti” 2 kitabı çap olunub
26.10.18
Gənc dramaturqlar bir araya gələcəklər
26.10.18
Moskvada Müslüm Maqomayevin xatirəsi anılıb
25.10.18
Sabir Rüstəmxanlının “Astar” adlı yeni kitabı çıxdı
25.10.18
Bulgaristan’da Müslüman-Türk Katliamları ve Asimilasyon Hareketleri
25.10.18
Anar Müşfiqin ehtimal olunan qalıqlarının tapılmasından danışdı
25.10.18
"Lütfi Zadə və Eynşteynin nəzəriyyələri yeni ədəbi cərəyan yaratmama yardımçı oldu” - MÜSAHİBƏ
25.10.18
Görkəmli dramaturq Hüseyn Cavidin xatirəsi yad olunub
24.10.18
“Metafizika” jurnalının 3-cü sayı nəşr olunub
24.10.18
Ənvər Məmmədxanlının romanı Türkiyədə nəşr olunub
24.10.18
Hüseyn Cavid - Dodaq-dodaqda öpüşdükcə xеyli söz vеrdin
24.10.18
Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib
23.10.18
Süleyman Rüstəmin Rus işğalına yazdığı poema
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.